8. hissə (son)

Tamamlanmış "Tamamla"

Oğlunun ölümündən düz bir il keçirdi. İlinə başsağlığı verməyə gəlmiş qonaqlar getdikdən sonra, kiçik oğlunun otağına keçib televizoru açdı. Dilarə hələ də elə bilirdi ki, oğlu Kamili atası olduğunu öyrəndiyinə görə öldürüb. Bir neçə siyasi və ictimai xəbərlərdən sonra görkəmli yazar Kamil İldırımın ölümünün ili haqqında reportaj getdi.

"...qeyd edək ki, Kamil İldırım, psixoloji problemlər yaşayan, polis leytenantı, Əhməd Talıbov tərəfindən naməlum səbəblərə görə oğurlanmış, və xüsusi amansızlıqla Talıbovun öz evindəcə qətlə yetirilmişdir...Talıbovun manyak olmasını onun mərhum yazıçının bədəninə, əllərinə steril əlcək, başına tibbi kalpak, və ayaqlarına xüsusi ağ bağlama keçirməsindən müəyyən ediblər...Qətldən dərhal sonra, Əhməd Talıbov özünü yaxınlıqdakı kəsmə yolda maşının altına atıb...
Və sonda dünyada öz yeni multi-müəllifli hekayə janrı ilə ədəbiyyatda inqilab edən gənc yazar və artıq Nobel mükafatı namizədi Fərhad Məmmədovun bu gün "Tamamla..." üslubunda artıq ikinci kitabı işıq üzü görüb. Maraqlıdır, görəsən dahi Kamil İldırım sağ olsaydı, bu gənc yetənək haqqında nələr deyərdi...

SON

"Fəinnə məəl usri yusra, innəməəl usri yusra" - Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!), həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!) - Şərh surəsi 5-6, Qurani-Kərim tərc. Vasim Məmmədəliyev

Oxşar məqalələr

0 şərh