Рейтинг
+12.48

Türklərin tarixi

30 üzv, 52 topik

Türk dünyasının sivilizasiyalararası əlaqələrdə rolu

Türk sivilizasiyası – Avrasiyada yaranan ən qədim sivilizasiyalardan biri olub eramızdan əvvəl Avrasiyanın geniş çöllərində formalaşmışdır. Hazırda türk xalqları əlverişli-coğrafi mövqeyə malik olan Ön Asiya, Mərkəzi Asiya, Qafqaz regionları, Kiçik Asiya yarımadası, Sayan-Altay dağlarının şimal-qərb bölgəsi, Talas vadisi, Ordos vilayəti, Orxon-Yenisey ətrafı ərazilər, Urmiya gölü hövzəsi, Qara dəniz sahili ərazilərində məskunlaşmışlar. Türklərin “Böyük çöl”də məskunlaşması onların həyat tərzinə güclü təsir etmişdir. Müvəqqəti köçlər zamanı onlar rahat açılıbyığılan alaçıq və yurtalardan istifadə edir, əsasən, heyvandarlıqla məşğul olmuşlar.


Davamı →

"Böyük köç" yaxud Avrasiya necə tanınmışdı

Elə vaxt gəldi ki, Altayda həddən arıq insan sıxlığı yarandı. Torpaq hamını ərzaqla təmin edə bilmədiyindən gözlər uzaqlara dikildi. Oradan dünyanın dörd tərəfinə yollar uzanırdı. Çox götür-qoydan sonra türk xalqları stepə (çöl) doğru köç etməyi qərara aldılar. Bu köç bəşər tarixində möhtəşəm hadisə idi. Onu Amerikanın kəşfi və məskunlaşdırılması ilə müqayisə etmək olar. Həmin köçü Böyük köç adlandırırdılar. Bu hadisə II əsrdə Altaydan başlamış və Avropaya tərəf istiqamət almışdı. Böyük köç üç yüz ildən artıq davam etmişdi. Üç yüz il az müddət deyil. Lakin yeni-yeni ərazilərin az vaxt ərzində məskunlaşdırılması da mümkün olan iş deyildi. Əks təqdirdə bu köç Böyük köç adlanmazdı.

Davamı →

Çağatay xanlığı

Qara- Hülakü Xan
Çağatay xan, Yisülün Xatundan olan ikinci oğlu Mu-Təkini sevirdi və onu varis olaraq görürdü. Mu-Təkin Bamiyandaki ölümdən sonra üçüncü oğlu Bilkişi varis etmək istədi. Lakin o, 13 yaşında vəfat etdiyində Çağatay xan Mu-Təkinin oğlu Qara-Hülakünü varis təyin etdi. Mu-Təkinin Baycu, Börü, Yisun-Tuva və Qara-Hülakü adlı dörd oğlu var idi. Qara-Hülakü bu qardaşların ən kiçiyi idi. 1242-ci ilin ilk aylarında Çağatay xan vəfat etdikdə vəsiyyətinə riyaət edərək, Vəzir Həbəş Amid və Çağatay sultanlığının üzvləri, xüsusən xanın arvadı Qara-Hülakünü xanlıq taxtına əyləşdirdilər.

Davamı →

Duxa türkləri kimlərdir

Türk etnosunun ən qədim izlərini özündə barındıran, hal-hazırda dili və kültürü məhvolma təhlükəsi ilə üzləşən, “maral adamlar” deyə tanınan duxalar təxminən 500 nəfərdən ibarət  yarımköçəri türklərdir. Duxalar Monqolustanın şimalında Tuva Respublikası ilə həmsərhəd olan Xövsgöl əyalətinin Tsaaqan-Nuur bölgəsində yaşayırlar. Onların bir qismi Xövsgöl əyalətinin şimalında, bir qismi Tsaaqannur qəsəbəsində və bir qismi isə tayqalarla əhatələnmiş meşəlik bölgələrdə yaşayırlar.

Davamı →

Gəlinlik geyinən ilk qadın - Naimə Sultan

Xəyanətlə, sürgünlərlə bitən səadətsiz bir evlilik yaşamış olsa da, ilk dəfə türk dünyasında ağ gəlinlik geyinmiş qadın Osmanlı sultanı II Əbdülhəmidin üçüncü qızı Naimə Sultandır.
Gəlinin bəzənməsi tarixi zamanların adətidir. Amma orta çağlarda gəlinlik anlayışı olmasa da, gəlinlərin həmişə fərqli və parlaq geyinməsi şərt idi.

Davamı →

Tanımadığımız xilaskarlar

Yarbay (polkovnik-leytenant) Mehmet Nazim. Çoxlarımız üçün sıradan bir addır. Bəlkə də çoxlarımız tanımırıq. Hərbi ilə azdan-çoxdan əlaqəsi olanlar “yəqin Türk Ordusunun hansısa zabitidir” deyib keçəcəklər.
Yarbay Mehmet Nazim I Dünya Müharibəsində və İstiqlal savaşında qəhrəmanlıqlar göstərmiş Türk zabitidir. Onun şərəfli döyüş yolunun bir hissəsi də Azərbaycanda keçib. Azərbaycan ərazilərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsində, ordumuzun yaradılmasında müstəsna rolu olan Osmanlı zabitlərindən biri də Qafqaz İslam Ordusunun (QİO) qərargah rəisi olub.
Davamı →

Türkiyə Respublikasının yaranması

Birinci Dünya müharibəsindən sonra Osmanlı dövləti bir dövlət kimi yox olmaq təhlükəsi qarşısında qalsa da, türk xalqının azadlıq mübarizəsi nəticəsində Türkiyə Respublikası quruldu. Bu dövlətin yaradıcısı sayılan Atatürkün ölkədə yeritdiyi Qərbə meyilli siyasət nəticəsində qısa müddət ərzində geridəqalmış yarımfeodal dövlət üzərində müasir Türkiyənin təməli qoyuldu.

Birinci Dünya müharibəsi Osmanlı dövlətinin dağılması ilə nəticələnərək türk xalqını milli faciə qarşısında qoydu. 1918-ci il oktyabrın 30-da imzalanmış Mudros barışığına görə sultan hökuməti Antanta dövlətləri qarşısında təslim oldu.


Davamı →

Osmanlılar haqqında az bilinən 7 TARİXİ FAKT

1. Osmanlı dövləti 1299-cu ildə Söğütdə deyil, 1302-ci ildə Yalovada qurulub : 

Osmanlı İmperiyasının yaranma tarixi 1299-cu il olaraq qəbul edilib. Ancaq ortaya çıxan yeni tarixi faktlar bunun əksinə olduğunu göstərir. Tarixçi Xəlil İnalcık bununla bağlı belə deyir: "'Osmanlı İmperiyası Karacahisarda paytaxtını qurduğu zaman əksəriyyəti müsəlman olan xalq qazı təyin edilməsini və xütbə oxunmasını istəyir. Bu, baş tutur. Bu hadisəni isə tədqiqatçılar 2 əsr sonra 1299-cu il olaraq qəbul ediblər. Türk ənənələrində xaqanlığa namizəd olanlardan birinin zəfər qazanması lazımdır. Bu, Tanrının ona qut — müqəddəslik verməsi şəklində təsvir edilir. Osman Qazi sərhəddə öz dövründəki alplarla mübarizə aparır. Bu hadisə tarixə Bafeus Döyüşü adıyla düşüb — . Osmanlı Qazi üçün bu döyüşü qazanmaq həm də ona görə lazım olur ki, ondan sonra xanədana oturacaq şəxs — yəni oğlu qeyd-şərtsiz varis olacaq. Orta Əsrlərdə xanədana sahib olmaq həm də dövlət demək idi. Bu dövlətin təminatı isə Osmanlının 1302-ci ildə Yalovada Bizansa qarşı qazandığı böyük Bafeus Zəfəri olur.Bu döyüşdən sonra Osmanlının şöhrəti yayılır və türklər onun ətrafına toplaşmağa başlayır. Bir müddət sonra böyük bir ordu formalaşır. Belə bir uğurun əldə edilməsi həm də tanrı tərəfindən verilmiş qut-  müqəddəslik vergisinin göstərici olduğuna inanılır. Özündən sonra oğlu Orxan heç bir maneə olmadan taxta keçir" (Qaynaq: Xəlil İnalcık)


Davamı →

GÖYTÜRK XAQANLIĞI və onun varisləri

VI əsrdə türklərin tarixinə şanlı səhifələr yazan Göytürk xaqanlığı yarandı. Təxminən 500 il ərzində göytürklərin dövlətçilik ənənəsini UYĞUR DÖVLƏTİ, uyğurlardan sonra isə OĞUZ DÖVLƏTİ davam etdirdi. 
Böyük Hun imperatorluğunun dağılmasından sonra Şimali Çinin düzənliklərində türk tayfalarının yaratdığı Jujan dövləti mövcud idi. 552-ci ildə Jujan dövlətinin tabeliyində olan Bumın xaqan özünü «il xaqan», yəni elin hökmdarı elan etdi. O, jujanlara qalib gəlib Göytürk dövlətinin əsasını qoydu. Ötükən şəhəri paytaxt oldu. «Türk» sözünün mənası möhkəm, güclü deməkdir. Bumın xaqan qədim türklərin çox nüfuzlu Aşina qəbiləsindən idi.
Davamı →

19 qardaşını öldürən Osmanlı sultanı

Hər toplumda cəlladlar qorxulan, nifrət edilən şəxslər olublar. Hətta bir çox yerdə həmişə lənətləniblər. Osmanlı dövründə cəlladlar yalnız yaşadığı dövrdə deyil, ölərkən belə xalq tərəfindən dışlanıb, hətta qəbirləri belə ayrıca olub.

Buna görə bəzən cəlladlar üçün ayrıca qəbirsitanlıqlar da yaradılıb. Bunlardan biri də Əyyub məzarlığıdır. Bir zamanlar bu qəbiristanlıq dünyadakı yeganə cəllad məzarlığı kimi ad çıxarıb. Ad çıxarmışdı deyirik… Çünki yüzlərlə cəlladın məzarı zaman keçdikcə həm unudulmuş, həm də yerli əhali tərəfindən dağıdılmışdı. İstanbulda yerləşən cəllad məzarları dağıdılıb, yerlərində binalar və digər obyektlər tikilib. 
Davamı →