Рейтинг
0.00

Türk əsilli ruslar

11 üzv, 9 topik

Həsrət və məhəbbətin heykəli - İVAN BUNİN

Lev Qumilyevin «Qədim Rus Böyük Çöl» əsərində göstərildiyi kimi, «Hələ Mərkəzi Rus dövləti yaranandan çox-çox əvvəl xristianlaşıb, ruslara qaynayıb-qarışan Aksakov, Arakçeyev, Axmatov, Bulqakov, Qodunov, Buxarin, Karamzin, Turgenyev, Yusupov, Ermolov, Koçubey, Saltıkov, Raxmaninov, Korsakov, Suvorov, Timaşev, Uşakov,, Miçurin Kurakin… kimi saysız türk ailələri içərisində Buninlər də var idi (Qumilyev L.N. Göstərilən kitab (rus dilində) s.538).
Ardı →

İLK MƏHƏBBƏT ÖMRÜN PROLOQUDUR

( Anna Axmatovaya həsr olunur)


Mənə tatar nənəmin


nadir hədiyyələri


xaçlanmama


acı gileyləri vardı


(Anna Axmatova)



Yenicə açılmış qızıl gül ətirli duyğular, nübar dadlı ilk hiss-həyəcanlar sonrakı bütöv ömrün ilk səhifələridir. Sonu kədərlə bitən romanın sevincli ilksəhifələri kimi… Ömür boyu qəlblərə, gözlərə damla-damlasüzüləcək bu röya-nağıl şipşirindir, lakin qərib və kədərlidir. Buqısa və yarımçıq anlar sakit xəyalların ilğımlı uzaq nöqtəsi kimi sehirli və cazibədardır. Cadu tilsimi və… Və duyğuların körpəliyini, ibtidasını ömür boyu saxlaya bilən kiçicik, oğrunca yazılmiş ilk sevgi məktublarıdır. Çılğın, dəli, az qala xoşbəxt sevgilərdən illərcə ayrılıb uzaqlaşdıqca ondan yazıq xatirələr qalır. Lakin qısa, ani sevgilərin hekayələri, qalan ömrü yandırıb yaxmağa qadir olan qığılcıma da çevrilə bilər.


Ardı →

“Qafqazın qənimi” General Yermolov. Ermollanın uşaqları

Yermolovlar nəslindən hərb adları, alimlər, yüksək sənət adamları (xüsusən məşhur rus aktrisası Yermolova Mariya /1853-1928/ çıxmışdır) lakin bu nəslin Rusiyaya bəxş etdiyi, bu dövləti, habelə nəslin özünü də şöhrətləndirən böyük şəxsiyyətlər sırasında rus generalı Yermolov Aleksandr Petroviç (24 may 1774 — 11 aprel 1861) şübhəsiz ki, oxucuların diqqətini daha çox çəkməkdədir.
Məşhur Rus sərkərdəsi güclü dövlət adamı olan Yermolov böyük hərb səhnələrində öz imzasını qoymuşdu; rusların Qafqazın istilası tarixində onun böyük bir sima olduğu məlumdur. İmperiyanın apardığı 1790-cı 1820-ci illər arası üç böyük müharibələrdə iştirak etmişdi. “Qafqaz müharibəsinin qəhrəmanı” kimi yüksək şöhrət qazanmışdı (Bunu “Qafqazın qənimi, milli-azadlıq hərəkatının düşməni”kimi qəbul etmək lazım gəlir); Əlahiddə Qafqaz korpusunun komandanı (1817-1827) idi.
Ardı →

Kutuzov

Kutuzov haqqında çox yazılıb. Əgər onun haqqında nələrsə hələ yazılmayıbsa bu təkcə sərkərdənin mürəkkəb və çətin həyat yolu və ya ömrün qəhrəmanlıq səhifələri ilə bağlı deyil, bizim nəzərimizcə Kutuzovlar kimi məşhur bir nəslin mənşə məsələsinin düzgün həlli də əvvəldə qeyd etdiyimiz həmin cəhətlərdən az əhəmiyyət kəsb etmir.
Rus nücəbasının «Məxməri kitab»ında Kutuzovların ulu babasının almanların içindən çıxaraq Aleksandr Nevskinin yanında xidmətə girməsindən danışılır. Bu «alman əsilli» məsələsi şöhrətli ailələrin o zaman öz soylarına şərəf-şan artırmaq məqsədilə qoşduqları uydurmalar idi, belə nağıllara tez-tez təsadüf edilirdi. Çünki türk əslini etiraf etmək bir növ cinayəti və onun xəcalətini boynuna çəkmək qədər həqarətli idi.


Ardı →

Arakçeyev. Sədaqətli insan

Rusiyanın hərbi naziri məşhur dövlət adamı Arakçeyev (qraf Aleksey Andreyeviç Arakçeyev 1769-1834) qədim, lakin yoxsullaşmış zadəgan ailəsindən çıxmışdı. Rusların «Nəsil Şəcərəsi Kitabı»nda Arakçeyevlərin nəsli haqqında deyilir: «1695-ci il martın 6-da çar fərmanı ilə Novqorodlu İvan Stepanoviç Arakçeyevə onun özünün, ata və babalarının dövlət qarşısındakı xidmətlərinə görə Novqorod quberniyasında kəndlər, əkin-biçin yerləri bağışlanır» (48. t.2, s.7-10).
Qraf Arakçeyevə qədər də bu ailədən onu şöhrətləndirən hərb adamları çıxmışlar. Məsələn, Arakçeyevin babası Vasili Stepanoviç Arakçeyev general Minixin komandanlığı altında vuruşmuş, Oçakov altında yaralanmış, general rütbəsində istefaya çıxmışdı.


Ardı →

Qavriil Romanoviç Derjavin

Teymur şəhi-ləngə olub tabeyi-fərman
Xan Toxtamışı eylədik al qanına qəltan.
Ta oldu Qızıl Ordaların dövləti talan,
Məsko şəhinə faidəbəxş oldu bu meydan.
Əlyövm uruslaşmaq ilə zişərəfiz biz.
Öz qövmimizin başına əngəl kələfiz biz.
(M.Ə. Sabir. «Fəxriyyə » şeirindən)


 


Teymurləngin Toxtamış xana qarşı üç dağıdıcı yürüşü və paytaxt Saray Bərkəni talan edib xaraba qoyması Qızıl Orda dövlətinin sarsıdılıb parçalanmasına səbəb oldu. Toxtamışın ölümündən sonra Ordada qarışıqlıq yarandı və indiyədək Qızıl Ordadan olan asılılıq öz-özünə aradan qalxdı. Ardınca da bu fürsəti əldən verməyən Rus Orda imperiyasının malik olduğu bu geniş ərazidə hökmran vəziyyəti qazanmağa başlayır. Buna da müvəffəq olur. Qızıl Orda xanlarının nüfuzu, gücü, nəhayət səltənəti bu zamandan başlayaraq Moskvaya — Moskva böyük knyazlarına, ardınca çarına keçir. Zəifləmiş türk zadəganları Rus knyazlarına yaxınlaşmağa meyl etməyə başlayırlar.


Ardı →

Aksakovlar nəslinin "dərsləri"

Aksakov soy adı türk sözü axsaq, aksak (fel əsası axsamak, aksamak) sözündən yaranmışdır. Bu mənada da, əlbəttə Aksakov familiyasının türk mənşəyi heç kimdə şübhə yeri qoymur.
İlk dəfə adı Kiyev Rus dövlətinin tarixində çəkilən Aksakovun 1027-ci ildə böyük knyaz Yaroslav Vladimiroviçin yanında xidmət etdiyi məlumdur. Yaroslav Vladimiroviç Kiyev Rusunda xristianlığı yayan böyük knyaz Vladimirin oğludur. Salnamələr Aksak xanın özünün 3 min adamıyla Kiyev knyazına xidmətdə olduğunu göstərir. İndi bu faktın necə işıqlandırıldığına, tarix səhnəsində necə əks olunduğuna diqqət yetirək.


Ardı →

Dostoyevski (1821-1881)

Dostoyevski (Достоевский)Dostoevski(Достоевский, Фёдор Михайлович) ədəbi mühitə qədəm qoyanda Krılov, Puşkin, Lermontov kimi «bahadırlar» yenicə əbədən susmuşdular. Bununla da rus ədəbiyyatında lal bir boşluq açılmışdı.
Belə bir zamanda hərbi qulluqdan istefaya çıxan Fyodor Mixayloviç Dostoevskinin «Yazıq adamlar» əsəri rus oxucularının qulağına yazıqların, binəsiblərin ah-nalələrini çatdırdı və bu qulağı ağlaşma səsləri ilə doldurdu; bu acıma və mərhəmət xristian mühitində dərhal əks-səda verdi. Elə bu ilk əsəri də Dostoevskinin bütün gələcək yaradıcılığının epiqrafı ola bildi. Bütün yaradıcılığı boyu belə dərdli və yazıq adamlar onun ədəbi qəhrəmanları oldu. Onların fəlakətli həyatı — həbsxanaya bənzər güzəranı və bu hıçqırıqlar, bu fəryadlar qəlbdən kənar keçilə bilməzdi.
Onda uşaqlıqdan ürəkkeçmə xəstəliyi vardı. Yüksək emosiyalar onu özündən çıxarırdı. Bu ən çoxu acımadan, rəhmdillikdən doğulduğu kimi, gözəlliklər qarşısında ağır heyrət nəticəsində də baş verə bilərdi. Fövqəladə gözəl qadın qarşısında, çoxlarının gözləri önündə bir ziyafətdə o qəşş edərək özündən getmişdi (9, s.386).
Davamı →

Admiral Kolçak

Kolçak Aleksandr Vasilyeviç (4.11.1874 — 7.2.1920). Admiral, rus əksinqilabının rəhbərlərindən biri, Rus-Yapon və I Dünya müharibəsi iştirakçısı. Sovet hakimiyyətinə qarşı vuruşmuş, 1918-ci ildən Sibir hökumətinə başçılıq etmişdir. 1920-ci ilin yanvarında həbs edilmiş, Sovet hökuməti tərəfindən güllələnmişdi (Böyük Sovet Ensiklopediyası, XII cild, s. 477 (rus dilində)).


Ardı →