Рейтинг
+18.66

Tibbi yardım

26 üzv, 63 topik

Dilinizi isti çayla yandırmısınızsa

Yəqin ki, hər bir insanın başına gələn xoşagəlməz hadisədir. Qaynar çay və ya qida dili yandırdıqda insan kəskin ağrı hiss edir, dil qızarır, şişir.

Bu halda nə etmək lazımdır? Sizə ağrını azaltmaq üçün bir neçə çarə təqdim edirik:

1. Soyuducuda soyuq süd və ya yoqurt varsa, onlardan istifadə edin. Dilin üzərində saxlayın və yavaş-yavaş udun.

2. Dilin üzərinə bir az şəkər tozu tökün. Qəribə səslənsə də, bu çox effektli vasitədir. Ağrı tez bir zamanda keçir.

3. Dilin üzərinə bal qoyun.

4. Mentollu saqqız çeynəyin. Mentol ağrını azaldır. Dilin üzərində suluqlar əmələ gəlibsə, ağrı keçmirsə, mütləq həkimə müraciət edin.

saglamolun.az 
 

Boğazda nə isə qalanda...

Boğazda hər hansı yad cisim (qida, sümük, meyvə tumu və s.) qaldıqda nəfəs yolları qismən bağlana bilər.

Bu zaman insan çətinliklə də olsa nəfəs ala və danışa bilir. Belə vəziyyətdə orqanizmin müdafiə mexanizmi olan öskürək köməyə gəlir — insan öskürür və yad cisim əksər hallarda xaric olur. Lakin bəzən yad cisim nəfəs yollarını tam bağlaya bilər ki, bu zaman insan nə nəfəs ala, nə danışa, nə də öskürə bilir, boğulur, göyərir. Bu çox təhlükəli vəziyyətdir ki, insan dəqiqələr ərzində həyatını itirə bilər.
Davamı →
 

Günvurmanın simptomları

İsti havada günvurma halları artır. Günvurma çox ciddi pozulma sayılır ki, vaxtında lazım olan tədbirlər görülməzsə insan hətta həyatını itirə bilər. İstinin təsirindən beyin qan dövranı kəskin pozulur ki, bu da çox ağır fəsadların inkişafına (koma, insult, iflic) səbəb ola bilər. Günvurma yaşlı insanlar, ürək-damar, şəkərli diabet xəstələri, kiçik yaşlı uşaqlar üçün xüsusilə təhlükəlidir. Günvurmanın əsas simptomlarını bilmək çox vacibdir!

Bu simptomlar arasında:
— zəiflik — başgicəllənmə
— güclü baş ağrısı
— qulaqlarda küy
— nəfəsalmanın tezləşməsi
— nəbzin tezləşməsi
— üşümə
— ürəkbulanması və qusma
— hərarətin 40 C və ya daha artıq yüksəlməsi
— ağır hallarda qıcolmalar və huşun itirilməsi.
Davamı →
 

Gün yanıqları

Çimərlik mövsümündə gün yanıqları problemi çox aktual olur. Alov və ya kimyəvi maddələrdən olan yanıqlardan fərqli olaraq gün yanıqları özünü dərhal büruzə vermir, insanı «aldadır». Yalnız çimərlikdən evə qayıtdıqdan bir neçə saat sonra dəri qızarmağa və şişməyə başlayır, quru və həssas olur, qaşınır, ağrıyır.

Gün yanıqları adətən yüngül, səthi olsa da dermatoloqlar belə yanıqları çox təhlükəli hesab edir ki, bu yanıqlar dəri xərçənginin riskini artırır. Bu səbəbdən çimərlikdə dincələndə özünüzü gün yanıqlarından mümkün qədər qoruyun.
Davamı →
 

Daxili qanaxmanın simptomları və təhlükələri

Xarici qanaxma ilə müqayisədə daxili qanaxmanın diaqnozunu qoymaq daha çətindir. Bu isə çox təhlükəlidir. Qanaxma nəticəsində damarlarda dövr edən qanın həcmi azalır, həyati vacib orqanların funksiyaları pozulur və ağır patoloji hallar yaranır.

Daxili qanaxma vaxtında təyin olunmadıqda, tibbi yardım gecikə bilər ki, bu da xəstənin həlak olması ilə nəticələnə bilər. Bu səbəbdən hər bin insan daxili qanaxmanın əsas simptomlarını bilməli və bu simptomlar meydana çıxdaıqda dərhal həkimə müraciət etməlidir. Bir çox hallarda daxili qanaxma zamanı yalnız təcili cərrahi əməliyyat xəstənin həyatını xilas edə bilər. Daxili qanaxma zamanı qan orqanizmin daxili boşluqlarına (döş nahiyəsi, qarın boşluğu) axır. Belə qanaxmanın əsas səbəbləri arasında:
Davamı →
 

Bəzi xəstəliklər zamanı ilk tibbi yardım

1. Gözə yad cismin düşməsi zamanı yad cisim göz qapağının altına düşüb buynuz qişanı zədələyə bilər. Buna görə də çalışıb ondan tez xilas olmaq lazımdır. Yad cisim adi qum və ya kül dənəciyi ola bilir və insanda narahatçılıq hissi yaradır. Gözə yad cisim düşdükdə ovuşdurmaq olmaz, çünki buynuz qişa zədələnə bilər. Gözdən yad cismi cıxarmaq üçün aşağı və ya yuxarı göz qapağını qabağa doğru dartır, suda islanmış təmiz yaylığın ucu ilə çıxardırlar. Əgər bu da kömək eləmirsə, dərin qaba su töküb gözü suyun içində bir-neçə dəfə açıb yumaq lazımdır.

2. Gün vurması zamanı xəstədə baş ağrıları, ürəkbulanma, qarında ağrılar və huşun itməsi baş verir. İlk yardım məqsədilə xəstəni sərin yerdə uzatmaq və təmiz havaya çıxarmaq, onu soyundurub nəm mələfəyə bükmək, başına buz və ya soyuq kompres qoymaq, buzlu içkilər vermək lazımdır.
Davamı →
 

Hansı xəstəliklər zamanı nə etməli?

1. Tempratur yüksələn zaman xəstəni yatağa uzadıb, əynindəki isti paltarları çıxartmaq, alnına yaş əski qoymaq, tempratur 38 dərəcə C-dən artıq olarsa, qızdırmasalıcı dərmanlar vermək lazımdır. Qızdırmanı aşağı salmaq mümkün olmadıqda həkimə müraciət etmək lazımdır, çünki qızdırma hər hansı bir xəstəliyin əlaməti ola bilər.

2. Mədə-bağırsaq pozğunluqları zamanı qarında ağrı, qusma və ishal baş verir. Bu zaman xəstəni ailə üzvlərindən tədric eləmək və anus ətrafını yaxşı yumaq lazımdır. Bir-neçə gün pəhriz və bitki müalicələri ilə əlamətlər aradan qalxmasa, mütləq həkimə müraciət etmək lazımdır.
Davamı →
 

Yanıqlar zamanı ilk tibbi yardım

Yanıqlar zamanı ilk tibbi yardım yanıq travması alan adamın əynindəki paltarları çıxarmaq olur. Əgər yanma oddan baş vermişsə və hələ də söndürmək mümkün deyilsə bu zaman əl altında olan iri həcmli parçayla alovun üstünü örtmək lazımdır. Bu parça adyal, iri dəsmal, divanüstü – bir sözlə əl altında nə varsa ola bilər.

Yox əgər yanğın qaynar su və ya turşular vasitəsilə törədilibsə, tez bir zamanda paltarları cırıb xəstənin əynindən çıxarmaq lazımdır.
Davamı →
 

Cərəyanvurma zamanı ilk tibbi yardım

Elektrik cərəyanı vurması mənfi və müsbət elektrik axınının eyni zamanda orqanizmdə birləşməsidir. Cərəyan vurma adətən 15 voltdan artıq olduqda zəif hiss edilir, 30 voltdan artıq isə orqanizmdə narahatçılıq hissi yarada bilir.

Elektrik vurması zamanı aşağıdakılar baş verə bilər:
– əzələ yanıqları
– sınıqlar
– sinirlərin iflici
– həzm sistemi orqanlarının iflici
– ürəyin dayanması.

Cərəyan vurması adətən iş qəzaları zamanı baş verir. Cərəyanla işləyən adamların təhlükəsizlik qaydalarına əməl eləməməsi zamanı bu hadisə ilə tez-tez rastlaşmaq olur. Bəzi hallarda yaş əllə eletrik vasitələrinə toxunan zaman da cərəyan vurması baş verə bilir.
Davamı →
 

Əzilmə və sərpmə zamanı ilk tibbi yardım

Güclü zədələr və hündürdən yıxılmalar zamanı bədənin müxtəlif hissələrində əzilmlər baş verə bilir. Bu patoloji hala əzilmə zəhərlənməsi və ya travma toksikozu da deyilir. Yumşaq toxumaların əzilməsi adətən göyərmələr və soyumalar şəklində özünü biruzə verir. Əgər zədə nahiyyəsi böyükdürsə zədələnmiş yerdən yuxarı nahiyyəyə turna qoyulur.

Bu əzilmiş yumuşaq toxumalardan zəhərli maddələrin qan dövranına qoşulmasının qarşısını almaq üçündür. Ətraflarda soyuma, göyərmə yoxdursa, sıxıcı bint sarğısı qoymaqla da kifayətlənmək olar. Turna qoyulduqdan sonra xəstəyə ağrıkəsici vurulur və həkimə qədər tərpənməz vəziyyətdə saxlanılır.

Davamı →