Apnoe xəstəliyi nədir?

E-mail-apnoe (tənəffüs hərəkətlərinin dayanması) müasir dövrdə yetərli qədər geniş yayılmış problemlərdəndir. Bu problemə İnternet istifadəçilərinin 80%-də rast gəlmək mümkündür. The Times of India qəzetinin qeyd etdiyinə görə, bəzən insan kompüter arxasında işinə o qədər aludə olur ki, hətta düzgün nəfəs almağı belə unudur. Apnoenin bu növü əksər hallarda istifadəçi məktub yazarkən və ya yüksək dəqiqlik tələb edən işi yerinə yetirərkən özünü biruzə verir.

Baş gicəllənməsi, sürətli ürək döyüntüləri, üzdə qızartı, həyəcan, yuxulama, əsəbilik, baş ağrıları, müvəqqəti unutqanlıq e-mail-apnoe-nin simptomlarındandır. Problemi polisomnoqrafiyanın (yuxu problemlərinin araşdırılması ilə məşğul olur) köməyi ilə aşkar etmək olar. Tədqiqat beyin dalğaları, əzələ tonusu, burun və ağız boşluğundakı hava axını, ürək yığılmaları və tənəffüsün xüsusiyyətlərini izləməyə imkan verir.

Statistika göstərir ki, e-mail-apnoe daha çox artıq çəkili insanlarda müşahidə olunur. Buna görə də, çəkinin azaldılması, gündəlik fiziki məşqlər, yetrəli qədər maye və meyvə qəbulu yaranmış vəziyyəti dəyişə bilər. Apnoeyə həmçinin metabolik pozğunluqlardan (həddindən artıq kökəlmə, diabet, hipertoniya, yüksək xolesterin) əziyyət çəkən insanlarda rast gəlinir.

iсt.az saytına istinadən

0 şərh