Beynəlxalq Əmək Təşkilatı

Beynəlxalq Əmək Təşkilatı – BƏT (International Labour Organization — ILO) 1919-cu ildə «Millətlər cəmiyyəti» çərçi­vəsində Versal sülh müqaviləsinə əsasən yaradılmışdır. Bey­nəlxalq Əmək Təşkilatı ilə BMT arasında əlaqələrin yaradıl­ması haqqında razılaşma  14 dekabr 1946-cı ildə təsdiq edilmiş­dir və bu təşkilat BMT ilə əlaqədə olan iki ixtisaslaş­mış müəs­sisə olmuşdur.
BƏT-nın üzvləri   -  171  ölkə.
BƏT-nın baş orqanları:
1.Baş konfranslar;
2.Inzibati Şura;
3.Beynəlxalq əmək bürosu.
Yerləşdiyi yer – Cenevrə. Baş əmək konfransı hər il Ce­nevrədə öz sessiyalarını keçirir. Baş əmək konfransının işti­rakçısı olan dövlət bir nümayəndə sahibkarların, bir nümay­əndə zəhmətkeşlərin olmaqla iki nümayəndə göndərir.
Sessiyalararası dövrdə BƏT-nin baş konfransının işinə Inzibati şura rəhbərlik edir ki, bunun da 28-i hökumət nümayəndəsi, 14-ü zəhmətkeşlərin nümayəndəsi və 14-i isə sahibkarların nümayəndəsi təşkil edir.
BƏT-nin məqsədi zəhmətkeşlər üçün sosial ədalətin tə­min edilməsi, insan hüquqlarının müdafiəsi və həmçinin mükafat­landırılması, azadlığın təmin edilməsi, dövlətin so­sial və əmək problemləri ilə əməkdaşlıq (məşğulluq, əmək şə­raiti, əməyin mühafizəsi, əmək haqqı, pensiya, məzuniyyət, zəhmətkeşlərin digər qrupları – qadınlar, yeniyetmələr, müha­cirət) və s. yaratmaqdır.
BƏT-nin Nizamnaməsi – ümumililiyi (universallığı) və nümayəndələrin üçtərəfli olması kimi iki prinsipə əsaslanır.
Birinci prinsip BƏT-nin Nizamnaməsində müəyyən edildiyi kimi onun nizamnamə öhdəçiliklərini qəbul edən bütün dövlətlərin bu təşkilata üzv olmaq imkanı olduğunu göstərir. Bu prinsip BƏT üzvlərini məcbur edir ki, bütün öl­kələrdə zəhmətkeşlərin əmək həyat şəraitinin yaxşılaşmasına, təşkilatda üzvlükdən irəli gələn bütün üstünlüklərdən bəra­bər istifadə etmək hüququ verilsin. Əgər bu prinsip ümumi­liyi (univer­sallığı) ilə çoxu üçün xarakterikdirsə onda üçtə­rəfli nüma­yən­dəlik prinsipi ancaq BƏT-na məxsusdur. Ma­hiyyət ondan ibarətdir ki, BƏT-nin hər bir üzvü təşkilata hö­kumət, zəhmət­keş, sahibkarların üzvü kimi təqdim olunur. Bununla belə hər qrup nümayəndəsi əmək problemləri həll edilən zaman öz mövqeyi ilə sərbəst məşğul ola bilər.
BƏT-nin əsas fəaliyyət istiqaməti təşkilatın azadlığı, əmək haqqı, iş gününün uzunluğu və əmək şəraiti, zəhmət­keşlərin əməyə görə təltif edilməsi, sosial sığortalanma, ödə­nilən məzu­niy­yətin, əməyin mühafizəsi, işçi qüvvəsi və işçi müfəttişliyi xid­mətinin muzdla tutulması sahələri üçün bey­nəlxalq bəyan­na­mə və təqdimat hazırlamaqdır. Bəyannamə BƏT-na tərə­fin­dən təsdiq edilmiş üzvləri olan dövlətlərin, öz öhdəçiliklərinin həyata keçirilməsi vəziyyətini, bu zaman milli siyasətin, qanun­vericiliyin və təcrübənin istiqamətini müəyyən edir.
Yarandığı vaxtdan BƏT 172 bəyannamə və 182 tövsiy­ələr vermişdir. Son vaxtlarda istehsalda kimyəvi maddələrin təhlükəsiz istifadə edilməsi, sahibkarların müflisləşməsi za­manı zəhmətkeşlərin marağının müdafiə olunması, istehsalda ağır qərarların baş verməsi  və s. haqqında bəyannamələr qə­bul etmiş­dir. BƏT-nin yanında sosial-əmək tədqiqatları beynəlxalq institutu və beynəlxalq kadr hazırlığı mərkəzi fəaliyyət göstə­rir.

Yüz ilə yaxın bir dövrdə sənayecə inkişaf etmiş ölkə­lərdə təhlükəsizlik və sağlam əmək şəraitinin yaradılması ilə əlaqədar olaraq ciddi zədələnmələrin sayı çox azalmışdır. BƏT-nin «Əməyin təhlükəsizliyi uğrunda» proqramı mühüm rol oy­nayır. Onun məqsədi bütün dünya miqyasında əmək fəaliyyəti ilə əlaqədar olaraq bədbəxt hadisələrin nəticələrinin, zədə­lənmə və əzilmələrin beynəlxalq əmək normalarına uyğun olaraq  bütün zəhmətkeşlər üçün qarşısını almaq, onların müdafiəsi üçün profilaktik tədbirlər həyata keçirmək, döv­lətlərin və sə­naye sahələrinin, onun möhkəmləndirilməsi üçün daha səmərəli proqramlar işləyib hazırlamaqdır.
Müasir əmək münasibətləri sisteminin təşəkkül tapması və Ru­siyanın müvafiq qanunvericilik aktları BƏT-nin işləyib hazırladığı normalardan geniş  istifadə etmək   əsasında həyata ke­çirilir.   BƏT-nin    mütəxəssisləri,   əmək    bazarı,    statistika ba­­­­zarının təkmilləşdirilməsi, əmək sərfi statistikasının yeniləş­mə­sində, Rusiyada yeni peşələrin təsnifləşdirilməsinin işlənib hazırlanmasında, müasir məşğulluq xidmətinin formalaşma­sında icmalların keçirilməsində köməklik göstərmişlər. BƏT Rusiyada müstəqil-sosial məsuliyyətli sahibkarlıq təşkilatla­rının, bazar iqtisadiyyatı şəraitinə nisbətən uyğun həmkarla­rın fəaliyyətinin dəyişməsi kimi təşkilatların yaradılmasına köməklik göstərir və onlara müvafiq olaraq tədbirlər keçirir.
 

0 şərh