Zamanımızı “kimlər” oğurlayır?

Sahib olduğumuz zaman dünyada mövcud olan ən qiymətli resursdur. Zamanımızı məhv edən xarici amillərdən əlavə, insanın zamanını daxildən oğurlayan bir çox cəhətlər vardır. Bunlar işdə axsamalar yaradan insanın xarakter və şəxsi keyfiyyətləridir ki, bunun da nəticəsində stress və zamanın bəs etməməsi ilə bağlı mənfi düşüncələr yaranır.

Bu “oğruları” özünüzdən uzaqlaşdırmağınız mütləqdir. Lakin bu xarici zaman oğrularından uzaqlaşmaq qədər asan məsələ deyil. Çünki bu insanın həyatının bir hissəsidir və ondan xilas olmaq müəyyən mənada problemlidir.

Ən geniş yayılmış daxili zaman oğruları aşağıdakılardır:
• “Yox” deməyi bacarmamaq;
• Hər şeyi eyni anda etməyə çalışmaq kimi pis vərdişə sahib olmaq;
• Yerinə yetiriləcək işin həcmi və müddəti ilə bağlı qaydaları pozmaq;
• Daim fayda gətirməyə və ətrafdakılara kömək etməyə çalışmaq;
• Öhdəsindən gəlməkdə aciz olduğumuz təbii lənglik;
• Cari işlər barədə müxtəlif qeydlər aparmaqdan imtina etmək;
• Həddindən artıq ünsiyyətcil olmaq, adətən boş söhbətlərə zaman ayırmaq;
• İş predmeti ilə tanış olmadan və lazımi hazırlıqsız işə başlamaq; 
• Prioritet təyin etməyi bacarmamaq;
• Zamanın çoxunu sosial şəbəkələrdə, əyləncəli saytlarda keçirmək. Bunu daha az-az etmək olar, elə deyilmi?!;
• Nadir hallarda istirahət etmək. İstirahət çatışmamazlığı konsentrasiya olmağa və məhsuldar işləməyə mane olur;
• Şəxsi yaddaşınıza həddindən artıq etibar etmək;
• Fikrin dağınıq olması;
• Vacib işləri günün sonuna saxlamaq.
 

0 şərh