Felin məna növləri

Azərbaycan dilində olduğu kimi, türk dilində də felin mənaca beş növü var: Məlum növ; Məchul növ; Qayıdış növ; Qarşılıq növ; İcbar növ.
1) Dilimizdə olduğu kimi, türk dilində də felinməlum növünün xüsusi şəkilçisi yoxdur:
Türk dilində də məlum növ fellər iki yerə bölünür:
a) təsirli fellər: okumak, yazmak, bilmek, sevmek
b) təsirsiz fellər: gitmek, bakmak, gülmek, koşmak.
Felin digər növləri həm təsirli, həm də təsirsiz fellərdən düzəlir. Başqa növlərin şəkilçilərini qəbul edən təsirli fellər təsirsiz fel ola bilər. Məsələn:
  • üşümek (təsirsiz) — üşütmek (təsirli)
  • yatmak (təsirsiz) -yatırmak (təsirli)
  • dalmak (təsirsiz) — daldırmak (təsirli)
 
Türk dilində bir sıra fellər mənalarına görə həm təsirli, həm də təsirsiz olur. Məs.:
  • geçmek — Tren önümüzden geçti (təsirsiz)
    Araba otobüsü hızla geçti (təsirli)
  • çıkmak — Düşe kalka yokuşu çıktı (təsirli)
    Yarın dağa çıkacağız (təsirsiz)
  • dönmek — Sırtını bana döndü (təsirü)
    Bugün köye dönüyor (təsirsiz)
  • vurmak — Onu geçen sene vurdular (təsirli)
    Güneş yüzüne vurunca gözlerini kapadı (təsirsiz)
Bəzi eynimənalı fellər Azərbaycan dilində təsirli olduğu halda, türk dilində təsirsizdir:
  • Qapının zəngini basdı (təsirli)
  • Kapının ziline bastı (təsirsiz)
 
2) Məchul növ türk dilində aşağıdakı şəkilçilərin köməyi ilə düzəlir:
a) -n — saitlə bitən fel köklərinə artırılır:
başlandı, okundu, yıkandı, söylendi, yendi.
b) -ın; -in, -un; -ün — sonu «l» samiti ilə bitən fel köklərinə artırılır:
kılındı, alındı, bilindi, bulundu
c) -ıl; -il; -ul; -ül — yuxarıda sadaladıqlarımızdan başqa bütün fel köklərinə artırılır:
verildi, kesildi, yazıldı, soruldu, gidildi.
Xəbəri felin məchul növündə işlənən cümlələrdə ifadə olunan hərəkətin ya faili, yəni iş görəni məlum olmur, ya da iş görəni yada salmağa ehtiyac qalmır:
Bir akşam uyudu
Uyanmadı
Aldılar, götürdüler
Yıkandı, namazı kılındı, gömüldü
(Orhan Veli)
Çiğnendi yeter varlığımız cehlile kahre
Doğrandı mubarek vatanın bağrı sebepsiz
(Tevfik Fikret)
Saitlə bitən bəzi fel kökləri məchul növdə eyni anda iki şəkilçi qəbul edir:
  • Her taraf arandı.
    Her taraf aranıldı.
  • Böyle denir.
    Böyle denilir.
 
3) Qayıdış növün şəkilçiləri ilə məchul növün şəkilçiləri eynidir, lakin mənalarına görə fərqlənirlər. Məchul növdə iş görən məlum olmadığı halda, qayıdış növdə iş görən məlumdur, yəni hərəkət subyektin özünə aiddir:
  • Zeynep süslendi, inciler takındı.
  • Sabahleyin yataktan erken kalktı, yıkandı, giyindi.
  • Gevresine bakındı, kendi kendine söylendi.
 
4) Qarşılıq növ hərəkətin qarşılıqlı şəkildə (iki və daha çox subyekt tərəfindən) icra edildiyini göstərir. Qarşılıq növ -Ş (saitlə bitən fel köklərinə) -ış, -iş, -uş, -üş (samitlə bitən fel
köklərinə) şəkilçiləri vasitəsilə düzəlir:
  • Dostlar sevişir, kucaklaşır, düşmanlar dövüşür, boğazlaşırlar.
  • Kadınlar ağlaştılar, kaçıştılar.
  • Orhanla görüştük, tokalaştık.
  • Arkadaşımla akşam buluşacağız.
 
5) İcbar növ göstərir ki, cümlədə ifadə olunan iş, hal, hə­rəkəti iş görən başqa bir subyektin təsiri, təhriki, əmri ilə ya özü icra edir və ya da başqasını bu işi görməyə məcbur edir.
Türk dilində icbar növ -dır, -dir, -dur, -dür // -tır, -tir, tur, -tür; -t, -ır, -ir, -ur, -ür şəkilçiləri vasitəsilə düzəlir.
  • Çocuk saçını berbere kestirdi.
  • O mektubu bana okuttu.
  • Sütü kediye içirdi.
  • Şoför arabayı durdurdu.
  • Otelde kendime yer ayırttıracağım.
  • Saçlarını bir az kısalttırdı.
  • Terziye takım elbise yaptırdı.
  • Annesi tereyağını eritti.
  • Doktor canını acıttı.
 

0 şərh