Göytürk xaqanlığı (552-744) | Türklərin tarixi | Kayzen 

Türklərin tarixi → Göytürk xaqanlığı (552-744)

Göytürklər İmperiyası — Orta Asiya və Çin ərazisində qurulan türk dövləti. Göytürklər Göktanrıya inanırdılar. Buna görə özlərinə «Göytürk» adını götürmüşdülər. Tarixdə «Türk» adından istifadə edən ilk Türk dövlətidir. Göytürk Xaqanlığı 552-ci ildən 745-ci ilə qədər mövcud olmuşdur. Çinin Sien-pi mənşəli Şimal Zhou, Şimal Qi, Susu və Tang xanədanları ilə uzun müddət döyüşmüşdülər. Qardaş çəkişmələri, vətəndaş müharibələri və çinlilər ilə olan uzun döyüşlər dövlətin yıxılmasına gətirib çıxarmışdır. Türklər tərəfindən qurulmuş olan bu Xaqanlıq Asiya tarixində müəyyən izlər qoymuşdur.

Dövlətin ilk öndəri Bumun Xaqandır. Bumun Xaqanın qardaşı İstəyi Yabgu ölkənin qərb qanadını idarə edirdi. Göytürklər qonşuları olan Çin, Sasani və Bizans İmperatorluğu ilə əlaqələr qurmuşdular. Şərq Göytürk Xaqanlığı 630-cu ildə, Qərb Göytürk Xaqanlığı isə 659-cu ildə Çin hakimiyyəti altına girdilər.
 

İmperiyanın Yaranması və Güclənməsi:

Böyük Hun İmperiyasının süqutundan sonra Orta Asiyada, Altayda və Böyük Çöldə müxtəlif türkdilli tayfalar jujan tayfasının əsarəti altına düşdülər. Azadlıqsevər türklər bu əsarətlə barışmaq istəmirdilər. Onlar V əsrin sonlarından etibarən zəifləməyə başlamış jujanlara qarşı çıxmağa başlamışdılar. Türklərin başçısı ağıllı, ehtiyatlı və tədbirli Bumın xaqan 546-cı ildə teles tayfasının jujanlara qarşı üsyanından istifadə etməyi qərara aldı. O, jujan xanı Anaxuanın yanına elçi göndərib şahzadə qızını ona ərə verməsini xahiş etdi. O, əvvəlcədən bilirdi ki, jujan xanı öz vassalına qız verməyəcək və onu cəzalandırmaq fikrinə düşəcəkdir. Belə də oldu. Anaxuan bu xahişi eşidən kimi əsəbiləşdi. O, türklərin onunla qohum olmaq istəyinə zorla cavab vermək, daha doğrusu Bumın xaqanı cəzalandırmaq fikrinə düşdü. Anaxuan qəzəblə elçiyə dedi:Sən mənim filiz əridənimsən, belə bir təklifi nə cürətlə mənə verirsən?

O dövrdə türklər həqiqətən ağır işlərdə çalışıb dağlarda mədənlərdən filiz çıxarır, metal əridərək jujanlara verirdilər. Bumın xaqan bundan bir bəhanə kimi istifadə edərək 552-ci ildə jujanlar üzərinə hərbi yürüşə başlayaraq onları ağır məğlubiyyətə uğratdı. Bu böyük qələbədən sonra Bumın xaqan müstəqil türk dövləti olan Göytürk xaqanlığının əsasını qoydu. Bumın xaqan özünü el xaqan, yəni ölkənin xaqanı elan etdi. Dövlətə Göytürk adının verilməsi ilə ilk dəfə hunlar rəsmi olaraq özlərini türk adlandırmağa başladılar. Burada «göy» sözü həm səma, Tanrı, həm də rəng (göy, mavi) mənasını bildirirdi.

Şəkillər:

1.Göytürk İmperiyasının bayrağı

2.İmperiya ilk dövrlərdə

3.İmperiya daha sonralar

  • ?
  • 20 dekabr 2012, 02:01
  • Ramstein


Şərhlər (0)

RSS qısalt / böyüt
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.