Vərəmin dezinfeksiyası

Vərəm mikobakteriyaları orqanizmin bütün üzv və toxumalarını zədələyir və buna görə də bədəndən müxtəlif yol­larla çıxır (bəlğəmlə, nəcislə, sidiklə və s.), epidemioloji nöqteyi-nəzərdən vərəm mikrobakteriyalarının bədəndən çıxmasında tənəffüs yolları çox mühüm rol oynayır.
Bəlğəmin və tüpürcək qablarinin zərərsizləşdirilməsi. Bunun üçün ayrılmış işçi xəstələrin tüpürcək qablarını yığıb qapaqlı baka və ya bunun üçün düzəldilmiş tüpürcək qabları üçün gözləri olan metal yeşiyə qoyur. Xəstələrə təmiz tüpürcək qabları paylayırlar.
Bəlğəmin tüpürcək qabları ilə zərərsizləşdirilməsi. Stolun üstünə qoyulan və cibdə gəzdirilən tüpürcək qablarını xəstələrə verməmişdən əvvəl 1/3 qədər su tökürlər ki, yaxşı boşalsın. Tüpürcək qablarını sutkada azı bir dəfə aşağıdakı kimi zərərsizləşdirirlər: 1) 2%-li soda məhlulunda qaynamağa başladığı andan 15 dəqiqə qaynadırlar (məhlul qabların hamısını örtür); 2) qapaqlı qaba qoyub üstünə 2,5%-li fəal xloramin məhlulu tökür və 2 saat saxlayırlar. Bu cür zərərsizləşdirilmiş bəlğəmi ayaqyoluna tökür, tüpürcək qabını və dezinfeksiya aparılan qabı isə adi qaydada yuyurlar.
Bəlğəmin zərərsizləşdirilməsi. 1. Qapağı olan emallı və ya saxsı qabın yarısına qədər bəlğəm tökürlər. Sonra bəlğəmin üstünə aşağıdakı quru dezinfeksiyaedici maddələri əlavə edirlər (1 l bəlğəmə qramlarla): xlorlu əhəng 200 q (1 saat saxlanmış), xloramin - 50 q, həmin miqdarda ammonium-sulfat, ammonium-xlorid və ya 10%-li naşatır spirti töküb qarışdırır, qapağı örtür və 2 saat saxlayırlar; 2) bəlğəmin üstünə 2,5%-li fəallaşdırılmış xloramin məhlulu tökür (1 hissə bəlğəmə 2 hissə məhlul götürülür) və yaxşı qarışdırdıqdan sonra 15-18°C temperaturda saxlayırlar. 5%-li xloramin məhlulu ilə dezinfeksiya etdikdə zərərsizləşmə müddəti 6 saatdır.
Bəlğəmi atdıqdan sonra tüpürcək qablarını 15 dəqiqə 2%-li soda məhlulunda və ya 30 dəqiqə suda qaynadıb, yaxud 1 saat 1%-li xloramin məhlulunda saxlayıb zərərsizləşdirirlər.
Vərəmli xəstə hər dəfə yemək yeyəndən sonra qab-qacağı zərərsizləşdirilir. Dezinfeksiya metodları: 2%-li soda məhlulunda 15 dəqiqə qaynatmaq; 30 dəqiqə suda qaynatmaq; qab-qacağı 0,5%-li fəallaşdırılmış xloramin məhlulunda və ya doldurulmuş xlorlu əhəngin fəallaşdırılmış 0,4%-li məhlulunda 1 saat dik saxlamaq; xlorlu əhəngin 2%-li (tərkibində 0,5% fəal xlor olan) fəallaşdırılmış  məhlulunda 2 saat saxlamaq; 5%.-li xloramin məhlulunda 4 saat saxlamaq. Qidanı emal etmək, qab-qacaqdan qida qalıqlarını təmizləmək üçün işlənən əşyaları 2%-li soda məhlulunda 15 dəqiqə, yaxud suda 30 dəqiqə qaynadırlar.
Qab-qacaq qaynadılan suyu kanalizasiyaya tökürlər. Dezinfeksiyadan sonra qab-qacağı təmiz su ilə yaxalayır və quruducu şkafda qurudurlar (dəsmalla silmək olmaz).
Yemək qalıqlarını qapalı qablarda 15 dəqiqə qaynadıb zərərsizləşdirirlər. Bu cür dezinfeksiyadan sonra onları heyvanlara vermək olar.
Ağları (yataq ağları, alt paltar, süfrələr) yuyana qədər ayrı otaqda saxlayırlar. Bunları dezinfeksiya etmək qaydaları: 2%-li soda məhlulunda isladılıb ağzı örtülü qabda 15 dəqiqə qaynatmalı; 1%-li fəallaşdırılmış xloramin məhlulunda azı 14°C temperaturda  - 1-2saat islatmalı; 1 kq dəyişəyə 5 l məhlul işlənir və taxta kürəklə müntəzəm qarışdırılır. 5%-li xloramin məhlulunda yataq ağlarını 4-6 saat isladırlar (temperatur və dezinfeksiya məhlulunun norması əvvəlki üsulda olduğu kimidir). Güllü, rəngli parçadan tikilmiş dəyişəyi xlor preparatı ilə dezinfeksiya etdikdə rəngi solur.
Xəstənin paltarlarını və yumaq imkanı olmayan xəstəxana şeylərini, habelə yataq ləvazimatını (döşəkləri, yastıqları, adyalları) dezinfeksiya kameralarında zərərsizləşdirirlər.
Hər gün otaqları yaş süpürgə ilə süpürür, döşəməni yuyur və avadanlığın tozunu yaş əski ilə silirlər. Döşəməni sabunla və 2%-li soda məhlulu ilə yuyurlar. Parket döşəməni azca kerosinlə isladılmış əsgi ilə silirlər. Vərəm bəlğəmlərinin ləkələrini əsgini 5%-li xloramin məhluluna və ya 2 %-li duruldulmuş xlorlu əhəngi məhluluna batırıb təmizləyirlər. Otağı təmizləmək üçün işlədilən əşyaları hər dəfə işətdikdən sonra 15 dəqiqə qaynadıb (əsgiləri), yaxud 1%-li fəallaşdırılmış xloramin məhlulunda və yaxud 2 %-li duruldulmuş xlorlu əhəng məhlulunda isladıb 2 saat (süpürgələr və s.) zərərsizləşdirirlər.

Sidik-cinsiyyət sisteminin vərəminə və ya vərəmin bağırsaq formasına tutulmuş xəstənin ifrazatının üstünə dərhal 1 kq ifrazata 200 q hesabilə götürülmüş quru xlorlu əhəng tökür, yaxşı qarışdırır və ağzı örtülü qabda 2 saat saxlayırlar. Bundan sonra qabı ayaqyoluna boşaldır, qabın özünü isə qaynar su ilə yaxalayır, yaxud dezinfeksiyaedici məhlula salırlar. Kitabların və oyuncaqların tozunu 5 gündə azı bir dəfə yaş əsgi ilə silir, yaxud tozsoranla təmizləyirlər, tozsoranı dezinfeksiyaedici məhlulla isladılmış kisəyə salırlar, belə etdikdə toz yayılmır.

Müəllif tibb elmləri namizədi A.M. Naqornı

 

0 şərh