Nəbzin itməsi zamanı ilk tibbi yardım.

İnsan şüursuz haldadır.Soruşun:«Halınız pisdir?»
1.Havanın gəlməsinə imkan yaradın.
Xəstəni arxası üstə uzandırın.Xəstənin başını arxa tərəfə yönəldib,alt çənəsini qaldırın.Əmin olun ki,xəstənin ağız boşluğu boşdur və dili tənəffüsə mane olmur.Xəstənin tənəffüsünə baxın,qulaq asın,hiss edin.Əgər tənəffüs yoxdursa və ya tənəffüsün olmasına şübhəniz varsa,süni tənəffüs verməyə başlayın(ağızdan ağıza).Boynun və ya kürəyin zədələnməsindən şübhəniz varsa,başı tərpətmədən açıq alt çənəni qaldırın.
2. iki dəfə asta-asta tam dərin nəfəs verin.
Zərərçəkmişin burnunu sıxıb tutun,alt çənəsini qaldırın,başını arxaya yönəldin.Dərindən nəfəs alıb ağzınızı zərəçəkmişin ağzına qısın,iki dəfə tam nəfəs verin(hər dəfə 1-1.5 saniyə) .Verdiyiniz nəfəsdən döş qəfəsi qalxıb enməlidir.
Diqqət: Döş qəfəsinin qalxıb enməməsinə fikir verin.Döş qəfəsi qalxıb enmirsə süni tənəffüs verməyi bir daha təkrar edin.Döş qəfəsi təkrar hərəkət etmirsə ,deməli tənəffüs yolları keçilməzdir (3-cü bəndə müraciət edin) və ya nəbzi yoxlayın (5-ci bənd).
3.Xarici cism boğazda və ya tənəffüs yolunda.
Ayaqlarımızı zərərçəkmişin üstündən aşırıb,diz üstündə dayanın.Əllərinizi üst-üstə qoyub   zərərçəkmişin göbəyi ilə qabırğalarının arasına dirəyin.Barmaqlarınızı   zərərçəkmişin başı tərəfə istiqamətləndirin.6-10 dəfə qarına kəskin təkan verin.Ağzını açın,dilini və alt çənəsini baş barmağınızla sıxın,qalan barmaqlarınızla dilini tutub tarım çəkin.

Xarici cismi çıxartmaq məqsədi ilə şəhadət barmağınızı asta-asta bacardığınızca dərin ,dilin kökünə yaxın salın və xarici cismi çıxardın.
4.Təkrar iki dəfə asta-asta tam dərin nəfəs verin.
Başı arxaya tərəf yönəldin.Alt çənəni qaldırın.Burnu sıxıb tutun.Ağzınızı zərərçəkmişin ağzına qısıb asta-asta 2 tam dərin nəfəs verin.Döş qəfəsinin hərəkət etməsinə nəzarət edin.Ehtiyac olarsa 3-cü bənddəki hərəkətləri təkrar edin.Nəbzi yoxlayın.

5.Boyunda olan döyüntü ilə nəbzini yoxlayın.
2-3 barmağınızı birləşdirib boynun yan tərəfinə hulqumdan bir az yuxarı qoyun.10 saniyə müddətində nəbzi izləyin.Nəbz döyünürsə süni tənəffüs verməyi avam edin(iki tam dərin nəfəs,sonra hər 5 saniyədən bir nəfəs).Nəbz döyünmürsə 6-cı bəndə müraciət edin.Təcili yardım çağırmağı unutmayın.

6.Əllərinizi arxa tərəfi ilə üst-üstə qoyub xəstənin döş qəfəsinin ortasına qoyun.
Döş sümüyünü düzgün müəyyənləşdirmək üçün iki döş giləsinin arasında düz xətt təsəvvür edin.Əllərinizi xəttin altına ortadan qoyun.

Diqqət: Əlinizi döş sümüyünün qurtaracağından 1-2 barmaq yuxarı qoyun.
qollarınızı bükmədən dik xətt istiqamətində döş qəfəsini 15 dəfə hər 9-11 saniyədən bir basın.Təkanlar arasında döş qəfəsi tam boşalmalıdır,əllərinizi döş qəfəsindən çəkməyin.80 dan 100-ə qədər təkan verin.
7. 2 dəfə tam nəfəs verin.
Zərərçəkmişin başını dala atın.Alt çənəsini qaldırın.Burnunu sıxıb tutun.Ağzınızı zərərçəkmişin ağzına qısın,asta-asta iki tam nəfəs verin.

8.  Döş qəfəsinə 15 dəfə təzyiq göstərin,sonra iki dəfə nəfəs verin.
Nəbzin itməsi ilə bərabər tənəffüs dayanıbsa döş qəfəsinə hər 15 təkandan sonra 2 dəfə nəfəs vermək lazımdır.Bir daha nəbzin döyünməsini boynun yan tərəfində yoxlayın.Əgər nəbz döyünür ,tənəffüs isə yoxdursa ,hər 5 saniyədən bir nəfəs verin(dəqiqədə 12 nəfəs.)Nəbz döyünürsə 15 təkan 2 nəfəs dövrəsini davam edin.

Mənbə: Təcili tibbi yardım materiallarından toplanmış.

3 şərh

seyidova
TEŞEKKÜR.HER BİR İNSAN EN AZI BUNLARI BILMELIDİR.
asel
Seyidova, Caps Lock-u sondürün
Ramil
Tam lazımlı məlumatlardır. Hər sahədə. Əvvəllər xəstəxanada işlədiyimçün bunları bilirdim, amma yenə oxumaq lazımdır. Və bilməyənlərçün əla vəsaitdir.