Əyləncə turizmi

Latınca “Entertain” sözündən götürülən əyləncə sözünün mənası “tutmaq” deməkdir. Əyləncə əsasən boş vaxtın parçasıdır. Dünyada hər gün bir çox insanın boş vaxtı var. İnsanlar bu zamanı aktiv keçirmək istəyirlər və çox vaxt əyləncə turizminə müraciət edirlər.
Əyləncə sənayesi XX əsrin əvvəllərindən etibarən meydana çıxmışdır. Onda əsas irəliləmə II Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. 1930-1940-cı illərdəki ekonomik böhranı, o zaman keçirdikləri qaranlıq günləri unutmaq üçün adamlar müxtəlif əyləncə vasitələrindən istifadə etmişlər. Son illərdə də əyləncə turizmi daha da inkişaf etmişdir.
Əyləncə turizmi dedikdə: müxtəlif attraksionlara, tematik parklara, akvaparklara, məşhur teatrlara, sirklərə, kazinolara, barlara  getmək nəzərdə tutulur. Ayrıca karnavallara, festivallara, milli bayramlara getmək, tamaşaçı və ya azarkeş kimi idman yarışlarında iştirak etmək də, buna misal ola bilər.

Tematik parklara misal olaraq “Disneyland”i misal göstərmək olar. Dünyanın  ən məşhur əyləncə parklarından biri olan “Disneyland” ABŞ-in Kaliforniya ştatının Anahaym şəhərində 1955-ci il 17 iyun tarixində Uolt Disney tərəfindən açılmışdır. “The Walt Disney Company” şirkəti tərəfindən ilk “Disneyland”ın tikintisinə 17 mln dollar xərclənmişdir, lakin tezliklə bütün yatırımlar 10 dəfə çox gəlir gətirmişdir.Tikilən vaxtı 36 hektar ərazini əhatə  edirdi, attraksiyonların sayı 16-a, giriş bileti isə 1 dollara bərabər idi. İndi isə “Disneyland”ın müasir kompleksi əhəmiyyətli dərəcədə genişlənmiş və 200 hektarlıq ərazini əhatə edir. “Disneyland” bütün yaşda olan insanlar üçün nəzərdə tutulan əyləncə parkıdır. Anahaym şəhərindəki “Disneyland”dan başqa, Florida ştatında “Disney-World”, Parisdə “Avro-Disneyland”, Honqkonkda “Disneyland” və sonda Tokiada “Tokio-Disneyland” fəaliyyət göstərir.

Ölkəmizdə əyləncə turizmi inkişaf etmişdir. Turizmin gələcəyə tutduğu işıq, onu bəsləyən yan qolları ilə daha da işıqlanır. Azərbaycanın bacasız sənayesi ən az öz aktivləri qədər sənayeləşən yan qolları ilə də böyük bir inkişaf göstərir. Destinasiya ziyarətlərində artıq tək söz sahibi təbiət, mədəniyyət, dəniz, qum, günəş kimi bilinən turizm modelləri deyil; bir şəhərin əyləncə anlayışı, həyat tərzi və ictimai quruluşu da eyni zamanda maraq doğurur. Buna ən gözəl nümunə, turizm destinasiyalarını ziyarət edən, keyfiyyətli yeməyi və əyləncəni sevən turist sayının gün keçdikcə artmasıdır. Bu inkişaf əsasən son dövrə aiddir.  Bu gün paytaxtımızda və rayonlarda bir çox əyləncə mərkəzləri var və yeniləri də tikilməkdədir. Azərbaycana gələn turistlər əyləncə mərkəzlərinə, gecə klublarına, karnavallara və s. maraq göstərirlər.
Azərbaycanda məşhur əyləncə mərkəzləri:
Xaçmaz rayonu Nabran qəsəbəsi -  Atlant, Palma, Green Village, Lotos İstirahət və Əyləncə mərkəzləri və s.
Qəbələ rayonu — Qəbələnd Əyləncə Mərkəzi
Bakı şəhəri-  Park Bulvar, Megafun, Metropark, Olimpik Star, Atrium, “Bakı Əyləncə mərkəzi”, «Baku Paintball Centre» “Bakı Kartinq və Əyləncə Mərkəzi” və s.
2013-cü ildə Azərbaycana əyləncə məqsədilə 705.2 min nəfər turist gəlmişdir, ölkədən gedən turistlərin sayı isə 1053,9 min nəfər olmuşdur.

0 şərh