Рейтинг
+55.17

Turizm

51 üzv, 98 topik

İstanbul | Avropanın mədəniyyət paytaxtı

  • Turizm
Dünyada iki qitədə (Avropa və Asiya) yerləşən yeganə şəhər İstanbuldur. Özündə zəngin tarixi və mədəniyyəti yaşadan, 2 000 illik tarixi boyunca 3 böyük imperiyanın paytaxtı kimi tarixin hər üzünü görən məkan. Başdan-başa zəngin mədəniyyət abidələri ilə dolu şəhər və muzey. İstanbulu tanımaq üçün onun haqqında oxumaq, danışılanları dinləmək yetərli deyilmiş. Bunun üçün mütləq tarix qoxan küçələri addım-addım dolaşmaq, dünya üzərindəki ən böyük imperiyalardan — Bizans və Osmanlıdan qalan mirası yerində görmək, hər küncündə özün üçün kəşflər etmək lazımmış. Bu ecazkar şəhəri kəşf etdikcə tanımağa başlayırsan, tanıdıqca sevirsən. Qardaş ölkənin ən böyük şəhərinə ilk dəfə ayaq basanda məndə yaranan birinci təəssürat belə oldu: Napoleon Bonapart heç də yanılmayıb.
Ardı →

Dubay

  • Turizm

Bəlkə də dünyada yeganə şəhərdir ki, onu hamı tanıyır, orada olmağa can atır, kimi alver məqsədilə, kimi də səhralıqda yaradılmış cənnəti görmək niyyəti ilə. Yəqin, söhbətin Dubay şəhərindən getdiyini hiss etdiniz. Daha çox müasir məkan kimi tanınan Dubayın qədim tarixi var. Şəhər yaxınlığındakı bir bataqlıqdan tapılmış manqra ağacının üstündə bu ərazinin 7 min illik tarixi keçmişini göstərən yazı var. Manqra ağacı yeni Dubay inşa edilərkən aşkarlanıb. Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərlərindən olan Dubaya və eyniadlı əmirliyə 1830-cu ildən bəri əl-Məktum ailəsi başçılıq edir. Şəhər hakimi Şeyx Məhəmməd ibn Rəşid əl-Məktumdur.


Ardı →

Belçika

  • Turizm

Belçika Krallığından danışanda çox ehtiyatlı olmaq lazımdır və biz də buna əsaslanaraq, Krallıq barədə yazını Brüsselin üzərində qurmaq qərarına gəldik. Çünki monarxiya dövlətində müxtəlif dil və mədəniyyətlərin vahid formada birləşdiyi yeganə şəhər məhz paytaxt Brüsseldir. Bu şəhərə bəzən Avropanın ürəyi də deyirlər. Turistlərin ən çox sevdiyi Avropa ölkələrindən birdir.


Ardı →

Şri-Lanka | Cəngəlliklər qoynundakı ada

  • Turizm
Şri-Lanka sadəcə çayına, suşisinə və daş-qaşına görə deyil digər gözəllikləri ilə də seçilir. Adaya turist kimi gedənlərin sayı olduqca böyükdür. Qışda, soyuq havada isti bir məkana getmək, günəş şüalarından isinmiş qum üzərində gəzmək yəqin ki, hamının arzusudur. Bunun üçün gedəcəyin yeri çox fikirləşməyə ehtiyac yoxdur. Qızıl kimi parıldayan qum, iriyarpaqlı palma meşələri, vəhşi heyvanlarla dolu olan safari — sehirli tarixi ölkə Şri-Lanka adasını seçmək heç də yanlış olmazdı. Hind okeanında yerləşən bu möhtəşəm ada sanki nağıllardan çıxmış bir ölkədir. Paytaxtı Kolombo şəhəridir.
Ardı →

Hindistan | Möcüzələr və əfsanələr ölkəsi

  • Turizm
Hindistan çox qədim və əsrarəngiz məkan sayılır. Hələ qədim dövrlərdən gələn hind fəlsəfəsi insanları çox düşündürüb. Hindistan turizm imkanları ilə də seçilir. Aydındır ki, qış aylarında nədənsə insan tropik bir ölkəyə getmək, soyuqdan donmuş bədənini isitmək arzusundadır. Bu arzunu reallaşdırmağın tək yolu açıq səma altında zəngin muzeyə bənzəyən möcüzələr diyarı — Hindistana getməkdir. Hindistan deyəndə çoxlarının təsəvvüründə bir mənzərə canlanır — insanlar fil üzərində gəzir, ölüləri Qanq çayına atır, ayaqyalın, cırıq paltar geyinmiş kişilər küçələrdə gəzişir. Bu təsəvvür bir az reallığa yaxındır. Amma Hindistan o qədər də qorxulu bir ölkə deyil. Ekzotik ölkənin paytaxtı Dehli şəhəridir.
Ardı →

Santa Klausun vətəni | Laplandiya

  • Turizm
Bu şəhəri təsvir etmək üçün xüsusi açar sözləri var. Dünyanın ən gözəl yerlərindən biridir desək yanılmarıq. Hündür dağlar, insanı heyran edən Şimal şəfəqi, hər tərəfi ağappaq qar bürünmüş meşələr və yollar — möhtəşəm dünya, Santa Klausun vətəni Laplandiya. Yeni il ərəfəsində bu ölkəyə getmək heç də pis fikir deyil.  Çox da böyük olmayan Laplandiya Finlandiya ərazisində yerləşir. Paytaxtı Rovaniem şəhəridir.  Laplandiyada böyük, dəbdəbəli, beşulduzlu otellər yoxdur. Burada böyük otelləri ikimərtəbəli taxta evciklər əvəzləyir. Ən möhtəşəm mehmanxana elə «Santa Klaus» otelidir.

Ardı →

Nyu-York

Amerikalılar onu «xəyallar şəhəri» adlandırırlar. Burada siz gözqamaşdıran dəbdəbə və rəngarəng həyatla tanış olacaqsınız. Nyu-York Birləşmiş Ştatların maliyyə mərkəzi hesab edilir: Nyu-York fondlar birjası, Uoll Strit, çoxsaylı broker şirkətləri və maliyyə təsisatları məhz burada yerləşir. Nyu York şəhəri (ing. The New York City) Amerika Birləşmiş Statlarının əhali baxımından ən böyük şəhəridir. Eyni adlı New York əyalətində yerləşir və dünyanın ən əhəmiyyətli maliyyə və ticarət mərkəzlərindən biridir. Şəhər, media, siyasət, təhsil, əyləncə və modadakı qlobal təsirlərindən ötəri bir dünya şəhəri olaraq qəbul edilməkdədir. Birləşmiş Millətlər Ümumi Şurası binasına ev sahibliyi etdiyindən xarici əlaqələr üçün də çox əhəmiyyətli bir mərkəz durumundadır. Nyu- York beş şəhərcikdən ibarətdir: Manhattan; Staten Island; The Bronx, Brooklyn və Queens ((Manhetten, Bruklin, Kuins, Bronks və Stəten Aylənd).


Ardı →

Misir

Misir — dünyada turistlərin ən çox diqqətini cəlb edən ölkələrdəndir. Şarm əl Şeyx Misirin səhralıq mənzərələri ilə Sinay yarımadasının cənubunda yerləşən kurortdur. Planetin ən təmiz məkanlarından biridir; burada mərcan flora və faunasının inkişafı üçün geniş imkanlar var. Bura sualtı ekzotikanı sevənlər üçün əsl cənnətdir. Burada həyat qaynayır, dünyanın dörd tərəfindən gələn turistlər şəhərə ayrıca gözəllik qatır. Misirdə xidmət əladır, çaypulu verməsən də olar, ancaq onların gəliri elə bundan çıxır. Xidmətçilər sakit, gülərüzdülər.
Ardı →

İslandiya - buzlaqlar və göy qurşaqları ölkəsi

İslandiya-uzaq Şimal ölkəsiAtlantik okeanının şimalında yerləşən İslandiya əsrarəngiz təbiəti ilə tarix boyu insanların diqqətini özünə cəlb edib. Bu da təsadüfi deyil. Soyuq iqlim qurşağında yerləşən İslandiya istər yayda, istərsə də qışda özünəməxsus təbii gözəlliyə malikdir. Bu gözəlliyi İslandiyada ilboyu müşahidə etmək mümkündür. İslandiyanın ecazkar gözəlliyi onun özünəməxsus iqlim şəraitinə malik olması ilə bağlıdır. İslandiyanın havasına iki dənizin su axını (isti Şimali Atlantika, qolfstrim və soyuq Şərqi Qrenlandiya), həmçinin Arktikadan gələn üzən buzlaqlar təsir göstərir. İslandiyada ən isti aylar iyul və avqust hesab edilir. Ölkənin paytaxtı Reykyavikdə iyul ayında temperatur +20, yanvarda isə 0 dərəcə təşkil edir. Ölkənin sahil suları müəyyən istisnalarla ilboyu donmur. Bununla belə, İslandiyada hava tez dəyişir və bu da ölkəyə şimaldan və cənubdan gələn hava axınları ilə əlaqədardır. Noyabrın ortalarından başlayaraq, ölkə qaranlığa qərq olur və qütb gecələri başlayır. Bu, yanvarın sonlarına kimi davam edir.
Ardı →

Özbəkistan

Əhalisinin iyirmi yeddi milyon nəfərə çatdığı Özbəkistan respublikası, əhalisinin sayına görə mərkəzi asiyada birinci yeri tutur. Bu ölkə Seyhun (Sıradərya) və ceyhun (Amudərya) adlı iki çay arsında yerləşmişdir. Şimal və şimalqərb tərəfdən Türkmənistan, şərq və çiamlşərq hissədən Tacikistan, cənubqərb zonadan Türkmənistan və Cənub tərəfdən isə, Əfqanıstan bu ölkənin qonuşuları sayılır. Özbəkistan respublikası 1991-ci il 31 avqustda sovetlər ittifaqının dağılması ilə öz müstəqilliyini yenidən əldə etdi.
Davamı →