Əfəndimizin süfrəsi və yemək mədəniyyəti necə idi?

Əfəndimizin (s.a.v.) həyatında dəbdəbəli  bir süfrəsi heç olmamışdır.Yanında həmişə xidmət edən Həzrəti Ənəs (r.a) Əfəndimizin süfrəsini belə təsfir edir: "Rəsulullah (s.a.v.) taxtadan düzəldilmiş sini və ya masa kimi ayaqlı süfrələr  üzərində kiçik və ayrı qablarda yemək yedilər.Kəpəyi unundan təmiz ayrılmış çörəkdə yemədilər.Qatadəyə: "Nə üzərində yemək yeyərdilər?"-deyə soruşdum.Qatadə:"Yumru dəridən düzəldilmiş süfrələr üzərində,"-dedi.

Əfəndimizin (s.a.v.) evində göz oxşayan süfrələr heç olmamışdır.O dünya həyatını axirət üçün sərmayə görmüş,həyatını həmişə bu istiqamətdə devam etdirmişdir.Əslində bu hadisədə ümmətinə irşad və rəhbərlik də vardır.Dünyaya və dünya malına qarşı ehtiraslı davrananlara həmişə iradını bildirərdi.Bu mənada Səhihi-Buxarinin "Kitabul-Ətimə" hissəsində izah edildiyinə görə,Həzrəti Peyğəmbər (s.a.v.) həyatı boyunca saf buğda unundan bişirilmiş bir çörəyi yemək bir yana, o çörəyin üzünü də görməmişdi.

Bəzi yeməkləri çox sevərdi.Sirkə,baldan hazırlanmış şirniyyatı,zeytun yağı və bəzi tərəvəz yemekləri xoşuna gələrdi.Bir dəfə Ümmü Haninin (r.a.) evinə getmiş və :

- Yeməyə nə isə var?-deyə soruşmuşdu.

- Sirkə var,-deyə Ümmü Hani cavab vermişdi.

- Sirkə olan evdə heç bir şeyə yox cavabı verilməz,-buyurmuşdu.

Ərəbistanda bir yemək növü vardır.Bu yeməyin adı "His"dir.Kərə yağına pendir və xurma qatılaraq hazırlanır.Hz.Peyğəmbər (s.a.v.) bu yeməyi də çox sevərdi.

Bir dəfə Hz.Həsən (r.a.) ilə Abdullah İbn Abbas,Ümmü Sələmənin yanına gedərək:

- Bu gün bizə Hz.Peyğəmbərin (s.a.v.) ən sevdiyi yeməyi bişir deyirlər.

- Yaxşı,siz o yeməyi sevəcəksiniz?-deyə soruşdu Ümmü Sələmə.

Onlar da israr edincə Ummü Sələmə arpa ununu ələyərək qazana tökdü və ocağa qoydu və:

  • - Bu Hz.Peyğəmbərin (s.a.v.) ən sevdiyi yemək idi,- buyurdu.

Hz.Peyğəmbər (s.a.v.) ət növlərindən qoyun,keçi,toyuq,dəvə,dovşan və balıq əti yemişdir.

Əfəndimiz (s.a.v.), Safiyyə (r.a.) ilə evlənəndə toy yeməyi kimi yalnız xurma və qovrulmuş un şorbası ikram etmişdi.Qarpızı xurma ilə yeyərdi.Xiyarı sevərdi.Bir gün Müavviz İbn Afranın qızı xurma ilə xiyar gətirmişdi.Bəzən çörəklə xurma yediyi də olardı.

Soyuq suyu çox sevərdi.Bəzən saf  süd içərdi.Bəzən də içinə biraz su qarışdıraraq içərdi.

Süfrəyə gələn  yeməyi bəyənməzsə,əlini uzatmazdı.Amma heç bir zaman yeməyə pis deməzdi.Önündəki yeməyə əlini salıb əliylə qarışdırmazdı.Başqalarını da bundan daşındırmağa çalışardı.Heç bir zaman bir yerə söykənərək və ya yastığa söykənərək yemək yeməzdi.

Mənbə:Şəmail görünüş və davranışları ilə Ən Gözəl İnsan Peyğəmbərimiz (sav) kitabından.

Bu mətn internet aləində ilk dəfə olaraq yayımlanır.

0 şərh