Həyatsevərsinizmi?

Siz daima həyatdan narazısınız, yoxsa hətta xoşagəlməz vəziyyətlərdə də sevinməyə nə isə tapırsınız? Ən yaxşısı özünüzü test vasitəsilə tanıyın. Qeyd olunan cavablardan birini seçin.

Suallar:
1. Sizə görə insanlar harada daha çox xoşbəxtdir? 
a) Həmişə günəş parlayan şimal bölgələrdə.
b) İnkişaf etmiş ölkələrin böyük şəhərlərində.
c) Kanada və ya Skandinaviyada, çünki orada az əhali məskunlaşıb.

2. Bu məsəllərdən hansı sizin həyat deviziniz ola bilər?
a) Dəmiri isti-isti döyərlər
b) Hər işdə bir xeyir var
c) Hər parlayan qızıl deyil

3. Tərəfdaşınız sizə hansı hədiyyəni bağışlaya bilər?
a) Bəzək əşyaları
b) Xaricə səyahət
c) Hər hansı məişət əşyası

4. Peşənizi dəyişmək haqqında fikirləşirsiniz?
a) Bəli, tez-tez. Mən başqa peşəni öyrənmək istəyirəm
b) Bəzən, işdə problemlər olanda, ya da maaşlar gecikəndə 
c) Yox, heç vaxt 

5. Ən çox nəyə gülürsünüz?
a) Dostumun başına gələn talehsizliyə
b) Yaxşı zarafat və lətifələrə 
c) Öz ağıllsız hərəkətlərimə 

6. Şəhər ətrafında gəzinti zamanı sizi nə narahat edir?
a) İzdiham
b) Dilənçilər
c) Çirkləndirilmiş hava

7. Hansı insanlar sizin diqqətinizi cəlb edir?
a) Özünə inanan
b) İntellektual
c) Gülməli və hazırcavab

Təlimatlar: Topladığınız balların miqdarını hesablayın.
1) a-2, b-1, c-3,
2) a-2, b-1, c-3,
3) a-1, b-2, c-3,
4) a-3, b-2, c-1,
5) a-3, b-2, c-1,
6) a-1, b-3, c-2,
7) a-2, b-3, c-1

Testin nəticəsi:

7-11 bal : Sizi təbrik etmək olar — siz həyatınızdan razısız və həyatı olduğu kimi qəbul edirsiz. Kiçik şeylərdən zövq ala bilirsiz və problemlərə fikir vermirsiz.

12-16 bal : Bəzən həyatınızdan narazı olursunuz və belə dünyanı necə sevə biləcəyinizi anlamırsınız. Bu sizin başqalarından özünüzə qarşı daha çox diqqət tələb etmənizdən irəli gələ bilər.

17-21 bal : Siz pessimistsiniz. Yadda saxlayın: Hər nə olursa, yaxşılığa doğru olur. Həyatsevər insanlarla daha çox vaxt keçirtməyə çalışın.
 

12 şərh

Gülnar
13. Bele de bilirdim:)
asel
Məndə də 13.:)
velili_hemide
Məndə 11 oldu axı. Bəs mən?
beautiful
15 bal oldu məndə.
pascal
Həyatsevərəm. Bunu bu tip testlərsiz də əminliklə bilirəm. Yetər ki, həyatsevərliyimi, həyata pozitiv baxışımın, bağlılığımın qol-qanadın sındıran insanlarla rastlaşmayım. :)
velili_hemide
Testdə səhvlik var! 11 yoxdu axı?!
pascal
Belə bir testi hazırlamağın özü belə səhvdi. :)
velili_hemide
Nəticəni gördükdən sonra testin cavabının səhv olduğunu əminliklə deyə bilərəm. Heç də həyatsevər deyiləm :)
azadmamedov90
men hec birine cavab  tapa bilmedim-xosbextlik insanin oz daxilindedir-ne ile xosbext olursa insan demeli odur onun qazanci bu heyatda-deyer verdiyi seyin deyeri qederdir o insanin deyeri-