Nyu-York

Amerikalılar onu «xəyallar şəhəri» adlandırırlar. Burada siz gözqamaşdıran dəbdəbə və rəngarəng həyatla tanış olacaqsınız. Nyu-York Birləşmiş Ştatların maliyyə mərkəzi hesab edilir: Nyu-York fondlar birjası, Uoll Strit, çoxsaylı broker şirkətləri və maliyyə təsisatları məhz burada yerləşir. Nyu York şəhəri (ing. The New York City) Amerika Birləşmiş Statlarının əhali baxımından ən böyük şəhəridir. Eyni adlı New York əyalətində yerləşir və dünyanın ən əhəmiyyətli maliyyə və ticarət mərkəzlərindən biridir. Şəhər, media, siyasət, təhsil, əyləncə və modadakı qlobal təsirlərindən ötəri bir dünya şəhəri olaraq qəbul edilməkdədir. Birləşmiş Millətlər Ümumi Şurası binasına ev sahibliyi etdiyindən xarici əlaqələr üçün də çox əhəmiyyətli bir mərkəz durumundadır. Nyu- York beş şəhərcikdən ibarətdir: Manhattan; Staten Island; The Bronx, Brooklyn və Queens ((Manhetten, Bruklin, Kuins, Bronks və Stəten Aylənd).
Bu şəhər incəsənət və mədəniyyət baxımından çox zəngindir, burada məşhur teatrlar, muzeylər, qalereyalar, kitab mağazaları, restoranlar və etnik icmalar yerləşir. Nyu-York əvvəllər Yeni Amsterdam adlanırdı, sonra o, İngiltərə Kralı II Çarlzın qardaşı York Hersoqun şərəfinə Nyu-Yorka, yəni Yeni Yorka dəyişdirildi. Millətlərin mövcudluğu və çoxsaylı etnik mədəniyyətlərin təsirindən Nyu-York beynəlxalq miqyasda xeyli əhəmiyyətli şəhər sayılır. Nyu-Yorkun hər köşəsi insana enerji və ruh yüksəkliyi bəxş edir, siz burada istəsəniz də depressiyaya düşə bilməyəcəksiniz. Bəziləri Nyu- Yorkun vurğunudur, bəziləri isə onu sevmir, amma hər gün dünyanın hər yerindən buraya milyonlarla insan gəlir. Gəlir ki, əfsanəvi şəhərin küçələrini öz gözləri ilə görsün!

 

Nyu-York

Şopinq

Nyu-Yorkda mağazaları gəzməkdən yaxşı heç nə ola bilməz. Nyu-York özü nəhəng ticarət mərkəzidir. Burada siz bahalı brendlərlə yanaşı, kiçik suvenir və geyim dükanlarına rast gələ bilərsiniz. Nyu-Yorkda şopinq etmək cənnətə düşməyə bərabərdir, zəngin seçim və münasib qiymətlər alıcıları dərhal cəlb edir. Məlumat üçün nəzərinizə çatdıraq ki, burada aldığınız hər şeyə görə vergi ödəməli olursunuz (bu xüsusiyyət Amerikanın hər ştatına xasdır). Lakin il ərzində hər dükanda 10-15%, bəzən isə 50%-ə qədər endirimlər olur, bu, son mövsüm kolleksiyalarının satılması, reklam aksiyaları, bayramlar və butiklərin bağlanması ilə əlaqədar ola bilər. Turistlər üçün isə xüsusi endirimlər var (tourist discount adlanır), əgər nəyisə bəyənsəniz və qiymətin münasib olmadığını söyləsəniz, sizə mütləq 10-15% güzəştə gedəcəklər, (təbii ki, bir neçə əşya və ya geyim aldıqda). Nyu-Yorkda siz arzu etdiyiniz hər brendi tapa biləcəksiniz. Əgər tanınmış markalara gücünüz çatmırsa, problem deyil, axı Nyu-York bütün xəyalların gerçəkləşdiyi məkandır. Məşhur 5-ci avenyuda Meysi, ondan bir az aralı yeddimərtəbəli Deffis ticarət mərkəzlərində uşaq geyimindən tutmuş, kişi kostyumlarına qədər yüksək keyfiyyətli, hər üslubda və çox münasib qiymətə geyimlər əldə edə bilərsiniz.

Mətbəxi

Amerikalılarda milli mətbəx anlayışı yoxdur. Nyu-Yorkda Amerikanın digər şəhərlərində olduğu kimi, başqa xalqların restoranları var. Bu faktor da gündəlik menyuya birbaşa təsir edib. Məsələn, məşhur italyan «pizzası» onların ən sevdiyi yeməyə çevrilib. Lakin onların qidalanma tərzi hər kəsdən fərqlidir. Amerikalılar iki dəfə səhər yeməyi yeyir, birinci dəfə mütləq omlet və qızardılmış kartofla vetçina ya da sosiska olur. İkinci yemək isə saat 12-14 radələrinə təsadüf edir və lanç adlanır. Adətən lanç bir boşqab şorbadan, hamburger və ya çizburgerdən ibarətdir. Şam yeməyində isə qaynar şorba, ikinci quru xörək və yüngül salata üstünlük verirlər. İçkilərə gəlincə, mütləq Coca-cola və qəhvəni qeyd etmək lazımdır, çünki onsuz amerikanlının həyatını təsəvvür etmək mümkün deyil. Amerika xalqı xüsusi mətbəxlə fərqlənmir. Bu səbəbdən də burada italyan, Çin, rus, türk, Braziliya, Meksika, hind, hətta Azərbaycan restoranlarına rast gələ bilərsiniz.

Nyu-Yorkun görməli yerləri

Azadlıq heykəli, Empire State Binası, Central Park və Times Meydanı, Müasir Sənət Muzeyi, Guggenheim Muzeyi və Müasir Tarix Muzeyləri şəhərin maraqlı məkanlarıdır. Göydələnləri, prospektləri, restoranları, alver mərkəzləri və insanlarıyla, Nyu-York turistləri cəzb etməkdədir.

 

empayr Steyt Bildinqdən gecə Manhettenə baxş

 

Nyu-York dedikdə hər kəsin ağlına ilk əvvəl Amerikanın rəmzi olan Azadlıq Heykəli gəlir. Tam adı - «Dünyaya işıq saçan azadlıq»dır. Onun hündürlüyü 46 metrdir. Heykəl Azadlıq adasında yerləşir, 1886-cı ildə Fransadan müstəqillik deklarasiyasının qəbul edildiyi gün hədiyyə olaraq gətirilib. Sağ əlində məşəl, solda isə üstündə «JULY IV MDCCLXXVI» (4 iyul - Müstəqillik deklarasiyasının qəbul olunma günü) yazılan kitab (buna görə onun ayaqları qırılmış zəncirdədir) var. Azadlıq adasına gəmi ilə getmək olar.
Məşhur Empayr Steyt Bildinq göydələni dünyada ən yüksək binalardan biridir. Bina 102 mərtəbədən ibarətdir və hündürlüyü 449 metr təşkil edir. 1873-cü ildə yaradılan mərkəzi park möhtəşəm yaşıl sahədir. Buraya insanlar Manhettenin səs-küyündən istirahət etmək üçün gəlirlər. Parkda kiçik heyvanat aləmi, əyləncə məkanları və hovuz da yerləşir. Time Square şəhərin mərkəzidir. Burada hündür binalar, böyük və parlaq reklam ofişləri, müxtəlif rəngli butiklər yerləşir. Ən gözəl mənzərəni siz gecə izləyə biləcəksiniz. Metropolitan Amerikanın nəhəng muzeyi sayılır. Muzey mədəniyyət şəhərciyini xatırladır, burada Misir mumiyalarından tutmuş, beysbol xəritələrinə qədər var.

Bruklin körpüsünün inşasına 1866-cı ildə başlanılıb və 14 il davam edib. Keçmişdə Bruklin və Manhetten şəhərlərini birləşdirmək üçün salınıb. Hal-hazırda Nyu-Yorkun əsas abidələrindən biri sayılır.
Rokfeller mərkəzi XX əsrin əvvəllərində böyük maqnat Rokfeller tərəfindən tikilib. 1987-ci ildə mərkəz rəsmi abidə statusunu alıb. Rokfeller Centre dünyanın ən möhtəşəm arxitektura rəmzi hesab olunur. Onun ən vacib hissələrindən biri 1932-ci ildə inşa olunan dünyanın ən iri teatrı - Radio City Music Holdur. Mərkəzə 70 mərtəbəli Ceneral Elektrik binası daxildir. Burada həmçinin İncəsənət mərkəzi də yerləşir.

Mənbə: ANS Press
Həmçinin bax:
Kasablanka
Kopenhagen şəhəri

 

3 şərh

Zeyneb_Ehmedova
maraqlıdı orda olmağı çox istəyərdim:(
2ral
Axrda :( qoymaq niyə?
Rejissor-qiz
New York — menim arzular seherim. Insallah, ora getmek mene de nesib olar.