Рейтинг
+10.65

Sufi-dərviş hekayətləri

26 üzv, 10 topik

Dirilərin qəbri haqqında hekayə

Bir cavan ağı deyə-deyə atasını son mənzilə yola salırdı:

— Niyə bu gözəl ev-eşiyini atıb döşəməsiz-xalçasız bir evə gedirsən, ata? Bu işıqlı dünyanı qoyub əbədi qaranlığa, əbədi sıxlığa, boğanağa nədən ötrü gedirsən? Orda dörd yanın daş-torpaq olacaq, plov nədi, heç bir dilim çörək, bir əlcə yuxa da tapmayacaqsan.

Orda qaranlığı dağıdan çırağın da olmayacaq, işıq alıb işıq göndərən pəncərən də olmayacaq. O qapısız-pəncərəsiz, damsız-divarsız evdə qonşuların da eşitməyəcəklər səni. Orda bir içim su da tapmayacaqsan. Orda gözəlliyin köhnə paltar kimi əynindən çıxacaq…
Davamı →

Alın yazısı haqqında hekayə

Birisi hasardan aşıb özgənin bağına təpildi, acgözlüklə döşəndi meyvələrin canına. Bağ yiyəsi bunu görüb:
— Oğru lələ, — dedi, — gözümün qabağında arsız-arsız bağımı talan eləyirsən, ancaq utanıb-qızarmaq, ya rüsxət istəmək heç ağlına da gəlmir. Məndən qorxmursansa, heç olmaya Allahdan qorx!
— Mənim nə günahım var, — oğru dedi. — Mən Allahın quluyam. Bu meyvələri bizə Allah verib. Mənim bura gəlməyim də ancaq Allahın işidi. 
Davamı →

Dörd sözün bir anlamı

Türk, fars, ərəb və yunan küçə ilə gedirdilər. Yoldan keçən bir xeyirxah onlara bir dirhəm bağışladı. Fars dedi:

— Gəlin bu pula anqur alaq.
— Anqur nəyimizə gərəkdi, — ərəb dedi, — gəlin eynab alaq.

— Heç hay-küy salmayın, — türk işə qarışdı, — anqur da, eynab da özünüzə qalsın, biz bu pula üzüm alacağıq!
Davamı →

Bu gün əsl mən istədiyim bir gündür

Bir müxbir müsahibə almaq üçün 102 yaşlı qocanın yanına getdi və
ondan ilk sual kimi «bu qədər uzun yaşamasının» səbəbini soruşdu.
Təbii ki, müxbir başqaları kimi qocadan: "İdman edirəm", «qatıq yeyirəm», meyvə-tərəvəzdən çox istifadə edirəm və s. kimi cavablar gözləyirdi. 
Ancaq qocanın müxbirə cavabı bu idi: «Hər gün tezdən yatağımdan qalxıram. 
Pəncərənin qarşısına keçirəm. Hava istər günəşli olsun, istər yağışlı, istər soyuq, istər isti… „ 
Öz-özümə bunları deyirəm: “Allahım, sənə şükürlər olsun! 
Bu gün əsl mən istədiyim bir gündür!»

Davamı →

Qərar verərkən tələsməyin

Lao Tzunun əhvalatı...
Kəndin birində bir yaşlı adam varmış. Çox kasıbmış amma Kral belə onu qısqanarmış. ..Öyle dillərə dastan bir ağ atı varmış ki, Kral bu at üçün qocaya haradasa xəzinəsinin hamısını təklif etmiş amma adam satmamışdır… «Bu at, bir at deyil mənim üçün; bir dost, insan dostunu satarmı» deyirmiş həmişə. Bir səhər qalxmışlar ki, at yox. Kəndli qocanın başına toplanmış:
«Səni qoca sən ağlını itirmisən, bu atı sənə buraxmayacaqları, oğurlayacaqları bəlli idi. Krala satsaydın, ömürünün sonuna qədər bəylər kimi yaşayardın. İndi nə pulun var, nə də atın» demişlər.…


Ardı →

Men haqqımı halal etmişdim,amma

Vaxtilə Qələndəriyyə yoluna mənsub bir dərviş, nəfslə mücadilə məqamının sonuna gəlir.Üsullara görə bundan sonrakı mövqe qələndərilik mövqesidir. Yəni hər cür bəzəkdən, nümayişdən təmizlənəcək, varlıqdan imtina edəcək. Lakin içi yamaqlı bir jilet geyməkdən ibarət deyil. Hər cür görünən bəzəkdən təmizlənməsi lazımlıdır… Saç, saqqal, bığ, qaş nə varsa hamısından. Dərviş, üsula uyğun hərəkət edər, bunun üçün bərbərə gedir.
— Vur ülgücü bərbər qardaş, deyər.
Bərbər dərvişin saçlarını qırxmağa başlar. Dərviş aynada özünü izləməkdədir. Başının sağ qismi tamamilə qazınmışdır. Bərbər tam digər tərəfə ülgücü vuracaqkən bir qoçu girər içəri. Düz dərvişin yanına gedər, başının qazınmış möhkəm bir şillə ataraq:
— Qalx ayağa balqabaq, qalx da üzümüzü qırxdıraq, deyə kükrəyər.
Dərvişlik bu… Söyənə dilsiz, vurana əlsiz gərək.Qaydanı pozmaz dərviş. Səs çıxarmaz, yavaşca qalxar yerindən. Bərbər xəcalətli, lakin qorxmuşdur. Səs çıxara bilməz.Qoçu kresloya oturar, bərbər təraşa başlar. Lakin həyasız qoçu təraş əsnasında da alçaldar dərvişi, lağ edər:
Balqabaq aşağı, balqabaq yuxarı...
Nəhayət təraş bitər, qoçu dükandan çıxar. Hələ bir neçə metr getmişdir ki,bir at arabası yoxuşdan aşağı sürətlə üzərinə gəlir. Qoçu özünü itirərək yol ortasında qalır. iki atın ortasına tarazlıq üçün yerləşdirilmiş uzun iti dəmir qarnına girər. Qoçu oraya yıxılar, qalar. Ölmüşdür. Görənlər qışqırmağa başlar.Bərbər isə çaşmış, bir mənzərəyə, bir dərvişə baxar, özündən bi-ixtiyar soruşar:
— Bir az ağır olmadımı dərviş əfəndi?
Dərviş qəmli, düşüncəli cavab verər:
— Vallah, kin saxlamadım ona. Haqqımı da halal etmişdim. Gəl gör ki, balqabağın bir sahibi var.O acıqlanmış olmalı!
Davamı →

Bəndələrim bilsinlər ki, Mən hər zaman onlara çox yaxınam

Bir gün yuxuda Allahdan müsahibə götürdüyümü gördüm. Soruşdum: «Ya Rəbbim, Sənin vaxtın varmı?».
Allah cavab verdi: "Əbədilik Mənim zamanımdır".
Soruşdum: "İlahi, Səni insanlarda ən çox təəccübləndirən nədir?"
Allah buyurdu: «Uşaqlıq illəri onları bezdirər və tez böyümək istərlər. Böyüməyə tələsərlər, böyüdükdə isə yenidən uşaq olmaq arzusunda olarlar. Daha çox qazanmaq, daha artığını əldə etmək üçün sağlamlığını itirər, sonra isə qazandıqlarını onu bərpa etməyə xərclərlər. Bəndələrim yaşadığı günü unudub gələcəyi barədə düşünər, xəyallar qurarlar. O qədər unutqan olarlar ki, ətrafdakılara əhəmiyyət vermədən xəyalında qurduğu gələcəkdə yaşayarlar. Nəticədə həm bu günü, həm də gələcəyi itirərlər. Onlar heç ölməyəcək kimi ömür sürər və elə ölərlər ki, sanki heç vaxt yaşamayıblar».


Ardı →

Yeraltında, yerüzündə və göydəkilər

Abbasi Xəlifesi Harun Rəşid, sənətkarlara, elm adamlarına böyük hörmət göstərir, onların söhbətlərini dinləmək üçün hər fırsatı dəyərləndirirdi. Onları məclisinə çağırır, sualar soruşur, öyüdlərini alırdı. Yenə belə məclislərdən birində xəlifə, Bəhlül Danayə belə bir sual verər:
— Yeraltında, yerüstündə və göylərdə en çox olan şey nədir? Yeraltında ölülər, yerüstündə bitki və heyvanlar, göylərdə də mələklər olacaq yəqin ki? Bunların sayını da Allahdan başqa kimsə biləməz...


xəlifə və BəhlulBəhlul:
— Ey Xəlifə! Həm soruşursan, həm cavab verirsən. Hərçənd ki, bilirsən, məndən niyə soruşursan?
Xəlifə Harun Rəşid:
— Ağlıma elə gəldi soruşdum. Ancaq verdiyim cavab mənim təxminimdən ibarətdir. Əsil doğru cavabı sizdən öyrənmək istəyirəm.


Bəhlül, xəlifənin gözlərinin içinə baxıb:
— Elə isə dinlə! Doğru cavab sənin dediyin kimi deyil, yeraltında çox olan ölülər deyildir. Yeraltında çox olan o ölülərin peşmanlıqlarıdır. Onlar qəbrə qoyulduqları vaxt, etdikləri pisliklərə görə minlərcə dəfə peşmanlıq duymaqdadırlar.
— Yerüzündə çox olanlar bitki və heyvanlar deyildir. Yerüzündə çox olan insanların hırs və tamahlarıdır. O insanların ömürləri boş xəyallarla keçər. Onların nə özlərinə, nə də başqalarına faydaları vardır. Allahın hüzuruna isə əməlsiz dönərlər.
— Göylərdə çox olanlar isə söylədiyin kimi mələklər deyildir. Adil insanların ədalətindən doğan savablardır.
Budur ey xəlifə! Sənə öyüdüm, ədalət geyimini geyin və adil davran. Bu dünyada düşmanlarını və şeytanı adil rəftar etməklə məğlub edə bilərsən!!!


 


Davamı →

Büzürgümehrin hikmətləri

Dahi şairimiz Nizami Gəncəvinin (1141 -1209) çağdaşı olan Əbu-Bəkr ibn Xosrov əl-Ustadın farsca yazdığı məşhur «Munisnamə» kitabından seçmələri oxucuların diqqətinə təqdim edirəm.
▪ Xoşbəxt adam odur ki, dindar olmaqla başqalarına nisbətən daha az günah işləyir.
▪ Ən mömin adam — Allahın yasaqladığı şeylərdən imtina edəndir.
▪ Möminlik — ilk növbədə mərhəmətli olmaqdır.
▪ Mərhəmət — əlinin əməyi ilə yaşamaq, xoş niyyətlər bəsləmək, vicdanlı və insaflı olmaqdır.
▪ İnsaf — insanın özünə layiq bilmədiyi şeyləri başqasına da rəva görməməsidir.
▪ Yaramaz adam — özünə xeyir, başqasına isə şər və yamanlıq arzulayandır.
▪ Pis əməllərə qol qoyan, yalan danışan və israfa yol verən adam — alçaqdır.


Ardı →

Dərviş və şahzadə qız

Öz gözəlliyi ilə Aya, Günəşə meydan oxuyan bir padşah qızı onu bircə kərə görənin ağlını başından alırmış.
Bir gün ağac altında süfrə açıb, kəmərinin altını bərkitməyə hazırlaşan dərviş elə ilk loxmanı ağzına aparanda gözləri oradan keçən bu şahzadə qıza sataşır və heyrətdən donur… Çörək tikəsini tutan barmaqları açılır və loxma yerə düşür.
Bunu görən şahzadə qız özündən razı halda ona gülümsünür. Heyrətdən yerində donan dərvişin matı-qutu quruyur, az qalır ki, yerə yıxılıb, huşunu itirsin. Bu ekstaz (dərin həzz) durumu sonrakı yeddi il ərzində onun varlığını tərk eləmir. O vaxtdan dərviş evə-eşiyə sığmır, küçələrdə veyillənir, ən yaxın dostları isə səfil itlər olur.


Davamı →