Рейтинг
+2.14

Tamamla... (mistik triller)

9 üzv, 8 topik

8. hissə (son)

Tamamlanmış «Tamamla»

Oğlunun ölümündən düz bir il keçirdi. İlinə başsağlığı verməyə gəlmiş qonaqlar getdikdən sonra, kiçik oğlunun otağına keçib televizoru açdı. Dilarə hələ də elə bilirdi ki, oğlu Kamili atası olduğunu öyrəndiyinə görə öldürüb. Bir neçə siyasi və ictimai xəbərlərdən sonra görkəmli yazar Kamil İldırımın ölümünün ili haqqında reportaj getdi.



Ardı →

7. hissə

Kağızların mərhəməti
Hələ yuxuda ikən özünü narahat hiss edirdi, bədənin eyni yerinə ağırlıq düşdüyündən qan hərəkəti müəəyən yerlərə toxunmurdu. Elə buna görə də yerini dəyişmək istəyirdi ki, bədənini hərəkət etdirə bilmədi...Sanki iflic olmuşdu...Yavaş yavaş yuxudan oyanırdı. Lakin hələ gözlərini açmamışdı...Dünyaya qayıtdıqdan sonra qulağına gələn ilk səslər yaşlı bir boğuq kişi səsi oldu: «Yaramaz...axmaq...kütbeyin...bütün işlərimi puç etdi...Çox pis...çox pis...əsər nikbin sonluqla bitməməli idi...»

Ardı →

6. hissə

Qonşuluq təsadüfü
Əhməd Talıbov, polis leytenantı, 34 yaş, artıq dördüncü il idi ki, Gənclik metrosunun yaxınlığında köhnə Samsunqun binası ilə üzbəüz olan yaşıl binada, səkkizinci mərtəbədə şəxsi mənzilində qalırdı. Atasız böyümüş Talıbovun özündən başqa altı yaş kiçik qardaşı var idi...Amma qardaş ona ana tərəfdən qardaş idi...Qardaşının həqiqi atası, anasının qanuni-nigahlı əri idi. Özü isə nigahdan kənar doğulmuşdu və atası haqqında isə heç bir məlumatı yox idi. Anası hamsından çox bu oğlunu sevsə də, bunu biruzə verməməyə çalışırdı.Elə ona görə də kiçik oğlunun evində qalırdı. Əhməd isə nə qədər qəribə görünsə də bu mənzili heç kimlə bölüşmürdü, nə ailəsi nə də nigahdan kənar məşuqəsi var idi. Talıbovun dünyadakı əsas meylləri pul qazanmaqla bağlı idi...Əslində pul qazanmaq, pul sevgisinə görə deyil, belə ki, bəsirət gözüylə baxsaq, onun kökündə, qadın, var-dövlət, gözəl həyat, təkəbbür və digər stimullar durur...Halbuki o, yəhudi zərgərlər kimi, doğrudan da pul yığmaq xəstəliyinə tutulmuşdu...O qədər simic idi ki, dükanda alış-verişlər zamanı beş qəpiyi belə satıcıdan tələb edirdi. Makkiyavelli siyasətdə istədiyinə nail olmaq üçün istənilən vasitəyə əl at demişdisə, Talıbov onu pul qazanmaq üçün istədiyin vasitələrə əl at variantına çevirmişdi. Bununla belə onun da öz sərhədləri var idi.

Ardı →

5. hissə

Qaydalar pozulur
Zibeydə xalası qızı Səlimənin televiziya kanallarının birində intihar hadisəsi haqqında şahidlik müsahibəsinə baxandan sonra televizoru çevirdi...Uşaqlar məktəbə idi, yoldaşı işdə, qaynanası və qaynatası isə böyük oğlanlarının evində qaldığından bu evdə hal hazırda ondan başqa heç kəs yox idi. Yerli televiziya kanallarında maraqli bir şey olmadığından, boş bekar oturmuşdu kresloda...Birdən yadına düşdü ki, Səlimə ona İstiotun təzə buraxılışını gətirmişdi,...Növbəti günlərin teleproqramı ilə tanış olmaq məqsədilə əlini atdı divandakı balışın altına. Jurnalı çıxarıb bir qədər səhifələdi, birdən səhifələrin arasından bükülmüş səhifələr çıxdı. Onlardan biri sarı və biri isə ağ rəngdə idi… Səhifəni oxumağa başladı…
Ardı →

4. hissə

Müstəntiq Talıbovun versiyası

— Sən doğrudan da dahimişsən...Malades.- Talıbov təzəcə şöbəyə girmişdi ki, həmkarı Aslan onu qabaqladı
— Əvvala salam, indi de görüm nəyi deyirsən?
— Hmm...Heç adamın ağlına gələ bilərdimi ki, iki gün bundan əvvəl bu şöbədə başqa ölüm hadisəsi haqqında izahat verən kəs bu gün özü də o dünyaya yollanacağ.
— Nəyi deyirsən başa düşə bilmirəm,
— Demək istəyirəm ki, sənin versiyan deyəsən düz çıxdı...Həmin ölən yazıçıyla xalası qızı arasında elə deyəsən nəisə var idi...Qızı dünən gecə evdə ölmüş tapıblar...özünü zəhərləyib...Yəqin hansısa əclaf hər ikisini nəiləsə şantaj edirdi...Elə bəlkə də qeyri-nigah əlaqələrindən.

— Günel Məhərrəmova?...O da ölüb



Ardı →

3. hissə

Növbəti qurban

— Az, Günel axşam mən bəlkə xalam qızı gilə getdim, otağı yığmaq bu gün sənin boynuna — deyə Günelin otağ yoldaşı, Səlimə o da tələbə — Azərbaycan Universiteti — psixoloqiya ixtisası üzrə- və həmkirayəçi yazıqcasına Günelin cavabını gözlədi
— Saat neçədə gedirsən?
— Dəqiq bilmirəm, nə vaxt zəng vurar onda, da gedərəm...işdən gələndən sonra.
— Bu gün nəisə həmişəkindən fərqli geyinmisən...nə baş verib...- Səlimənin üzü qızardı
— Hmm...bu gün xalam qızının yoldaşının qırxilliyidi...bir də ki,
— Birdə ki, nə?
— ...birdə ki..., Orxanda ora gələcək
— Orxan kimdi az...
— Zibeydənin kiçik qaynı...Nəsə...xoşum gəlir ondan- yenə qızardı

Ardı →

2. hissə

Kamil İldırımın baş tutmayan gizli görüşü

Onun qapını döymədən öz evinə girməsi adi bir hal almışdı...Evin açarı qapını hər iki tərəfdən açıb-bağlıya bilirdi. Bu səbəbdən Kamilin evə nə vaxt gəldiyini heç kim bilə bilmirdi. Qonaq otağına girib görürdülər ki, oturub divanda, televizorun qarşısında İngiltərə premyer-liqasına baxır. Bəzən elə də olurdu ki, APİ-nin üçüncü kurs tələbəsi, qızı — Fatimə dəhlizdən keçən zaman qapının gözlənilmədən açılmasından diksinirdi...Ümumiyyətlə ailə üzvlərindən nə qızı, nə əsgərlikdə olan oğlu Rasim, nə də övrəti Nazlı xanım onun haqqında o qədər də çox şey bilmirdilər. Onların suallarına lakonik cavablar verməklə canını qurtaran 59 yaşlı yazıçı Kamil, bütün fikirlərini Hitler kimi süfrə arxasında belə öz beynində təhlil edirdi. Bəlkə onun belə tez dünya şöhrəti qazanmasının səbəbi də elə o idi. Ailə üzvləri heç zaman onun belə az danışmasında gileylənməzdilər belə...Axı atalarının məşhurluğu bunu konpensasiya edirdi. Fatimə kursların heç birini öz başıyla oxumasa belə pedaqoqları «Qızım Fatimə, sən Azərbaycanın ədəbiyyat nominasiyasında ilk Nobel mükafatı almış dahi yazıçısının qızısan, biz sənə dörd yazsaq bilirsən bizi neylərlər...İmtahanlarda heç olmasa nəyisə yaz, axır tələbə yoldaşların görsünlər ki, sən qiyməti özün alırsan» deyə onu xəfifcə məzəmmət edərdilər. Xanımı isə hansı gözəllik salonuna və butik tipli mağazalara girirdi, elə olmurdu ki, həyat yoldaşının yazdığı «Mavi dərya» romanının heç olmasa bir oxucusu tapılmasın...Bu onun məhsul və xidmət istehlakını məkanından asılı olmayaraq güzəştli edirdi.



Ardı →

1. hissə

— Asif...gəlməy olar&- deyə yarıaçıq qapıdan içəri boylanan Günel — 25 yaş, tələbə — xalası oğlu gənc yazıçı Asifi ziyarət etməyə gəlmişdi. Lakin heç bir cavab eşitmədi. Yəqin etdi ki, yenə də öz iş otağında mürgüləyir...Elə hey yeyir, içir, yatır...yaxşıdır heç olmasa bundan başqa yazmaqla da məşğuldur. Bu azdan çoxdan onun yaşayışını təmin edən vəzifə olmasaydı, batmışdı...Günel Asifi sonuncu dəfə nə vaxt çöldə gördüyünü əsla yada sala bilmirdi. Deyirlər ən güclü vitamin C elə günəş özüdür. Gün işığı...Yazığın ona görə belə tutqun görünüşü var...Hər zaman da böyrəklərindən şikayət edir. Yox gəl etmə də, bu qədər içəsən, böyrəyin ağrımasın.
Ardı →