Vərəmin kombinə edilmiş antibakterial müalicəsi

Vərəmin kombinə edilmiş antibakterial müalicəsi vərəmin müalicəsində işlənən əsas preparatlar kimyəvi dərmanlardır, bunları I, II qrup və ehtiyat dərmanlara bölürlər.
Vərəmli xəstənin müalicəsində kimyəvi maddələrlə antibakterial müalicə kombinə edilmiş şəkildə aparılır, yəni iki və ya üç preparat eyni vaxtda, yaxud bir-birinin ardınca verilir ki, bu da onların təsirini artırır və mikobakteriyaların dərmana davamlı ştammlarının əmələ gəlməsinin qarşısını alır.
Tibb bacısı həkimin təyin etdiyi bütün işləri görməlidir. Xəstə bütün dərmanları vaxtlı-vaxtında (yeməkdən qabaq, yeməkdən sonra) və ancaq tibb bacısının yanında almalıdır. Tibb bacısı xəstənin dərmanı qəbul etməsinə şəxsən məsuliyyət daşıyır.
I qrup dərmanlar - izonikotin turşusunun törəmələridir - ftivazid, tubazid; PASK (paraaminsalisilat turşusu), tibon, streptomisin və s.
Il qrup dərmanlar - sikloserin, pirazinamid, protionamid və s.
Ehtiyat  dərmanlar - benemisin, etambutol.
Vərəmli xəstənin müalicəsində tətbiq edilən kimyəvi dərmanlarla antibakterial müalicə uzun müddət aparılır, dərmanların ayrıca yaxud bir neçə dərmanla birlikdə verilməsi vərəm prosesinin fazasından və xarakterindən, orqanizmin reaktivliyindən, dərmanı götürüb-götürməməsindən asılıdır. Vərəm preparatlarının bir çoxunu venaya damcı üsulu ilə (tubazid), aerozol şəklində traxeyaya (bronxlarda dəyişiklik olduqda), imalə ilə (mədə-bağırsaq yolunun zədələnmələrində), köpüklə müalicə şəklində (tubazid, çalınmış yumurta ağı, oksigen və dad üçün sirop vurulur) yeridirlər - axırıncı qarışıq vərəmin tənəffüs çatışmamazlığı ilə ağırlaşmış formalarında tətbiq edilir.
Tibon çox vaxt allergik və toksiki təsir göstərir, limfa düyünlərinin vərəmində çox yaxşı təsir edir. Onun 1-5%-li məhlulunu 0,9 %-li natrium-xlorid məhlulu ilə qarışdırıb, yaxud qliserində hazırlanmış emulsiyanı kazeoz dəyişikliklər əmələ gəlmiş limfa düyünlərinə vurmaq olar. İzonikotin turşusunun törəmələri olan tubazid və ftivazid yaxşı bakteriostatik təsir göstərir, buna görə də insanda vərəmin müxtəlif formalarında bunlardan geniş istifadə edilir. PASK (paraaminosalisil turşusu) bakteriostatik, iltihaba qarşı dezintoksikasiya təsir göstərir; onun həblərini daxilə təyin edirlər; preparatın 2-5-10 %-li məhlullarını plevra boşluğuna yeridirlər. PASK bir sıra əlavə hallar məsələn, ürəkbulanma, ishal, qıcqırma əmələ gətirə bilər. Belə hallarda preparatın dozasını azaldır, B qrupu vitaminləri və C vitamini vururlar.
Streptomisin qırtlağın, bağırsaqların vərəmində, vərəm meningitində çox yaxşı təsir edir. Əlavə hallar, dozanı artırdıqca vestibülyar aparatda artan pozğunluqları. Ağrı hissləri, xüsusən, çox həssas xəstələrdə ağrı hissləri olmaması üçün streptomisini 0,25 %-lı steril novokain məhlulunda əridirlər.
Son illər müxtəlif antibiotiklər və II qrup kimyəvi, ehtiyat preparatlar alınmışdır.
Dərman maddələrinin öyrənilməsi göstərdi ki, bunları ayrı-ayrı verdikdə mənfi hallar baş verir. Buna görə də 2 preparatı və hətta 3 preparat birlikdə verirlər.
Kimyəvi dərmanları verdikdə həm dərmanın özündən, həm də xəstənin vəziyyətindən asılı olan əlavə hallar əmələ gəlir.
Əlavə hallar həm davamlı olur, həm də tez keçib gedir; tibb bacısının vəzifəsi xəstənin dərisində səpgi olduqda, xəstə qaşınmadan, ürəkbulanmadan, başgicəllənmədən və s. şikayət etdikdə dərhal həkimə xəbər verməkdir.

Əlavə hallar baş verdikdə preparatın dozasını azaltmaq, yaxud onu kəsmək, başqası ilə əvəz etmək, preparatla yanaşı vitaminlər və başqa maddələrdən (pantoten turşusu, hormonlar və s.) vermək lazımdır. Xəstələrin dərmanları qəbul edib-etməmələrini yoxlamaq üçün sidikdə kimyəvi dərmanlar, PASK və ya izonikotin turşusu olub-olmamasını xüsusi reaktivlər və sınaqlarla (keyfiyyət reaksiyaları) təyin edirlər.
 

0 şərh