Sirli və uzaq Tasmaniya

Avstraliyanın cənubunda yerləşən Tasmaniya dünyanın ən qeyri-adi yeridir. Bakıdan Tasmaniyaya birbaşa uçuş olmadığından Bakı-Moskva-Melbrun-Xobart reysindən istifadə etməlisən.

Dəbdəbəli otellərdən çox taxta evləri ilə məşhur olan ada sənə əsl cənnət diyarını xatırladacaq.

Təmizliyə söz olan bilməz. 3 gün üçün 250 dollar ödəməlisən. Turistlərə bura iyundan sentyabra kimi gəlmək məsləhət görülür.

Flinders adasının narıncı-boz qayalıqları, Leminqton Milli Parkındakı ekzotik bitki örtüyü, 30 milyon yaşı olan Sent-Kleri mağarası, suyunda mələklərin çimdiyi Liffey şəlaləsi Tasmaniya adasının incisi hesab olunur.

Mətbəx
Tasmaniyada bütün dünya mətbəxinə rast gəlmək mümkündür. Milli mətbəx isə daha çox dəniz məhsullarından hazırlanan yeməklərdən ibarətdir. Tasmaniya səyahəti zamanı Straxan qəsəbəsində yerləşən “Franklin Manor” restoranına mütləq get.

Burada Avstraliyanın ən məşhur aşpazı Meycitt Buqeno işləyir. Dünyanın bir çox yerindən insanlar məhz Buqenonun şam yeməyindən dadmaq üçün gəlirlər. Mütləq «Buqedro» şorbasının dadına bax.

Aşpaz bu şorbada yalnız səhər yığılan şehli göbələklərdən istifadə edir. Onun şəkər tozunda qızartdığı alabalığın dadını isə ömrün boyu unutmayacaqsan. Tasmaniyada ən məşhur desert «Peyğəmbər çiçəyi » adlı dondurmadır.



Unutma

Ölkədən təbii ərzaqlar və pendir çıxartmaq qəti qadağandır. İnsanlar təbiətə çox bağlıdırlar, buna görə də ağacları və gülləri qırmaq olmaz. İstirahət günlərində nəinki mağazalar, hətta restoranlar belə bağlı olur. Özünlə ağcaqanad dərmanı götürməyi unutma.

formaggio.az 


1 şərh

beautiful
Gözəl və  maraqlı ölkədir. Təşəkkürlər