Vaxtın saatla bildirilməsi

Türk dilində vaxtın saatla bildirilməsi üçün aşağıdakı söz və ifadələrdən istifadə edilir:

saat

saat

dakika

dəqiqə

saniye

saniyə

ibre

əqrəb

akrep

kiçik əqrəb; saat göstərən əqrəb

yelkovan

böyük əqrəb; dəqiqə göstərən əqrəb

çeyrek

on beş dəqiqə, dörddə bir

buçuk

yarım

geçiyor

işləyir

kalıyor; var

qalır (var)

kaç?

neçə?

Azərbaycan dilindən fərqli olaraq türk dilində əvvəlcə tam saat (rəqəm), sonra həmin saatı keçən dəqiqə göstərilir. «Geçiyor» feli təsirlik hal tələb etdiyi üçün tam rəqəm (saat) təsirlik halın şəkilçisi ilə işlənir. Məsələn:

Saat ona on dəqiqə işləyir — Saat dokuzu on geçiyor
Saat on ikiyə iyirmi beş dəqiqə işləyir — saat on biri yirmi beş geçiyor
Saat ikiyə 15 dəqiqə işləyir — Saat biri çeyrek geçiyor.
Saat dördə 5 dəqiqə işləyir — Saat üçü beş dakika geçiyor.
Saat beşin yarısıdır — Saat dört buçuk.
Saat neçədir — Saat kaç? (kaçtır?)
Saat tam doqquzdur (doqquz tamamdır) — Saat tam dokuz.
«Kalıyor» «var» sözləri dilimizdə olduğu kimi işlənir, yəni hansı saata qalırsa, həmin saatı göstərən rəqəm yönlük hal şəkilçisi ilə söylənir, sonra isə dəqiqə deyilir.

Saat doqquza qalıb — Saat dokuza kalıyor (var).
Saat doqquza on dəqiqə qalır — Saat dokuza on dakika kalıyor (var).
Saat ikiyə 15 dəqiqə var — Saat ikiye çeyrek var (kalıyor).
«Buçuk» kəlməsi təkbaşına işlənmir. «Yarım saat» mənasında türk dilində də «yarım» sözündən istifadə edilir. Məsələn:
Qatarın hərəkətinə yarım saat var — Trenin kalkışına yarım saat var.
Müəllim yarım saatdan sonra gələcək — Öğretmen yarım saat sonra gelecek.
Türk dilində «yarım» ifadəsi həm də 1230 — (birin yarısı) deməkdir. Məsələn:
Dərslər saat 1230-da (birin yarısında) qurtarır — Dersler saat yarımda biter.
"Çeyrek" sözü yalnız hər hansı bir rəqəmlə (saatla) işlədilir. Təkbaşına bu söz yalnız "çeyrek saat" (yəni saatın dörddə biri — 15 dəqiqə) şəklində söylənir. Bu mənada daha çox türk dilində də, dilimizdə olduğu kimi, «on beş dakika» sözündən istifadə edilir. Məsələn:
On beş dəqiqədən sonra zəng vurulacaq. — On beş dakika (çeyrek saat) sonra zil çalacak.
Təyyarə on beş dəqiqə əvvəl qalxdı. — Uçak on beş dakika (çeyrek saat) önce kalktı.
Saat altıyı çeyrek geçiyor — Yeddiyə on beş dəqiqə işləyir.
Saat on bire çeyrek kalıyor — On birə on beş dəqiqə var.

Hər hansı hadisənin, işin və s. nə zaman baş verdiyi və ya verəcəyi soruşulan zaman, başqa sözlə «Saat neçədir?», «Nə vaxt?», «Nə zaman?» suallarına cavab istənildiyi vaxt «geçiyor» feli «geçe», «kalıyor» feli isə «kala» şəklində işlənir. Məsələn:
Tren saat kaçta geliyor? — Tren saat dokuza on kala geliyor. Türkçe dersi saat kaçta bitiyor? — Türkçe dersi biri beş geçe bitiyor.
Dün kaçta uyudun? — Dün on ikiye çeyrek kala uyudum.
Yarın saat kaçta geleyim? — Yarın beşe beş kala gel.

Qeyd: 1) Azərbaycan dilində olduğu kimi, türk dilində də rəsmi xəbər və yazılarda saat rəqəmlərlə ifadə edilə bilər. Məsələn:

Dokuza çeyrek kalıyor — Saat 2045 (saat yirmi kırk beş)
Geceleyin tam on iki — Yirmi dörd sıfır sıfır (2400)

2) Vaxtı bildirərkən «saat» və «dakika» sözlərinin işlənməsi məcburi deyil.

Müqayisə et:

Saat yediyi beş dakika geçiyor. — Yediyi beş geçiyor.
Saat sekize on dakika kalıyor. — Sekize on kalıyor.

 

0 şərh