Səyyahlara məsləhətlər

  • Turizm
1.Pullarınızı eyni yerdə saxlamayın
Siz kredit kartınızı bir pul qabınızda saxlamağa öyrəşmisiniz? Səyahət edərkən bu vərdişiniz haqqında unudun. Kredit kartınızı pullarınızdan və sənədlərinizdən ayrı saxlayın. Ən yaxşısı isə, özünüz üçün bir ədəd ehtiyyat kredit kartı da əldə edin.

2. Sənədlərinizi skan etdirin
Öz şəxsiyyət vəsiqənizi və xarici pasportunuzu, sürücülük vəsiqənizi və digər vacib sənədlərinizi skan edin və onları özü poçt hesabınıza göndərin. Əvvəllər sənədləri kseroks edirdilər və nüsxələri çantalarda saxlayırdılar. Lakin bu üsul artıq köhnəlib və etibarsız hesab edilir. Müasir texnologiyalara etibar edin.

3. Sığortalanın
Əksər insanlar sığortalanmağı unudurlar. Sizin sığortanız olmasa, tibbi xidmətlərə xərcləriniz küllü miqdarda pul təşkil edə bilər.

4. Təlimatçılarda lisenziyanın mövcudluğunu yoxlayın
Əgər siz akvalanq ilə sular dibinə qərq olmaq və yaxud paraşütdən tullanmaq istəyirsinizsə, sizə təlimatçılar göstərişlər verəcəklər. Lakin siz həmin təlimatçıların düzgün bacarıqlara və biliklərə sahib olduqlarına əmin olmalısınız. Bu cür xidmətlərin həddindən artıq ucuz olması adətən onu göstərir ki, təlimatçıların müvafiq lisenziyaları yoxdur.

5. Dilənçilərə pul verməyin
Siz küçədə dilənçilərə pul verdikdə «səfillər mafiyasının» fəaliyyətinin çiçəklənməsinə səbəb olursunuz və üstəlik, küçədə öz pul qabınızı nümayiş etdirimiş olursunuz.

6. İnternet- kafelərdə kredit kartından istifadə etməyin
İnternet- kafelərdə elə bir proqramlar ola bilər ki, onlar sizin redit kartınızdan bütün məlumatları köçürdə bilərlər. Buna görə intenet –kafelərdə kredit kartı ilə ödəniş etməyin.

7. Az göyərti və buz qəbul edin
Bu məsləhət üçüncü dünya ölkələrinə aiddir, xüsusi ilə də ucuz kafelərə. Kafedə çalışanların buzu haradan götürdüklərini və göyərtiləri hansı su ilə yuduqlarını bilmək olmaz.

8. «Saxta» pul qabı düzəldin
Əgər siz kriminallıq səviyyəsi yüksək olan ölkələrə səyahət edirsinizsə, özünüzə saxta pul qabı düzəldin və onun içərisinə kiçik məbləğdə pullar və vaxtı keçmiş kartlar qoyun. Əgər siz soyğuna məruz qalsanız, siz əsas pul ehtiyyatlarınız qoruya bilmiş olacaqsınız.

9. İmkan verməyin ki, sizin diqqətinizi yayındırsınlar
Əl çəkməyən dilənçilər və yaxud şəhər dəliləri gördükdə siz daha da diqqətli olmalısınız. Ola bilər ki, kimsə sizi qərət edən zaman onlar sizin diqqətinizi yayındırlar.

10. Xəbərdar olun
Hər hansısa ölkəyə getməmişdən öncə həmin ölkə haqqında kiçik də olsa bir araşdırma aparın.
 

0 şərh