Avropa Yenidənqurma və Inkişaf Bankı

Mərkəzi və Şərqi Avropanın sosialist ölkələrinin iqti­sadi və siyasi həyatında ciddi dəyişikliklərlə əlaqədar olaraq Avropa dövlət və hökumət dairələrində yeni regional inkişaf bankla­rının yaradılması ideyası yarandı.
80-ci illərdə sosialist dövlətlərində siyasi sistem dağıl­mağa başlayır, mürəkkəb problemlər baş qaldırır, iqtisa­diyyatın bazar modelinə keçməsi, iqtisadiyyatın planlı-amir­liyi yenidən qurulur, struktur dəyişikliklər baş verir. Keçmiş sosialist ölkə­lərində dərin iqtisadi böhranların baş verməsi, sosial gərgin­lik­lərin sürətlənməsi və mürəkkəbləşməsi bunla­rın həllini çətin­ləşdirir. Avropanın inkişaf etmiş ölkələrinin hökumətləri yeni yaranan demokratik rejimə köməklik et­məyi başa düşərək və onlara maliyyə yardımı göstərmək üçün 1989-cu ildə Fransa Prezidenti Fransua Mitteranın Av­ropa parlamentinin iclasında dediyi Avropa Yenidənqurma və Inkişaf Bankının – AYIB  (European Bank for Reconstruction and Development — EBRD) yaradılması ideyasını bəyəndilər. Onun yaradıcılarının fikrincə, AYIB ümumi-Avropa maliyyə-iqtisadi əməkdaşlığın­da, so­sialist yönümlü ölkələrdə köklü dəyişiklikləri həll etmək üzrə beynəlxalq təsiri gücləndirmək və beynəlxalq köməkliyi sə­fərbər etmək aləti və keçid iqtisadiyyatı ölkələrinin işgüzar dairələri üçün katalizator və tərəfkeş olmaqla institusion in­frastruktura malik ilk blok olmalıdır.AYIB gərgin­liyin aradan qaldırılmasından sonra Fransua Mitteranın ob­razlı ifadəsilə desək yaxınlaşmağa səy göstərən iki yarım Av­ropa arasında körpü olan ilk hökumətlərarası maliyyə təşki­latıdır.AYIB -nın təsis edilməsi haqqında razılaşma bir neçə (15-16 yanvar, 8-11 mart, 8-9 aprel 1990-cı il) ekspertlərin iclasında və Parisdə ona üzv olan dövlətlərin üç dəfə görüş­məsi nəticəsin­də ən qısa vaxtda hazırlanmışdır. Iclaslarda Avropa dövlətlə­ri­nin nümayəndələri, Mərkəzi və Şərqi Av­ropa dövlətləri (MŞAD), dünyanın digər region döv­lətlərinin nümayəndələri – Misir Ərəb Respublikası, Israil, Koreya Respublikası, Mərakeş, həmçinin Avropa iqtisadi cəmiyyətləri, Avropa Investisiya Bankı və s. təşkilatlar iştirak etmişlər. Sonuncu danışıqlar Parisdə 20 may 1990-cı ildə ol­muşdur. Avropa Yenidənqurma və Inkişaf Bankı beynəlxalq bank kimi. BYIB onun üzvləri, təşkilatları və hökumətləri arasındakı Razılaşmaya əsasən təsdiq edilmişdir. AYIB rəislərinin ilk Şurası 16 aprel 1991-ci ildə Bankın qə­rargah-mənzilində Londonda olmuşdur.
European Bank for Reconstruction and Development annual meeting
Hazırda 58 dövlət və iki təşkilat – Avropa Investisiya Bankı və Avropa Ittifaqı onun üzvüdür. AYIB va­hid beynəlxalq kredit-maliyyə təşkilatı idi ki, bunun da üzvü və əsas yaradıcılarından biri SSRI ol­muşdur.
Sovet Ittifaqının AYIB-də  iştirak etməsi onun beynəlxalq maliyyə təşkilatı sisteminə qoşulmasını göstərirdi. Dövlət inves­tisiya və texniki yardım sahəsində köməklik gö­stərməyi hiss edi­lirdi. SSRI-nin AYIB-də iştirak etməsi inki­şaf etmiş dövlətlərin ona qarşı münasibətini dəyişmişdir. Belə ki, AYIB-in ilk prezidenti J.Attali  SSRI-nin əhəmiyyətini yüksək qiymət­lən­dirərək qeyd edirdi ki, Sovet Ittifaqı olmadan  AYIB-in  heç bir faydası yoxdur, Rusiyanın Avropadan kənar edilməsi müharibəyə gətirə biləcək təmiz ağılsızlıqdır».
AYIB prinsipcə dövlətlərarası struktura malik yeni tip­dir. Onun qarşısında duran məqsəd və vəzifələrə, metodlara və iştirakçıların tərkibinə görə analoqu yoxdur. Ilk dəfə ola­raq iqtisadi təşkilatların təsis sənədlərində onun tərəfində iq­tisadi köməkliyin verilməsində təşkilatların siyasi tələblərinin gözlə­nilməsinin vacibliyi bildirilmişdir. Ilk dəfə olaraq bey­nəlxalq təşkilat ABŞ-nın təşəbbüsü ilə deyil, onların istəyin­dən kənarda yaradılmışdır. Ilk dəfə SSRI Nizamnəmə kapi­talında 6% payı olmaqla beynəlxalq maliyyə institutuna daxil olmuş və bununla da beynəlxalq maliyyə təşkilatları siste­mindən təcridedilməni qırmışdır.
Yeni Inkişaf və Yenidənqurma Bankı onun fəaliyyət regionunda geopolitik şəraiti tam dəyişmək şəraitində öz işinə başlamışdır. Ölkələrin öz iqtisadiyyatını əvvəllər heç yerdə tətbiq edilməyən miqyasdə yenidən qurmağa cəhd gö­stərmələri və AYIB-nın heç bir beynəlxalq maliyyə təşkilatla­rının təcrübəsinə, ölkə hökumətlərinin, dəyişilən iqtisadi təc­rübəyə arxalanmaq imkanına malik olmamışdır. Mərkəzi və Şərqi Avropa ölkələrində mərkəzləşdirilmiş iqtisadi inzibati-amirliyi yenidən qurmaq-dəyişdirmək məqsədilə bazar iqti­sadiyyatı üçün onlara yeni yanaşmalar tələb olunurdu.
Keçmiş kommunist ölkələrinin 1993-cü ildə AYIB-nın illik iclaslarında qeyd edildiyi kimi iqtisadi problemləri yalnız Bankın diqqət mərkəzində deyil, eyni zamanda onların yeni­dən qurulmasına yüksək köməklik göstərən Qərb ölkələrinin də daima diqqət mərkəzindədir.
AYIB mövcud inkişaf banklarından yalnız maliyyə re­surslarına yanaşmaq xüsusiyyətləri ilə yox qeyd edildiyi kimi onun iqtisadi və sosial tələbləri, öz məqsədinə – açıq iqtisa­diyyata keçmək, yəni bazara, həmçinin Mərkəzi və Şərqi Av­ropa ölkələrində xüsusi və sahibkarlıq təşəbbüsünün inkişafı, çoxpartiyalı demokratik prinsiplərə bağlılığı və onların həya­tında aparılan bazar iqtisadiyyatı ilə fərqlənir.AYIB üzvlə­rinin tərkibi ilə də fərqlənir.  Avropa ölkələrindən başqa iki təşkilat da onun üzvüdür: müəyyən dərəcədə onun qəyyumu hesab edilən Avropa Investisiya Bankı və Avropa iqtisadi cəmiyyəti – indiki Avropa Ittifaqı.
Qoyulan məqsədə çatmaq üçün Mərkəzi və Şərqi Av­ropa ölkələrinin açıq bazar iqtisadiyyatına keçməyə kömək­lik göstərmək, xüsusi və sahibkarlıq təşəbbüsünü inkişaf et­dirmək üzrə AYIB-ı demonopolizasiya və dövlətsizləşdir­məni (özəlləş­dir­məni) daxil etməklə struktur və sahələr üzrə iqtisadi islahatlar aparmaq üçün köməklik göstərir. Belə təd­birlər Mərkəzi və Şərqi Avropa ölkələrinin iqtisadiyyatına və onların dünya təsərrüfatına daxil olmasına bu yolda kömək­lik gös­tərməlidir:
  • xüsusi və digər marağı olan investorlar vasitəsilə kiçik və orta müəssisələrin xüsusi sahibkarlıq fəaliyyətinin məh­suldar rəqabət etmək imkanlarını genişləndirmək, təkmilləş­dirmək və uzatmaq;
  • göstərilən məqsədə çatmaq üçün həmçinin idarəetmə təcrübəsinə əsaslanaraq daxili və xarici kapitalı səfərbər et­mək;
  • həyat və əmək şəraitini, əmək məhsuldarlığını yüksəl­tmək, rəqabət mühiti yaratmağa imkan verən, xüsusi və sa­hibkarlıq təşəbbüsünü saxlamaq üçün vacib olan xidmət sfe­rasında, maliyyə və müvafiq infrastrukturlara investisiyalar daxil etməklə məhsuldar investisiyalarla köməklik göstərmək – yardımçı olmaq;
  • ayrıca və xüsusi investisiya proqramları və müvafiq layihələri həyata keçirmək, maliyyələşdirmək üçün hazırla­maqda texniki yardımçı olmaq;
  • kapital bazarının yaradılmasını və inkişaf etdirilmə­sini stimullaşdırmaq;
  • iqtisadi cəhətdən əsaslandırılmış həyati əhəmiyyət kəsb edən layihələri saxlamaq;
  • ölkənin möhkəm inkişafına və ekoloji sağlamlığına yar­dımçı olmaq.
AYIB göstərilən funksiyaları yerinə yetirmək üçün özünün üzvü olan ölkələrlə, həmçinin BVF, BYIB, IƏIT (OGSP) institutları ilə sıx əməkdaşlıq edir.
AYIB region ölkələrinin inkişafına istiqamətlənir və bu onu regional inkişaf bankları ilə dostlaşdırır. Istiqrazların verilməsi, məsləhət xidməti, üzv ölkələrin investisiyalaşdırıl­masının həyata keçirilməsi, kreditlərin zəmanətləşdirilməsi, həyat səviyyəsinin yüksəldilməsi, həmçinin üzv ölkələrin in­kişafının sürətləndirilməsinə yardımçı olmaq, regional inte­qrasiya proseslərinin dərinləşməsi və genişlənməsinə kömək etmək və s. funksiyaları da oxşardır.
AYIB AfIB, AsIB və ADIB  ilə müəyyən struktur ox­şarlığı da vardır. AYIB çərçivəsində aşağıdakı xüsusi investi­siya və texniki yardım fondu yaradılmış və fəaliyyət göstərir:
  • Baltik xüsusi investisiya və texniki köməklik fondu. Onlar Latviya, Litva və Estoniyada kiçik və orta sahibkar­lığa köməklik göstərməklə xüsusi sektorun inkişafı üçün nə­zərdə tutulmuşdur;
  • Rusiya Federasiyasının xüsusi kiçik müəssisələrinin in­kişafına köməklik üçün nəzərdə tutulan xüsusi texniki əməkdaşlıq fondu, Rusiyanın kiçik müəssisələri üçün xüsusi investisiya fondu;
  • Moldova Respublikasında kiçik biznesin inkişafına kömək məqsədilə kiçik müəssisələr üçün nəzərdə tutulan xüsusi investisiya fondu 2002-ci ildə öz fəaliyyətini müvəffə­qiyyətlə başa vuran fond ləğv edildi;
  • AYIB ölkələrində maliyyə vasitəçilərinə köməklik gö­s­tərmək məqsədilə onlar üçün nəzərdə tutulan xüsusi investi­siya fondu;
  • Kiçik və orta sahibkarlığı (MSP) modern­ləş­dirmək, strukturunu yenidən təşkil etmək, geniş­ləndirmək və inkişaf etdirmək məqsədilə nəzərdə tutulan Italiya xüsusi investisiya fondu;
  • Estoniya, Çexiya Respublikası, Sloveniya, Slovakiya, Rumıniya, Polşa, Litva, Latviya, Maca­rıstan, Bolqarıstanın kiçik və orta sahibkarlığının maliyyə problemlərini həll et­mək məqsədilə nəzərdə tutulan kiçik və orta müəssisələrin maliyyələş­diril­məsinin xüsusi fondu;
  • Albaniya, Bolqarıstan, Bosniya və Hersoqovina, keç­miş Yuqoslaviya Respublikası, Makedoniya, Rumı­niya və Xorva­tiyada iqtisadiyyatı yenidən qurmaq məqsədilə nəzərdə tutulan Balkan regionu üçün xüsusi fond;
  • AYIB ölkələrində əməliyyatları texniki əmək­daşlıq layihələrini maliyyələşdirmək məqsədilə nəzərdə tutulan AYIB-nın xüsusi texniki əməkdaşlıq fondu;
  • Albaniya, Bosniya, Bolqarıstan, keçmiş Yuqos­laviya Respublikası, Makedoniya, Rumıniya, Yuqos­laviya Ittifaq Respublikası və Xorvatiyada kiçik və orta biznesin inkişa­fına köməklik məqsədilə nəzərdə tutulan kiçik və orta sahib­karlıq üçün AYIB-nın xüsusi fondu;
  • Kredit xəttinin fəaliyyətdə olması ilə bağlı olan, mak­romaliyyələşdirmə proqramı və ticarətin inkişafına yardım etmək, həmçinin Qırğızıstan Respublikasında, Tacikistanda, Türkmənistanda, Özbəkistanda birbaşa investisiyalaşdırmaq mexanizmi üçün nəzərdə tutulan Mərkəzi Asiya üçün risklə­rin bölüşdürülməsi üzrə xüsusi fond.

0 şərh