Men haqqımı halal etmişdim,amma

Vaxtilə Qələndəriyyə yoluna mənsub bir dərviş, nəfslə mücadilə məqamının sonuna gəlir.Üsullara görə bundan sonrakı mövqe qələndərilik mövqesidir. Yəni hər cür bəzəkdən, nümayişdən təmizlənəcək, varlıqdan imtina edəcək. Lakin içi yamaqlı bir jilet geyməkdən ibarət deyil. Hər cür görünən bəzəkdən təmizlənməsi lazımlıdır... Saç, saqqal, bığ, qaş nə varsa hamısından. Dərviş, üsula uyğun hərəkət edər, bunun üçün bərbərə gedir.
- Vur ülgücü bərbər qardaş, deyər.
Bərbər dərvişin saçlarını qırxmağa başlar. Dərviş aynada özünü izləməkdədir. Başının sağ qismi tamamilə qazınmışdır. Bərbər tam digər tərəfə ülgücü vuracaqkən bir qoçu girər içəri. Düz dərvişin yanına gedər, başının qazınmış möhkəm bir şillə ataraq:
- Qalx ayağa balqabaq, qalx da üzümüzü qırxdıraq, deyə kükrəyər.
Dərvişlik bu... Söyənə dilsiz, vurana əlsiz gərək.Qaydanı pozmaz dərviş. Səs çıxarmaz, yavaşca qalxar yerindən. Bərbər xəcalətli, lakin qorxmuşdur. Səs çıxara bilməz.Qoçu kresloya oturar, bərbər təraşa başlar. Lakin həyasız qoçu təraş əsnasında da alçaldar dərvişi, lağ edər:
Balqabaq aşağı, balqabaq yuxarı...
Nəhayət təraş bitər, qoçu dükandan çıxar. Hələ bir neçə metr getmişdir ki,bir at arabası yoxuşdan aşağı sürətlə üzərinə gəlir. Qoçu özünü itirərək yol ortasında qalır. iki atın ortasına tarazlıq üçün yerləşdirilmiş uzun iti dəmir qarnına girər. Qoçu oraya yıxılar, qalar. Ölmüşdür. Görənlər qışqırmağa başlar.Bərbər isə çaşmış, bir mənzərəyə, bir dərvişə baxar, özündən bi-ixtiyar soruşar:
- Bir az ağır olmadımı dərviş əfəndi?
Dərviş qəmli, düşüncəli cavab verər:
- Vallah, kin saxlamadım ona. Haqqımı da halal etmişdim. Gəl gör ki, balqabağın bir sahibi var.O acıqlanmış olmalı!