Рейтинг
+93.27

Sünnə

50 üzv, 34 topik

Əfəndimiz (s.a.v.) kimi dua edək!

Peyğəmbərimizin (s) ibadət həyatı özünəməxsus gözəlliyi, ülviliyi ilə seçilmişdir. Səhabələr hər bir şeydə, o cümlədən ibadət həyatında da ona (s) oxşamağa çalışardılar. Allahın rəsulu, dua xüsusunda da səhabələri və onlardan sonra gələn nəsillər üçün nümunə olmuşdur. Demək olar ki, onun (s) etdiyi bütün dualar bizə gəlib çatıb. Həmin duaların bəziləri:


Ardı →

Küfrə yol verməyək

Allah-təala barəsində layiq olmadığı sözlər söyləmək. Məsələn, bir kəs bir iş gördüyü zaman: «Allah bilir ki, mən bunu etməmişəm», yaxud da görmədiyi bir iş haqqında: «Allah şahiddir ki, mən bunu etmişəm» demək; Bu cür sözləri işlətmək Allahı cahilliklə günahlandırmaqdır.


Ardı →

Əfəndimizin (s.a.v.) şəfqəti və mərhəməti

Allah Rəsulunun rəhmət və şəvqəti də Onun fətanətinin bir ölçüsünü təşkil edir.Onun şəfqət və rəhmətində,eyni zamanda möhtəşəm bir qavrayışın ayrı bir dərinliyi saxlanmışdır.Bəli,Əfəndimiz (s.a.v.) Cənabi-Haqqın rəhm və mərhəmətinin yer üzündəki tək nümayəndəsi olaraq bu iki mübarək  sifətin təsirindən bir iksir kimi istifadə etmiş və bütün könüllərdə taxt qurmuşdur.


Ardı →

Əfəndimizin süfrəsi və yemək mədəniyyəti necə idi?

Əfəndimizin (s.a.v.) həyatında dəbdəbəli  bir süfrəsi heç olmamışdır.Yanında həmişə xidmət edən Həzrəti Ənəs (r.a) Əfəndimizin süfrəsini belə təsfir edir: «Rəsulullah (s.a.v.) taxtadan düzəldilmiş sini və ya masa kimi ayaqlı süfrələr  üzərində kiçik və ayrı qablarda yemək yedilər.Kəpəyi unundan təmiz ayrılmış çörəkdə yemədilər.Qatadəyə: „Nə üzərində yemək yeyərdilər?“-deyə soruşdum.Qatadə:»Yumru dəridən düzəldilmiş süfrələr üzərində,"-dedi.


Ardı →

Əfəndimizin insanlarla münasibəti

İnsanlığa ən gözəl nümunə olan Əfəndimiz həyatın hər sahəsində olduğu kimi,ictimai həyatda əlaqələrdə də bir "Üsveyi-hasənə" yəni (ən gözəl nümunə) idi.Hz.Peyğəmbər Əfəndimiz (s.a.v.) təklif edəcəyi hər mövzunu əvvəlcə özü şəxsən həyatına tətbiq etmişdir.Eyni zamanda Allahın razı olduğu həyat tərzini insanlara öyrətmək mövzusunu da əsla ehmal etməmişdir.


Ardı →

Peyğəmbərimizin (s.a.v.) geyim tərzi

Hz.Peyğəmbər (s.a.v.) həmişə eyni cür paltar geyinməzdi.Ümumiyyətlə,geyindiyi paltar, köynək və şalvarı əvəz edən bir paltar idi.Corab geyinmə adəti yox idi.Amma Nəcaşinin göndərdiyi qara corabı geyinmişdi.Rəvayətə diqqət edildiyində,o corabın  dəridən olduğu anlaşılır.Sarığının ucu bəzən mübarək sinəsinə,bəzən də çiyinlərinin arasına düşərdi.Sarığı çox vaxt qara rəngdə olardı.Sarığının altında başına qoyduğu təkkə olardı.Ucu şiş təkkədən heç vaxt istifadə etməzdi.Bizi müşriklərdən fərqli göstərən,sarığın altına təkkə taxmağımızdır-deyə buyururdu.


Ardı →

Şərab və içki içmək haqqında 40 hədis

1 — Həqiqətən şeytanın iradəsi budur ki, aranızda içki və qumar vasitəsilə düşmanlıq və buğz törətsin, sizi Allahın zikrindən və namazdan qafil etsin. Onlardan əl çəkməyəcəksiz?

2 — İmam Rza (ə) buyurub:
Allah elə bir Peyğəmbər göndərməyib ki, içki içməyi haram etməsin və ona anlatmasın. Allah istədiyi işi görə bilər və mirasında kundur (Onun mirası dəyərli) olar.

3 — Seyyid ibn Tariq Peyğəmbərdən (s) içki haqqında sual etdi və Nəbi (s) içməsini nəhy etdi.
Seyyid dedi: Dəva üçün düzəldilməsi necədir?
Buyurdu: İçki dərddir, dəva deyildir.
Ardı →

Peyğəmbər (s.ə.s) dövrünə "səyahət" 2

RƏSULULLAH Sallallahu əleyhi vəsəlləmin XÜSUSİYYƏTLƏRİ

Peyğəmbər evinə yaxınlaşır və içəri girmək üçün icazə alaraq qapısını döyürük. Qoy xəyal Peyğəmbər Sallallahu əleyhi vəsəlləmi görənlərlə birlikdə bizi yola götürsün… Bizə onu gözlərimizlə görürmüş kimi izah etsin… Beləcə onun çox şərəfli şəxsiyyəti və təbəssüm edən çöhrəsini tanıya bilək.
Ardı →

Peyğəmbər (s.ə.s) dövrünə "səyahət"

ZİYARƏT

Bu sətirlərdə keçmiş əsrlərə bir ziyarət edəcək və geridə qalmış bəzi səhifələri çevirəcəyik. O səhifələri oxuyacaq, sətirləri üzərində düşünəcəyik. Rəsulullah Sallallahu əleyhi vəsəlləmi sətirlərin hərflər və sözlərin dünyasında bir ziyarətdə olacağıq… Onun evinə girəcək, vəziyyətini, görəcək, hədisini dinləyəcəyik. Nəbəvi evdə yalnız bir gün “yaşayacağıq”. Bu bir günlük həyatımızdan dərslər, ibrətlər çıxaracaq, sözləri və hərəkətləri ilə işıqlanacağıq.
Ardı →