Metallokoniozlar

Metallokoniozlar - peşə ilə bağlı ağ ciyər xəstəlikləridirlər, bəzi metal tozlarının nəfəs yoluna düşməsi ilə şərtlənirlər: berillioz - berillium tozları, sideroz - dəmir tozları, alüminoz - alliminium tozları, baritoz - barium tozlarının törətdiyi xəstəliklərdir və s. 
Ən xoşxassəli gedişat metallokoniozlarda olur, onlar üçün ağ ciyərdə birləşdirici toxumaların azacıq şaxələnməsi ilə rengenokontrast tozların (dəmir, qalay, barium) ağ ciyərdə toplanması xarakterikdir. Əgər bu metal tozlarının təsiri aradan götürülərsə, bu pnevmokoniozlar inkişaf etmirlər; ağ ciyərin rehtgenokontrast tozlardan öz-özünə təmizlənməsi nəticəsində prosesin geriyə dönməsi mümkündür.
Bəzi metallokoniozlarda xəstənin orqanizminə zəhərləyici və allergen təsiri üstünlük təşkil edən tozlarda (berillium, kobalt və s.), bəzən gedişatı ağir olur.

0 şərh