Dubay

  • Turizm

Bəlkə də dünyada yeganə şəhərdir ki, onu hamı tanıyır, orada olmağa can atır, kimi alver məqsədilə, kimi də səhralıqda yaradılmış cənnəti görmək niyyəti ilə. Yəqin, söhbətin Dubay şəhərindən getdiyini hiss etdiniz. Daha çox müasir məkan kimi tanınan Dubayın qədim tarixi var. Şəhər yaxınlığındakı bir bataqlıqdan tapılmış manqra ağacının üstündə bu ərazinin 7 min illik tarixi keçmişini göstərən yazı var. Manqra ağacı yeni Dubay inşa edilərkən aşkarlanıb. Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərlərindən olan Dubaya və eyniadlı əmirliyə 1830-cu ildən bəri əl-Məktum ailəsi başçılıq edir. Şəhər hakimi Şeyx Məhəmməd ibn Rəşid əl-Məktumdur.

Mirvari və neft


Hazırda Yaxın Şərqin ən böyük maliyyə, ticarət və əsas turizm mərkəzi olan Dubay 1940-cı illərə qədər kiçik bir qəsəbə idi. Əhali dənizdən çıxardığı mirvarini ərzaqla dəyişdirərək yaşayışını təmin edirdi. Yaponlardan saxta yolla mirvari düzəltməyi öyrəndikdən sonra, buranın sakinləri daha rahat gəlir əldə etməyə başladılar. Neft tapıldıqdan sonra isə hər şey dəyişdi. Birləşmiş Əmirliklərin digər yerlərində olduğu kimi, Dubayı da nəhəng inşaat dalğası bürüdü. Pula pul deməyən ərəb şeyxləri iddialı tikililərlə dünyanın diqqətini özlərinə çəkməyə başladılar.


Coğrafi mövqeyi və iqlimi

Dubayın 1114 kv.km sahəsi var. Tropik səhra iqliminə sahibdir. 2 milyon 262 min əhalinin, sadəcə, 26%-i köklü ərəblərdir. Yerdə qalanları köçmələrdir. Onların arasında avropalılar və amerikalılar da var. Fars körfəzinin sahilində, paytaxt Əbu-Dabidən şimal-şərqdə yerləşən Dubay dünyanın ən isti şəhərləri siyahısındadır. Təsəvvür edin, qışda orta temperatur +25 dərəcə təşkil edir. Ən soyuq ay yanvardır ki, bu zaman temperatur +19 dərəcə olur. Turistlərin ən çox axını da məhz qış fəslinə təsadüf edir. Dünyanın dörd bir tərəfini soyuq şaxtalar dondurarkən insanlar isinmək, istirahət etmək, eləcə də alış-veriş üçün buraya üz tuturlar.


Fars körfəzi şəhəri iki yerə bölür, Bar-Dubay və Deyru adlanan hissələrə. Hər iki sahilə körfəz boyunca ABRA adlanan ənənəvi qədim ərəb su taksilərindən istifadə etməklə keçmək olar. Söz nəqliyyatdan düşmüşkən, qeyd etmək lazımdır ki, Dubay taksilərinin əksəriyyəti sayğaclıdır. Birləşmiş Əmirliyin digər yerlərində belə sayğaclar yoxdur, qiymət məsələsini bizdəki kimi taksi sürücüsü ilə danışıb həll etmək lazım gəlir.

iqtisadiyyatı

İnkişaf tempinə görə onu yalnız Şanxayla müqayisə edirlər. Honkonq və Sinqapurdan sonra dünyada 3-cü önəmli reeksport mərkəzidir. Uzun əsrlər boyunca Dubay bütün Ərəb yarımadasının ən böyük və əsas ticarət mərkəzi hesab edilib. Bu gün də Dubay dünya miqyasında nəhəng alış-veriş və ticarət mərkəzi kimi diqqət çəkməkdə davam edir. Ənənəvi ərəb bazarlarından tutmuş, son dəb mağazalara qədər hər yerdə qızğın alver gedir. Odur ki, hər il Dubayda ticarət festivalının keçirilməsi ənənə halına çevrilib. Dubay dəbdəbə sevənlərin məkanıdır...

Bürc Xəlifə və ya Bürc Dubay.


Göydələn 2008-ci ildə inşa edilib. Dünyada indiyədək inşa edilmiş ən yüksək binadır. 162 mərtəbəli binanın hündürlüyü 828 metrdir. Binanın sonuncu mərtəbəsinə qalxıb, Dubay panoramını izləmək üçün bir neçə gün əvvəldən 100 dirhəm ödəmək lazımdır. Əgər tez çıxmaq istəyirsinizsə, 400 dirhəm, yəni təxminən, 100 dollar ödəməli olacaqsınız. Binada saniyədə 18 metr sürətlə hərəkət edən 50 lift var. Dörd kateqoriya üzrə yüksəkliyinə, hündürlüyünə, hündür damına və binanın çoxmərtəbəli olmasına görə dünyada birinci hesab edilir. Möhtəşəm tikili 95 km məsafədən belə görünür. Bundan başqa, qüllədəki gözətçi meydançasından yaxın 80 km radiusu izləmək mümkündür. Fövqəladə hallar baş verdikdə, bina sakinlərini 32 dəqiqə ərzində evakuasiya etmək mümkündür. Bina mükəmməl güvənlik sistemi ilə təmin olunub. 73-cü mərtəbədə 20 min qallonluq iki su rezervuarı yerləşdirilib.

Məşhur fantan

Bu fantan Bürc Xəlifənin yaxınlığında yerləşir. Dünyadakı ən böyük musiqili fontandır. Hər axşam saat 18:30- dan etibarən başlayan şounu izləməkdən ötrü şəhər sakinləri və bütün qonaqlar buraya axın edirlər. Fontanın fışqıran suyu 150 metr yüksəkliyə qədər qalxır. Özünü Şərqin inanılmaz nağıl aləmində hiss etməyi arzulayanlar üçün bunu izləməyə dəyər.

İstidə xizək


İddialı inşaatlar bununla bitmir. Dünyanın ən isti şəhərlərindən olan Dubaydakı Qış İdman Kompleksində xizəkçiliklə məşğul olmaq imkanı var. 22,5 min kv.km.-iik sahəsi ilə dünyadakı ən böyük qapalı qış idman-əyləncə mərkəzlərinə meydan oxuyan bu qurğu Yaxın Şərqin ilk Qış İdman Kompleksidir. Süni qar örtüyü ilə təchiz olunan kompleks 3 futbol meydanı böyüklüyündədir. İçəridə temperatur -2, -4 dərəcə arasında dəyişir. Eyni anda bura 1500 ziyarətçi daxil ola bilər. "Moll Emirate" ticarət mər- kəzindəki girişi 50 avro olan bu kompleksə bütün turistlər axın edir.

Akvarium və..

Dubay Ticarət-Əyləncə Mərkəzində, Palma Cumeyra adasındakı "Atlantis" oteldə nəhəng akvariumlar diqqəti çəkir. Son 30 ildə Dubay Əmirliyi görüntüsünü tamamilə dəyişdirib. Möhtəşəm memarlıq layihələri onu ənənəvi Şərq şəhərindən müasir meqapolisə çevirib. Şeyx Zahid Roud şəhərin ən prestijli küçəsidir. Əkiz qüllələr - "Emirates Touers", Dubay Dünya Ticarət Mərkəzi tanınmış ünvanlardandır. Şəhərin əsas rayonları şərq hissədəki Deyra deyilən ticari və Bar-Dubay kimi tanınan tarixi mərkəzdir.

Bastakiya

Bar-Dubayın qədim hissəsi belə adlanır. Şəhər muzeyi ilə sahil buxtası ərazisində Musalla küçəsində yerləşir. Buradakı binaların əksəriyyəti XIX əsrin sonu - XX ərsin əvvəllərində inşa edilib. Vaxtilə ərazidə İrandan gəlmə tacirlər məskən salarmış. Kvartalın adı da elə farsca Bastak kəlməsindən irəli gəlir ki, bu, İranda həmin tacirlərin ol- duğu əyalətin adıdır. Hazırda Bastakiya ərazisində güclü yenidənqurma və restavrasiya işləri gedir.

Bürc əl-Ərəb


Yelkənşəkilli "7 ulduz"lu otelin şöhrəti bütün dünyaya yayılıb. Ərəb dənizinin sahilində, Cümeyra rayonunda yerləşir. Otelin ərazisinə daxil olmaq qadağandır. Sadəcə, müştərilər girə bilərlər. Burada maşınların hitparadı var. 321 metr yüksəkliyi və 56 mərtəbəsi olan otel dünyada ən hündür mehmanxana hesab edilir. O, süni adanın üzərində inşa edilib.

Palma adaları

Üç hissədən ibarət süni adaiar zənciri belə adlanır - Cumeyra, Cəbəl Əli və Deyra. Birinci adada Yaxın Şərqdə ilk monorels nəqliyyat vasitəsi istifadəyə verilib. Bu, Dubayda ən məşhur layihələrdəndir. Sahilboyu 120 km məsafəni əhatə edən bu məkanı daşınmaz əmlak almaq istəyənlərin üz tutduğu ən populyar yer kimi qələmə vermək olar. 1-4 otaqlı mənzillərdən, pentauzlardan, villalar- dan və su üzərindəki evlərdən, çox sayda ticarət və alış- veriş mərkəzlərindən ibarətdir. Bura 7 milyardlıq büdcəsi ilə dünyanı heyrətə salan unikal inşaat layihələrinin siyahısında göstərilir. Sadəcə, avropalılar deyil, MDB məkanından, Hindistandan da gəlib burada ev alanlar var.

Bəzən Dubayı restoran, klub və mağazalarına görə, Fars körfəzinin Parisi adlandırırlar. Kinoteatrlarda Hindistan, Avropa və Amerika istehsalı olan filmləri izləmək mümkündür. Şəhərdə son illərin ən populyartürk teleseriallarının posterlərini də görmək mümkündür.

Qan donduran qadağalar


Ən yaxşı çimərlik Cumeyradır. Giriş pulludur, 5 dirhəm ödəməklə səhər saat 10-dan axşam 10-na qədər sahildə, bəyaz qumsallığın üzərində dənizin və günəşin zövqünü yaşamaq mümkündür. Çimərlikdə paltarsız suya girmək qadağandır. Çimərlik paltarı ilə, sadəcə, hovuzda və dənizdə dolaşmaq olar. Həftənin müəyyən günlərində çimərlik yalnız qadınlar və uşaqlar üçün açıq olur.

Burada bəzi qaydalar var ki, onlara çox ciddi əməl olunmalıdır. Əks təqdirdə, həbs, deportasiyaya qədər müxtəlif cəzalar tətbiq edilir; məsələn, zibil və alkoqolu götürək. Dubay təmiz şəhərdir. küçəyə zibil atmağın cəriməsi 500 dirhəm təşkil edir. Əgər zibili, hətta zibil yeşiyinin yanında yerə atsanız da, eyni cəriməni ödəməli olarsınız. Bütün Birləşmiş Ərəb Əmirlikləri ərazisində, sadəcə, bir neçə nöqtədə xaricilərə spirtli içki satılır. Küçəyə spritli içki ilə çıxmaq polisin müdaxiləsinə səbəb ola bilər. Spirtli içki yalnız bar və restoranlarda otel sakinlərinə, qonaqlara satıla bilər. Sərxoş vəziyyətdə maşın idarə etmək də qaydalara ziddir və o da yüksək miqdarda cərimə və həbslə müşayiət olunur. Əmirlikdə narkotik maddə qəbul edənlər 5 ilə qədər həbs oluna bilər; bu zəhəri ölkəyə gətirənlər isə ölüm cəzası alır.


Qadağalarsadəcə bunlarla bitmir. Dubay əhalisinin əksəriyyəti gəlmə olsa da, əhalinin 96% müsəlmandır və hakim din də İslamdır. Bu isə o deməkdir ki, bəzi qaydalara turistlər də əməl etməlidirlər. Məsələn, müsəlman xanım və kişilərin fotolarını çəkmək qadağandır. Yalnız özlərinin razılığı ilə şəkil çəkmək olar. Hərbi-strateji və hökumət binalarının da fotolarının çəkilməsi qadağan- dır. Yerli xanımlara gülmək və onlarla məzələnmək olmaz. Bu qaydaya riayət etməyənləri 60 000 dirhəm məbləğində cərimə gözləyir. Müsəlman xanıma alkoqol və donuz ətindən hazırlanmış yeməklər təklif etmək də qadağandır. Ramazan ayında gün çıxandan-batana qədər ictimai yerlərdə yemək yemək, içki içmək, siqaret çəkmək, saqqız çeynəmək olmaz. Ramazan adətlərinə qarşı istənilən hörmətsizlik, sayğısızlıq cərimə, yaxud həbs cəzasına gətirib çıxara bilər. Qumar oynamaq da qadağa qoyulanlar sırasındadır.

Müəllif: Aynur Talbova

1 şərh

SHATENKA407
fikrimdə bütün dünya bir yana ,Dubai və bütünlükdə BƏƏ bir yana