Рейтинг
+55.17

Turizm

48 üzv, 72 topik

Mehrac Mahmudov | Məşhur səyahətçi

  • Turizm
156 ölkə gəzmiş azərbaycanlı səyyah haqqında Facebookda qeydlərlə yəqin ki qarşılaşmısınız. Paylaşdığı foto və informasiyalarla bizi virtual olaraq dünyanın ən ucqar ölkələrinə aparan Mehrac Mahmudovla daha yaxından tanış olmaq qərarına gəldik.
— Sizi yaxından tanıyaq. Mehrac Mahmudov kimdir?
— Naxçıvanda anadan olmuşam, orta təhsilimi orda tamamlayıb Sankt-Peterburq (Leninqrad) şəhərinin Politexnik İnstitunun məzunu olmuşam. Hal-hazırda səyahətdən başqa Bakıda şəxsi biznesimlə məşğulam.
— 156 ölkə gəzmisiniz. İlk dəfə səyahətə çıxmaq qərarına necə gəldiniz?
— Səyahətə çıxmaq kimi ayrıca bir qərarım yox idi. Sadəcə mən hərdən işimlə əlaqədar, bəzən isə səyahət məqsədi ilə tez-tez səfərlərə gedirdim. Daha sonra isə maraq dairəmi genişləndirmək üçün səfərlərimin sayını artırmaq qərarına gəldim.
Davamı →
 

Şimal qütbünə səyahət | Mehrac Mahmudovun təəssüratları

Arktika, Şimal qütbü, ekspedisiya…. Bu sözlər Sovet dövrünün istənilən yeniyetməsini ovsunlayırdı. Qütbə səfər etmək şərəf sayılır. Planetin “başına”, 90 dərəcə şimal enliyinə çatmaq, əbədi buzları görmək bir çoxlarının arzusudur.
Bu baxımdan mənim bəxtim gətirdi – beynəlxalq Quark Expedition təşkilatından olan köhnə tanışlarım məni Arktikaya, Şimal qütbünə elmi ekspedisiyada iştiraka dəvət etdilər. Ekspedisiyanın məqsədi Arktika ilə tanışlıq və iqlim dəyişkənliyinin planetin ən ucqar şimal nöqtəsinə təsirini öyrənmək idi.
Davamı →
 

Turizmdə Qida Sektoru

  • Turizm
Turizmdə qida sənayesi
    Turizm məhsulunun tərkibində qidalanma vacib xidmət sayılmır, lakin insanın bioloji varlıq olduğunu nəzərə alsaq, onun olduğu hər yerdə bu fizioloji tələbatını ödənməlidir. Əksər mehmanxanaların öz şəxsi qida xidmətləri göstərən müəssisəsi olur. Lakin bəzilərində bu xidmətlər göstərilmir va ya yalnız səhər yeməyi ilə kifayətlənilir. Bu tip mehmanxanaların yaxınlığında mütləq qida müəssisələri fəaliyyət göstərməlidir.
   Aşağıda turistlərə daha çox xidmət göstərən qida müəssisələrə baxaq:
Davamı →
 

Əyləncə turizmi

Latınca “Entertain” sözündən götürülən əyləncə sözünün mənası “tutmaq” deməkdir. Əyləncə əsasən boş vaxtın parçasıdır. Dünyada hər gün bir çox insanın boş vaxtı var. İnsanlar bu zamanı aktiv keçirmək istəyirlər və çox vaxt əyləncə turizminə müraciət edirlər.
Əyləncə sənayesi XX əsrin əvvəllərindən etibarən meydana çıxmışdır. Onda əsas irəliləmə II Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. 1930-1940-cı illərdəki ekonomik böhranı, o zaman keçirdikləri qaranlıq günləri unutmaq üçün adamlar müxtəlif əyləncə vasitələrindən istifadə etmişlər. Son illərdə də əyləncə turizmi daha da inkişaf etmişdir.
Davamı →
 

Ekzotik istirahət Şri-Lanka

Elə bir insan göstərin ki, səyahət etməyi, dünyanın dörd bir yanını gəzməyi arzulamasın. Üstəlik, gedəcəyin ölkənin adət-ənənəsi, arxitekturası və ən əsası milli mətbəxi hər kəs üçün maraqlıdır. Bu məqamda bir növ bələdçiniz olmaq istədik. 


Buddanın vətəni hesab olunan Şri-Lanka o qədər gözəl və əsrarəngizdir ki, hər yeri bir anda gəzmək istəyirsən. Ratnapura — dünyanın və Şri-Lankanın ən qiymətli yeri sayılır. Burada orta əsrlərdə inşa olunmuş və hər tərəfi zümrüd, yaqut, ametis, topazla bəzədilmiş sarayın işartısı adamın gözlərini hələ şəhərə girmədən qamaşdırır. Ratnapurda turistlərə qiymətli daşların emal olunduğu zavodları gəzməyə də icazə verirlər.


Ardı →
 

Sirli və uzaq Tasmaniya

Avstraliyanın cənubunda yerləşən Tasmaniya dünyanın ən qeyri-adi yeridir. Bakıdan Tasmaniyaya birbaşa uçuş olmadığından Bakı-Moskva-Melbrun-Xobart reysindən istifadə etməlisən.

Dəbdəbəli otellərdən çox taxta evləri ilə məşhur olan ada sənə əsl cənnət diyarını xatırladacaq.

Təmizliyə söz olan bilməz. 3 gün üçün 250 dollar ödəməlisən. Turistlərə bura iyundan sentyabra kimi gəlmək məsləhət görülür.

Flinders adasının narıncı-boz qayalıqları, Leminqton Milli Parkındakı ekzotik bitki örtüyü, 30 milyon yaşı olan Sent-Kleri mağarası, suyunda mələklərin çimdiyi Liffey şəlaləsi Tasmaniya adasının incisi hesab olunur.

Mətbəx
Tasmaniyada bütün dünya mətbəxinə rast gəlmək mümkündür. Milli mətbəx isə daha çox dəniz məhsullarından hazırlanan yeməklərdən ibarətdir. Tasmaniya səyahəti zamanı Straxan qəsəbəsində yerləşən “Franklin Manor” restoranına mütləq get.


Ardı →
 

Vatikana dadlı səhayət


Vatikan
 — müstəqil şəhər-dövlətdir. Hər birimizə Roma Papasının iqamətgahı yerləşən Roma katolik kilsəsinin mərkəzi kimi tanışdır. Bu kiçik dövlətin başçısı da Papadır.

Vatikan şəhər-dövləti 7 iyun 1929-cu ildə imzalanmış “Lateran” müqaviləsi əsasında yaradılıb. Sahəsi 44 hektar, əhalisi isə cəmi 830 nəfərdir. Paytaxtı Vatikan şəhəridir. O, bütün dövlət atributlarına malikdir, dünyanın əksər ölkələri ilə diplomatik münasibətlər saxlayır. BMT-nin üzvü olmayan yeganə Avropa dövlətidir. Vatikan 134 nəfərlik İsveçrə qvardiyası tərəfindən mühafizə edilir. Bura hər il 17 milyondan artıq turist və zəvvar baş çəkir. Siz də onlardan biri ola bilərsiniz…


Ardı →
 

Qadınlar üçün ən qorxulu ölkələr

Ekzotik ölkələrə səyahət etmək hər bir insanın arzusudur. Lakin elə ölkələr var ki, qadınların oraya səyahət etməsi həyatları bahasına gələ bilər.

Yay aylarında səyahətə çıxmazdan öncə qadınlar getdiyi ölkənin təhlükəlilik göstəricisinə fikir verməlidir.

Hindistan
Hindistanda yerli və xarici qadınların zorlanması artıq adət halına çevrilib. Çoxmillətli ölkədə hər 20 dəqiqədən bir qadın zorakılığına rast gəlinir. Təqdim olunan hesabata əsasən, Hindistanda zorlama halları 2010-cu ildən bəri 7,1 faiz artıb. Həmçinin o da qeyd olunur ki, Hindistan  dünyada yeganə yerdir ki, bir qadın oraya getməzdən öncə iki dəfə düşünməlidir.


Ardı →
 

Dünyanın ən gözəl çayı - "Cano Cristales"

  • Turizm

Kolumbiyanın Sierra de la Macarena bölgəsində yerləşən,  xalq tərəfindən «5 Rəngin Çayı» olaraq adlandırılan Cano Cristales çayı «cənnətə doğru irəliləyən çay» və «dünyanın ən gözəl çayı» olaraq da bilinir.

İlin əksər vaxtı başqa çaylardan fərqi yoxdur, yaşıl yosunlarla örtülü daşları və masmavi suları vardır. Ancaq çay hər il qısa bir müddət üçün sanki çiçək açır və göyqurşağının bütün rənglərini özündə birləşdirir.

Kolombiyanın yağışlı mövsümü boyunca çayın su kütləsi daha sürətli və dərindən axır, çayın dibini qaraldaraq görünməz edir. Belə olduqda çaydakı yosunlar ehtiyac duyduqları günəş şüalarını ala bilmirlər.

Quraq mövsüm boyunca isə çaydakı həyatı bəsləyəcək qədər su tapılmaz. Ancaq yağışlı və quraq mövsüm arasında elə bir dövr də vardır ki, su səviyyəsi olması lazım olduğu kimi olur, onlarla növ yosun və alg mükəmməl bir rəng müxtəlifliyi nümayiş etdirir. Mavi, yaşıl, qara, qırmızı və çəhrayı rəngin minlərlə tonu çayın üzərini örtür.


Ardı →
 

Mədəniyyət və sənət mərkəzi Madrid - Fotolar

  • Turizm

Kayzen.az ailəsi olaraq Avropanın ən gözəl və tarixi şəhərlərindən biri hesab edilən Madridin gəzməli və görməli yerləri haqqında maraqlı məlumatları oxucularımızın diqqətinə çatdırırıq. İspaniyaya 1561-ci ildən paytaxtlıq edən bu şəhər Avropanın ən yüksək paytaxtlarından biridir və dəniz səviyyəsindən 651 metr yüksəklikdə salınmışdır. Hər il milyonlarla turistin ziyarət etdiyi bu şəhər tarixi tikililəri, muzeyləri, geniş meydanları və parkları ilə əyləncəli zaman keçirmək istəyənlər üçün əvəzedilməz məkandır.

Madrid Prado Muzeyi: Madridin görüləcək yerlər arasında ön sıralarda olan Prado Muzeyini ildə təxminən 2 milyon turist ziyarət edir. Picasso kimi məşhur rəssamların əsərləri burada sərgilənir.


Ardı →