Bu adamı heç kim dayandıra bilməz

Glenn Cunninghamın 5 yaşında ayaqları dəhşətli bir şəkildə yandıqdan sonra şikəst olmuş və həyatının qalanını əlil arabasına məhkum keçirər düşüncəsi ilə həkimlər tərəfindən öz halına buraxılmışdı. "Bir daha yeriməsi mümkün deyil. Heç şansı yoxdur" demişdilər. Həkimlər ayaqlarını yoxlamışdılar amma Glenin ürəyini diqqətə almamışdılar. O,həkimə qulaq asmadı və yeriməyə çalışdı. Yataqda yata-yata zəif qalan qıpqırmızı ayaqları yara içində idi. Glenn " gələcək həftə, yataqdan qalxacam və yeriyəcəm" dedi. Bunu bacardı. Anası Glenin həyətdə necə yeriməyə başladığını izah etməyə başladı. Hər bir addımda acını yaşayaraq, yavaş yavaş yeriməyə başladı. Əvvəlcə tez-tez yeriməyə başladı daha sonra da qaçmağa. Qaçmağa başladıqdan sonra isə daha qərarlı biri olmuşdu. 
"Hər zaman yeriyəcəyimə inandım və bacardım. İndi də hər kəsdən daha sürətli qaçacağıma inanıram" .Bunu da bacardı 
1934 cü ildə dünya rekordunu qıraraq meydanda da özünü isbat etdi. Madison Sguare Garden'də "Yüz ilin ən bacarıqlı atleti" oldu

Tərcümə:Şəbnəm Hümbətova

Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətndən istifadə edərəkən istinad etmək (saytın adı kayzen.az) mütləqdir,əks halda halal edilmir.

 

8 şərh

Nailə Rzayeva
İnam və iradənin qalib gələ bilməyəcəyi heç bir maneə yoxdur…
Refsan
Onun yeriməyi bacarması inancın gücünü deyil o həkimin savadsızlığını göstərir. Əgər sağalan deyilsə nə qədər inanırsan inan boşdur.
BaKiNeC

Hekayə üçün çox sağ ol.Maraqlı idi.Əsas insanın qarşısında məqsəd olsun.

umud600
Dahi Rus yazıçısı Ostrovskini də «Polad necə bərkidi»romanını tamamlamağa onun böyük iradəsi kömək etdi.Bildiyiniz kimi o romanını tamamlayanda artıq gözləri görmürdü.Göz lazım olmayan yerə də baxa bilər,amma baxıb-baxmamaq sənin öz əlindədir.
bloqçu

Belə insanlar və onların atdığı addımlar mənə daim güc verir.


Əlişir Nəvainin gözəl bir cümləsi var. Deyir ki, «səbri olan yarpaqdan ipək düzəltməyi və çiçəkdən bal çıxarmagı bacarar.» Bura «inamı və məqsədi olan» kəlməsini də əlavə etsək lap yerinə düşər.

Elvin Eldar
Manda sizinla razılaşıram .Səbr ütün problemlərin açarıdır.Bütün sahələrdə hətda idmanın Body-bilding sahəsindədə rusca belə məsəl var.Dlya jeleznoy musklaturi nujn jeleznıaya terpeniye.
Refsan
Onun yeriməyi bacarması inancın gücünü deyil o həkimin savadsızlığını göstərir. Əgər sağalan deyilsə nə qədər inanırsan inan boşdur.
elnar964
Hədəf deyilən bir şey var. məşqdə hədəfi vura bilməsən elədə böyük qorxusu yoxdur.amma döyüşdə vura bilməsən hədəf səni vuracaq.həyatdada  belədir uqur qazanmaq ücün hədəfimizi vurmalıyıq əks halda həyat bizi vuracaq