Рейтинг
+18.66

Tibbi yardım

27 üzv, 76 topik

Yanıqlar zamanı ilk tibbi yardım

Yanıqlar zamanı ilk tibbi yardım yanıq travması alan adamın əynindəki paltarları çıxarmaq olur. Əgər yanma oddan baş vermişsə və hələ də söndürmək mümkün deyilsə bu zaman əl altında olan iri həcmli parçayla alovun üstünü örtmək lazımdır. Bu parça adyal, iri dəsmal, divanüstü – bir sözlə əl altında nə varsa ola bilər.

Yox əgər yanğın qaynar su və ya turşular vasitəsilə törədilibsə, tez bir zamanda paltarları cırıb xəstənin əynindən çıxarmaq lazımdır.
Davamı →

Cərəyanvurma zamanı ilk tibbi yardım

Elektrik cərəyanı vurması mənfi və müsbət elektrik axınının eyni zamanda orqanizmdə birləşməsidir. Cərəyan vurma adətən 15 voltdan artıq olduqda zəif hiss edilir, 30 voltdan artıq isə orqanizmdə narahatçılıq hissi yarada bilir.

Elektrik vurması zamanı aşağıdakılar baş verə bilər:
– əzələ yanıqları
– sınıqlar
– sinirlərin iflici
– həzm sistemi orqanlarının iflici
– ürəyin dayanması.

Cərəyan vurması adətən iş qəzaları zamanı baş verir. Cərəyanla işləyən adamların təhlükəsizlik qaydalarına əməl eləməməsi zamanı bu hadisə ilə tez-tez rastlaşmaq olur. Bəzi hallarda yaş əllə eletrik vasitələrinə toxunan zaman da cərəyan vurması baş verə bilir.
Davamı →

Əzilmə və sərpmə zamanı ilk tibbi yardım

Güclü zədələr və hündürdən yıxılmalar zamanı bədənin müxtəlif hissələrində əzilmlər baş verə bilir. Bu patoloji hala əzilmə zəhərlənməsi və ya travma toksikozu da deyilir. Yumşaq toxumaların əzilməsi adətən göyərmələr və soyumalar şəklində özünü biruzə verir. Əgər zədə nahiyyəsi böyükdürsə zədələnmiş yerdən yuxarı nahiyyəyə turna qoyulur.

Bu əzilmiş yumuşaq toxumalardan zəhərli maddələrin qan dövranına qoşulmasının qarşısını almaq üçündür. Ətraflarda soyuma, göyərmə yoxdursa, sıxıcı bint sarğısı qoymaqla da kifayətlənmək olar. Turna qoyulduqdan sonra xəstəyə ağrıkəsici vurulur və həkimə qədər tərpənməz vəziyyətdə saxlanılır.

Davamı →

Bəzi xəstələrə ev şəraitində ilk tibbi yardım

1. Böyrək sancılarını adətətən böyrək daşları verir. Sancılar əgər arxadan qabağa doğru və oradan da qasıq nahiyyəyə vurursa, bu daşın böyrəkdən sidik axarına düşdüyü zaman baş verir. Əgər xəstənin sidiyində qan görünürsə, bu diaqnozu təsdiqləyir. Bu zaman xəstəyə ediləcək ilk tibbi yardım onu isti yatağa uzatmaqdan ibarətdir.

Belə vəziyyətlərdə xəstənin ağrıyan nahiyyəsinə isitqac qoyulur, xəstəyə ağrıkəsici dərman verilir. Sancı tutmaları zamanı xəstəyə bol maye içirtməkdə və isti vannaya oturtmaqda fayda var. Həkimə mütləq müraciət edilməlidir.

Davamı →

Qaz zəhərlənməsi zamanı ilk tibbi yardım

Son illər qış aylarında qaz zəhərləmələrini nəzərə alaraq, qaz zəhərlənmləri zamanı ilk tibbi yardım barədə sizi məlumatlandırmaq istəyirik. Qaz zəhərlənmələri müxtəlif cür qazlardan meydana çıxa bilir. Bu cür zəhərlənmələrin bir-neçə növü vardır:
* təbii qazdan əmələ gələn
* karbonmonoksiddən əmələ gələn
* qaz yağı zəhərlənməsi
* kömürün yanmasından əmələ gələn zəhərlənmələr və s.

Qazın iysiz, rəngsiz, dadsız olması onun orqanizmə rahatca girməsinə və zəhərləməni asanlıqla öz işini görməsinə səbəb olur. Bəzən qaz zəhərlənmələrinə “səssiz ölüm” deyilməsi öz adını buradan götürmüşdür.
Davamı →

Həcəmət

Həcəmət və ya hicam (qanalma) keçmişdə demək olar bütün dünyada əsas müalicə metodlarından biri kimi çox geniş istifadə olunurdu.

Dahi Hippokrat qanalmanın faydasını çox yüksək qiymətləndirirdi. Orta əsrlərdə Avropada qanalmanın köməyi ilə az qala bütün xəstəlikləri müalicə edirdilər. Hadislərə əsasən, Məhəmməd Peyğəmbər (s.ə.s) həcəmətin köməyi ilə baş ağrılarını müalicə edirdi və bu müalicə metodunu çox yüksək qiymətləndirirdi.

Qanalmanın bir neçə növü var. Avropada qanalma zamanı qolda damar deşilirdi və qan «buraxılırdı». Asiya və Ərəb ölkələrində isə dəri çərtilir və qan tibbi bankaların köməyi ilə «sovrulur». Ərəb dilində hicam «sovurmaq» deməkdir.
Davamı →

Qrelka

Bu ucuz və effektli müalicəvi vasitə keçmişdə daha tez-tez istifadə olunurdu. Təəssüf ki, hal hazırda qrelka müalicəvi vasitə kimi demək olar unudulub. İstənilən nahiyəyə qoyulan isti qrelka yerli qan dövranını yaxşılaşdırır və bununla da bir sıra sağlamlıq problemlərini həll etməyə kömək edir.

İsti qrelka bu kimi hallarda çox effektli müalicəvi vasitə kimi istifadə oluna bilər:

1. Soyuqdəymədən şübhələnirsinizsə, pəncələrin altına isti qrelka qoyun. Pəncələrdə çoxlu sayda bioloji aktiv nöqtələr var. Bu nöqtələrə təsir etməklə siz soyuqdəymənin və zökəmin qarşısını ala bilərsiniz.

2. Təzyiqiniz qalxıbsa, isti qrelkanı pəncələrə və (və ya) baldırlara qoyun. Nəticədə ayaq damarları genişlənəcək, qan bura yönələcək və bu da təzyiqin azalmasına kömək edəcək.

3. Miqren zamanı pəncələrə qoyulmuş qrelka ağrını azaldır.

4. Sistit zamanı isti qrelkanı qarnın aşağı hissəsinə qoyun.
Davamı →

Uşaqlarda boğazgəlmə zamanı

Əgər uşağınızın boğazı tez-tez gəlirsə və badamcıqlar böyüyürsə deməli sizin uşağınızın immunteti zəifdir və boğazda infeksiya ocağı vardır. Bu zaman boğaz ətini kəsdirməyə tələsməyin. Bu resepti 15 gün edin, 1 həftə sonra boğaz şişləri keçəcək, amma immunteti yüksəltmək üçün davam edin.

Bal – 200 qram
Ud hindi tozu – 2 xörək qaşığı
Propolis – 30 qram

Balı isidin, propolisi kiçik-kiçik hissələrlə bala əlavə edib əridin, sonra oddan götürün, ud hindi tozunu əlavə edib yaxşı-yaxşı qarışdırın, qarışıqla gündə 3 dəfə hər dəfə yarım çay qaşığı ilə uşağın boğazını silin, amma badamcıqlara təzyiqlə basmayın. Daha yaxşı olar ki, xaricdən də isidilmiş qarazirə yağı ilə 5 gün kompress edəsiniz.

Fizulihuseynov.com
Davamı →

Bel ağrıları zamanı ilk yardım

İnsanların əksər hissəsi bel ağrıları ilə üzləşir. Bunun əsas səbəbi osteoxondroz və onun fəsadlarıdır. Bel ağrısı ciddi pozulmanın (məsələn, fəqərəarası disk yırtığı, protruziya və s.) simptomu ola bilər. Bu səbəbdən bu vəziyyətdə düzgün hərəkət etmək lazımdır. Əks halda insanın sağlamlığına daha da böyük ziyan vurulacaq. 
Davamı →

Uşaqlarınızı belə qoruyun

Yay aylarında açıq havada keçirilən zaman da artır. Bu halda bəzi qəzalar da qaçılmaz olur. Xüsusilə uşaqların yay mövsümündə artan enerjiləri, həyəcanları və aktiv hərəkətləri daha çox təhlükəli vəziyyətlər yaradır. Yayda hovuz və dənizdə olan günvurmalar, burxulma və qırıqlarla nəticələnən velosiped qəzaları, boğulmadan tutmuş günəş yanmalarına qədər bir çox səbəbdən uşaqlarını təcili yardıma gətirən valideynlərin də sayı artır. Yayın sevincinin kədərlə bitməsini istəmirsinizsə diqqətli olun.

Yayda uşaqlar əyləndikləri zaman onları gözləyən təhlükənin fərqində olmaya bilik. Ona görə də bəzi lazımi tədbirlər görməkdə fayda var. Əks halda bu qəzalar həm ciddi və qalıcı sağlamlıq problemlərinə yol aça bilər, həm də yay tətiliniz acı xatirələrlə yadda qalar. İlk növbədə valideynlər ilk yardım tətbiqlərini öyrənməlidirlər.
Davamı →