Turizmdə Qida Sektoru

  • Turizm

Turizmdə qida sənayesi

    Turizm məhsulunun tərkibində qidalanma vacib xidmət sayılmır, lakin insanın bioloji varlıq olduğunu nəzərə alsaq, onun olduğu hər yerdə bu fizioloji tələbatını ödənməlidir. Əksər mehmanxanaların öz şəxsi qida xidmətləri göstərən müəssisəsi olur. Lakin bəzilərində bu xidmətlər göstərilmir va ya yalnız səhər yeməyi ilə kifayətlənilir. Bu tip mehmanxanaların yaxınlığında mütləq qida müəssisələri fəaliyyət göstərməlidir.

   Aşağıda turistlərə daha çox xidmət göstərən qida müəssisələrə baxaq:

Restoran — (fransızca restaurer, bərpa etmək, yenilətmək deməkdir) sifariş əsasında hazır yemək və içki təqdim edən, yüksək xidmət səviyyəsinə malik qida müəssisəsidir. Burada müxtəlif çeşidli yeməklər təqdim olunur. Onlar qonaqlar üçün müxtəlif stollardan və ya otaqlardan ibarət olur. Oturacaqların sayına görə restoranlar kiçik (10-15 yer) və böyük (500 və daha çox) olur. Restoranlar həm də arxitektur görünüşünə, həm də interyerinə görə fərqlənirlər. Restoranlar ilk dəfə olaraq 18 əsrdə Fransada yaranmışdır. 1765-ci ildə Parisdə yaradılmış ilk restoranda Bulanje (Boulanger) adında şorba verilirdi. Bizə məlum olan restoran görünüşündə (qonaqlar ayrı-ayrı stollarda əyləşmir, yeməyi menyüdən seçir, işləmə vaxtı qaydaya əsasən aparılır) ilk yeməkxana 1782-ci ildə Bovilye (Beauvilliers)adında fəaliyyət göstrməyə başlamışdır.

Dünyada bir çox milli mətbəxlərə əsaslanan restoranlar mövcuddur. Onların arasında isveç, italyan, çin, hind, yapon, yunan, türk, fransız, alman, avstriya mətbəxləri daha məşhurdur. Adətən turistlər getdikləri ölkənin mətbəxi ilə tanış olmağa meylli olurlar. Son zamanlar hətta yalnız bir ölkənin mətbəxinə əsaslanan restoranlardan fərqli olaraq yalnız ekoloji, vegetarian, pəhriz yeməkləri təklif edən qida müəssisələri də yaranmağa başlayıb.

Restoranlar ixtisaslaşmalarına görə də bir-birindən fərqlənirlər. Məsələn, yalnız ət və ya balıq yeməkləri təklif edən restoranlar. Əlbəttə ki, bu tip istisaslaşmış restoranların menyusunda mütləq bir dənə də olsun başqa növ yemək olmalıdır.

“A lya kart” (A la Carte) – Bu növ menyuda göstərilmiş hər yeməyin qarşısında qiymət qeyd olunur. Bu menyudan adətən bahalı restoranlarda istifadə edilir. A lya kart” xidmət sistemində müştərilər menyuda göstərilən yeməklərdən azad seçim etmə imkanına malik olurlar.

“Tabldot”  (Seçməsiz yemək) – Fransızca «qonaq süfrəsi» mənasına gələn «Table d`hote» kəliməsinən götüülmüşdür. Menyuda olan bütün yeməklərə ümumi qiymət qoyulur. Bu qiymətə bir çox yemək çeşidi daxil edilir. Eyni zamanda müştərilərin uyğun seçimi üçün yemək yığımları bir neçə variantlarda və fərqli qiymətlərda  təklif edilir. “Tabldot” xidmət sistemində bütün müştərilər üçün yemək seçimi etmək imkanı qoymayan vahid menyu təklif edilir. Yəni bu yemək yığımlarının içərisində hansısa yemək müştərinin ürəyincə olmaya bilər.

Son zamanlar geniş yayılmış xidmət sistemlərindən biri “isveç stolu”dur. Bu xidmətin prinsipinə müştəri tərəfindən stol üzərində təqdim edilmiş fərqli yeməklər arasında dadından, qədərindən asılı olmayaraq müstəqil seçim edib özünəxidmət etməsidir.

Kafeteriya – müxtəlif içki növlərinin, xüsusilə də kofenin fərqli növlərinin təklif edildiyi müəssisədir. Kafeteriyalarda mütləq kofenin yanında likör, konyak kimi spirtli içkilər də təklif edilir. Bunun üçün çox vaxt “a lya kart” servis təqdim edilir. Menyuya soyuq və isti içkilərin yanında məhdudlaşdırılmış formada qənnadı və ya mətbəxdə hazırlanmış məmulatlar, isti yeməklər daxil edilə bilər. Burada xidmət ofisiant tərəfindən həyata keçirilir.

Kafe (fransızca Café) — ictimai yeməkxana və istirahət yeridir. Kiçik restorana oxşayan, ancaq məhsullarının çeşidi az olan bu müəssisə oraya gələn insan kontiqentinə görə gənclik, uşaq və s. bölünür. Bundan əlavə yemək çeşidinə görə dondurma kafesi, şirniyyat kafesi də olur. Qənnadı kafelərdə kofenin yanında geniş çeşiddə qənnadı məmulatları təklif edilir. Dondurma kafelərdə isə müxtəlif dondurma çeşidləri, isti içkilər, meyvə şirələri, mineral sular, spirtli içkilər təklif edilir. Kafelər ayrı-ayrı binalarda, əsasən restoranlardan fərqli olaraq binalara yaxın tiklilərdə yerləşirlər. Bəzən yolların kənarında da yerləşir. İqlimdən asılı olaraq dənizkənarı, çaykənarı kafelər fəaliyyət göstərir. Yay vaxtı kafelər yerləşən binaların kənarında açıq səma altında da kafelər işləyirlər.

Yeməkxana – şəxsi istehsala görə məhsullardan hazırlanan və realizə edilən qidalanma müəssisəsidir. Adətən birinci dərəcəli mehmanxanalarda, bəzən kurortlarda, təhsil ocaqlarında, müəssisələrdə bu tip qidalanma müəssisələri fəaliyyət göstərir.

Turistlər istehsalat ekskursiyası zamanı yeməkxanalara müraciət edə bilərlər.

Belə müəssisələrdə kompleks menyu, bəzən isə periodik menyular təklif edilə bilər.

Pizzacı – müxtəlif çeşiddə pizzaların təklif edildiyi müəssisədir. Burada mineral su, şirə və şərab da sifariş etmək olar.

Bufet müştərilərə tez xidmətin göstərilməsi üçün nəzərdə tutulur. Burada soyuq qəlyanaltılar, buterbrodlar, soyuq və isti içkilər, qənnadı məmulatları, bəzi asan hazırlana bilən isti yeməklər təklif edilir.

Bar müştərilərə əsasən alkoqollu içkilər (çox vaxt kokteyl şəklində) təqdim edilən, içində içki vermək üçün hündür stola və stullara malik guşə olan istirahət yeridir. Bar sözü ingilis mənşəli olub, baryer sözündən əmələ gəlmişdir. Burada içkilər saxlanılan şkaflar nəzərdə tutulur. Məqsəd Amerikanın məskunlaşmadırılması zamanı içkiləri qorumaq idi. Barların əksəriyyəti axşam və ya gecə açıqdır. Barlar ölçüsünə, təhcizatına görə bir-birindən fərqlənməklə pivə, şərab və kokteyl barlara ayrılırlar.

Tez xidmət göstərən qida müəssisələri tez hazırlana bilən yemək növü olub, xüsusi yeməkxanalarda verilir. Sifariş etmə və hazırlama arasında çox vaxt cəmi 10 dəqiqə vaxt olur. Çoxlu miqdarda fastfood restoranları mövcuddur. Onlardan “KFC”, “McDonalds”, “Burger King”,  pizza üzrə ixtisaslaşan «Dominos Pizza» “Pizza Hut” kimi “fast food”ları misal göstərmək olar.   

        

Dünyada ən çox «fast food» istifadə edən ölkələr:

Amerika Birləşmiş Ştatları «fast food»ların ən çox istifadə edildiyi ölkə hesab olunur. Ölkədə restoranlarda təqdim olunan qidaların 50 faizindən çoxunu hamburgerlər tutur. Bu səbəbdən «fast food» amerikalıların sevimli qidası hesab olunur. Ən böyük «fast food» restoranı isə «McDonalds» şəbəkəsidir.

Fransa özünə xas mətbəxi ilə tanınan ölkələrdən hesab olunur. Ancaq son illərdə qidaların 54 faizini «fast food»lar təşkil edib. Keçən zaman ərzində «Burger King» firması Fransada olan nümayəndəliklərini bağlayıb. Ancaq iş yerlərində nahar fasilələrinin azaldılması insanların «fast food» istifadəsini artırıb. 

Kanada  «fast food» istehlakının ən çox olduğu ölkələrdən biri hesab olunur. Qida  bazarın 25 faizinə ölkənin öz markası kimi «Tim Hortons» sahibdir. Dünya nəhəngi «McDonald» 11 faizlə qida bazarının ikinci böyük hissəsini təşkil edir. 

İngiltərə «fast food»un ən çox istifadə olunduğu 4-cü ölkə hesab olunur. Son illərdə ölkədə sağlam qidalanmanı artırmaq məqsədi ilə restoranlarda menyularda təqdim olunan yeməklərin qarşısına kalori miqdarları qeyd olunur. Beləliklə, insanlar hansı yeməyin nə qədər kaloriyə sahib olduğunu görüb, öz seçimlərini edə bilirlər. İngiltərə bazarında ən böyük paya sahib olan fastfood zəncirləri isə «McDonald», «KFC» və «Burger King»dir. 

Cənubi Koreya «fast food»un ən çox istifadə olunduğu 5-ci ölkə hesab olunur. İqtisadi böhran səbəbi ilə cənubi koreyalılar qida sektoru xidmətlərindən daha ucuz faydalanma yoluna yönəliblər. Ölkədəki «fast food» mədəniyyəti, daha çox qəhvə və şirin menyuları təqdim edən markalar üzərində cəmlənib.


0 şərh