Böyük məqsədlərə gedən yol kiçik məqsədlərdən başlayır

Bir çox mənbələrdə Lev Tolstoyun üç gündəliyinin olduğu və bunlardan birinin gizli saxlanıldığı yazılır. 

Ancaq ictimaiyyətə məlum olan gündəliklərin birində Tolstoy özü üçün düzgün yaşamağın qaydalarını müəyyən edib. Böyük yazıçı həmin gündəlikdə yuxu rejimindən tutmuş yeməyə qədər, bir çox şeyi sistemləşdirib.
 
1. Səhər saat 5-də oyan.

2. Təxminən, saat 21.00-da yat.

3. Mümkün qədər az ye. Şirniyyatdan uzaq dur.

4. Hər gün 1 saat gəzintiyə çıx.

5. Duyğularını gizlə.

6. Yalnız bir işə diqqətini cəmlə.

7. Lüzumsuz yerə böyük xəyallar qurma.

8. Sənə dəyər verən insanları sev.

9. Məntiqsiz, mənasız adət-ənənələrə əhəmiyyət vermə.

10. Məqsədlərini böl. Məsələn, bir həyati məqsədin olsun. Amma bunun bəs etməyəcəyini bil və həyatda nail olmaq istədiklərinlə bağlı ayrı-ayrı balaca hədəflərin olsun. Qulağında sırğa olsun: Böyük məqsədlərə gedən yol kiçik məqsədlərdən başlayır.

11. Çox işləyərək ehtirasını, arzunu öldür.

12. Yaxşılığı nümayişkaranə şəkildə etmə.

13. Gücünün yetdiyindən daha az xərclə.

14. İndikindən on dəfə varlı olsan da, həyat tərzini dəyişmə.

15. Ev işlərini bacardıqca özün et.

16. Başqalarının sənin haqda danışdıqlarına əhəmiyyət vermə.

17. Qadınlardan uzaq dur.
loading...
 

1 şərh

aliquluev7
Çox xoşuma gəldi. Mən də həyatımı bəzi bu cür qaydalar üzərində qurmağa çalışıram.