Bilməli olduğumuz 20 qayda

Amerikalı yazıçısı və biznes-treyner Julyen Smit gənclərə praktiki məsləhət verərək, onlara bu dünyada necə düzgün istiqamət tutmağda kömək etməyə çalışır. Zaman keçdikcə və yaş səni haqladıqca, uğurlu və zəngin olmaq üçün, 20 il ərzində müəyyən qaydalara riayət etmək və müasir həyatın bəzi gerçəkləri haqqında səlis, aydın təsəvvürə malik olmaq lazımdır.

1. Dünya səni kütbeyin etməyə çalışır. Bank ödənişlərindən və faizlərdən tutmuş, möcüzəvi pəhrizlərə qədər hər bir nüansa fikir verin. Savadsız insanlardan pul qoparmaq daha asandır, həmçinin onları idarə etmək də elə bir çətinlik törətmir. Mümkün qədər özünü-təhsilə diqqət ayırın, bacardığınız qədər savadlanmağa və öyrənməyə çalışın. Varlı, müstəqil və xoşbəxt olmaq üçün bu mütləqdir.

2. Kor-koranə tədris müəssisələrinə etibar etməyin. Onlar təhsil planını hazırlayana qədər sistem köhnəlir və ya ümumiyyətlə sıradan çıxar. Öyrənməyin və insanların hörmətini qazanmağın ən yaxşı üsulu nəyisə izləmək və riayət etmək yox, liderlik və yaradıcılıqdır.

3. Bacardığınız qədər, əlinizdən gələn qədər çox oxuyun. Sürətli mütaliə və yüksək səviyyədə qavrama və yadda saxlama texnikasını mənimsəyin. Siz istəsəniz, çox rahatlıqla bir kitabı bir həftəyə oxuya bilərsiniz.

4. Həmişə hamı ilə ünsiyyət quramağa çalışın. Ünsiyyət ustadına çevrilin. Insanda sizin xoşunuza gələcək, müsbət bir xüssusiyyət tapmağa çalışın. Sonra isə insanın məhz bu tərəfinə istinad edərək ona müraciət edin.

5. Utancaqlığa vaxt itirməyin. Utancaqlıq –sizin emosiyalarınızın sizin qərar qəbul etmə prosesinə hakim kəsliləcəyinə olan inamdır, amma əslində gerçəklik tamamı ilə buna ziddir.

6. Əgər sizi kiminləsə münasibət zamanı nəsə oluqca pis təəccübləndirirsə, onda çox güman ki, siz bu hissdən yalnız münasibətlərin qırılması ilə qurtula biləcəksiniz.

7. Mümkün qədər çox halda, sizdən daha böyük olan insanlar ilə ünsiyyət quramağa çalışın. Yaşlılar ilə olan söhbətin dəyərliliyi ondadır ki, sizinlə həm yaşıd olan insanların qərar qəbul etmə sistemi sizə o qədər də kömək edə bilməyəcək. Yaşlılar isə həm də eyni zamanda sizin hələ öyrənəcəyiniz çox şeyi artıq indidən bilirlər –ona görə də onlardan soruşmağa dəyər.

8. Özünüzdən daha güclü olan adamlar axtarın (məhz sizi maraqlandıran sahədə) və onlarla vaxt keçirin. Bu amil özlüyündə çax vacibdir, amma nəticə az əhəmiyyətli deyil–öz qrupunuzda ortaq bir mövqe tutmağa, sırdan bir əməkdaş olmağa çalışmayın (maraqlı şeylər edin, təkəbbürlü, tez götürən, inadcıl olun, ambisiyalı davranın).

9. Zaman keçdikcə siz daha konservativ olacaqsınız. Bu sadəcə faktdır. Sizin ətrafınızda olanlar, sanki bir qabarcıq yaradırlar, bu isə “status kvonu”nu (hadisələrim mövcud vəziyyətini saxlamağa xidmət edir. Ona görə də ən dəlisov və ağlasığmaz ideyaları məhz İNDİ reallaşdırmaq lazımdır. Sonra siz daha çox qorxaq və ürkək olacaqsınız. İnanın mənə.

10. Xərclərinizi maksimal azaldın. Bu, sizə yuxarıda söylədiyimiz həmin dəlisov arzunu gerçəkləşdirmək üçün ehtiyat toplamağa icazə verəcək.

11. Müxtəlif obyektlər ilə statusunuzu qaldırmaq əvəzinə, (çünki onların sizə verdiyi üstünlük müvəqqəti xarakter daşıyır) onu təcrübə ilə yüksəldin. Başqa sözlərlə, Parisə səyahət etmək, daha yaxşı seçimdir, nəinki yeni bir şkaf və ya dolab almaq. Araşdırmalar göstərir ki, belə bir seçim həyatdan əldə etdiyiniz məmnuniyyət səviyyəsini artırır.

12. Əgər siz ehtiyac içində yaşayırsınızsa, pul problemini həll edin. İnternetdən istifadə edin, çünki o, sizə auksionlarda daha ucuz alış veriş etmək imkanı verəcək. Əgər siz indi əməkhaqqından-əməkhaqqına yaşayırsınızsa, planlaşdırma müddətini iki həftə əvəzinə üç həftəyə qədər uzadın. Sonra işlər daha yaxşı gedəndə, bir aya, daha sora isə üç aya planlar qurmaq olar. Daha sonra planların müddəti 6 aya və nəhayət 1 ilə çatacaq. Məqsəd sizin beş il qabağa plan qura biləcəyiniz məqama yetişməkdir.

13. Proyekt qurmağı öyrənin. Bu məntiqin, yaddaşın və təxəyyülü əla inkişaf etməyinə səbəb olur.

14. Gənclikdə əlavə çəki yığmayın. Sizin hormonlarınız ilk öncə sizə bu məsələdə kömək olacaq, amma bu imkanı itirmək olmaz, inanın mənə.

15. Yemək hazırlamağı öyrənin. Bu sizin həyatınız çox-çox asanlaşdıracaq, qidalanma daha sizin üçün yorucu və ya üzücü bir iş olmayacaq, o sizin üçün bahalı ehtiyacdan sevimli bir məşğuliyyətə çevriləcək. Bu zaman vəsaitlərə qənaət etmək də imkanınız olacaq.

16. Yuxunuzu yaxşı alın. Yaxşıca yatmaq və yeməyin sərbəst şəkildə hazırlanması sizə əlavə çəki yığmamağa kömək edəcək. Əgər “öləndə kifayət qədər yatmağa vaxtım olacaq”, “mən hələ çox şey etməliyəm, yatsam bunların heç birini çatdıra bilməyəcəm” deyə düşünsəniz, onda qoyun sizə deyim ki, yuxunuzu yaxşı almamış, siz yetərincə effektiv ola bilməyəcəksiniz, yuxu vaxtının ixtisar edilməsi sizə heç nə ilə kömək etməyəcək.

17. Özünüz üçün gündəlik –yaddaş kitabçası tutun. Beyninizə qurulmuş yaddaş ilə kifayətlənməyin, təkcə ona arxayın olmayın. Situasiyanı o həddə gətirməyin ki, edilməsi vacib olan işləri gecikdirərək edəsiniz. Nə yazmısınızsa, onu da edin, diqqətinizə başqa işlər görməyə yönəltməyin. Yalnız qeydlərinizə etibar din.

18. Özünüzə böyük hədəf təyin edin və təsadüflərin sizə kömək etməsinə də imkan verin. Özünüzə hədəf təyin etməsəniz, əlbəttə ki, şanslar olacaq, amma etsəniz, əmin olun ki, gözlədiyinizdən daha çox olacaq.

19. Hər hansı bir işdə peşəkar-mütəxəssis olun. Beş ilinizi əsl mənada işə həsr edin, onun ətrafında dolaşmayın, o tərəf bu tərəfə çox vurnuxmayın. Sonra peşənizi dəyişmək istəsəniz, buyurun yol açıqdır, amma konkret bir seçim edin. (Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan).

20. İnsanları düzəltməyə çalışmayın, daha yaxşı olar ki, hələ ki korlanmamış insanlar tapasınız.
loading...
 

0 şərh