Рейтинг
+133.11

uğur psixologiyası

139 üzv, 148 topik

Qumar oynayanlara biznesmen məsləhəti

  • Pencəyi soyunun,çünki isti olanda adam düşünmədən addım atır və risk edir.Dünya qumar biznesinin paytaxtı boş yerə Alyaska yox,subtropik və qış olmayan Las-Veqas seçilmib.Kondisioner olan yerdə və ya sərinləşdirici içki ilə şanslı ümidləriniz artır.kart oyunu

  • əhval-ruhiyyə yaxşı olmayanda oynamayın
  • oyundan əvvəl yaxşıca yeyin(təqribən 1-1,5 saat əvvəl),amma spirtli içki qətiyyən olmaz
  • çalışın ki,azartlı oyunlara laqeyd və biganə adamlarla gedəsiniz.
  • maaş alınan gün qumar oynamayın
  • Bioloji saatlarınıza uyğun vaxtda oynayın. Ən yaxşı vaxt 20.00 və 23.00 arasıdır. Gecə 12-dən sonra orqanizm istirahət etmək istəyir,intuisiya azalır, diqqətsiz olursunuz. Ən böyük uduzmalar gecə 2 və 4 arası olur(orqanizmin ən zəif vaxtı)
  • Özünüzü itirməyin. Təngnəfəs oldunuz? Ürək qızmış at kimi döyünür? Alnınızda tər damcıları var? Barmaqlar titrəyir? Boğazınızda qəhər var? Ağzınız qurudur? Əgər hə cavabı verilirsə,oyunu davam etdirmək olmaz. Bundan başqa,ehtiyatlı oynayanda udmaq olar deyənlər yanılır. Risk etməyən şampan içmir! Yaxşı olar ki,qumar oynamayın. Əgər oynayırsınızsa,risk edin.
  • Bəziləri “sistemli yanaşma” ilə oynayırlar. Klassik variant:pulunuzu qırmızıya qoyun. Udsanız götürün, uduzsanız(qara düşərsə),məbləği iki dəfə artırın və qırmızının düşməsini gözləyin və beləcə oyunu davam edin(BLACK JACK oyununda).Fikirləşmək olar ki,hər şey düzgündür: ehtimala görə,əvvəl-axır qırmızı düşəcək. Amma nəzərə almaq lazımdır ki,bütün oyunçuların hər dəfə məbləği 2 dəfə artırmağa imkanı çatmır. İkincisi,kazinolarda maksimal stavka müəyyənləşdirilib. Əgər yuxarı hədd 1000 dollar qoyulubsa və siz birinci dəfə 10 dollar qoymusunuzsa, bayaqkı strategiyaya görə 7 dəfə dalbadal qara düşərsə, qaydalara görə siz səkkizinci dəfə oynaya bilməzsiniz (10;20;40;80;160;320;640;səkkizinci dəfə stavka (1280 dollar) 1000 dollarlıq həddi keçmiş olur).

Davamı →
loading...
 

Sürəkli inkişaf

Uğura aparan yol həm uzun, həm də qısadır, həm çətindir, həm də asan. Böyük şəhərlərdə olduğu kimi, çoxlu maşınların şütüdüyü bu yolda da yol-hərəkət qaydalarına fikir verməsəniz, mənzil başına çata bilməzsiniz. Bu qaydalar arasında ən çox rastlananlara inkişaf və müsbət dinamika, işə yaxşı bələd olmaq, ümid, xəyal, çalışqanlıq, səbr, daxili inam və özünüqiymətləndirmə, təcrübə, məqsədyönlülük kimi keyfiyyətləri aid edə bilərik.
Ardı →
loading...
 

Müsbət yüklə yüklənmək

ABŞ-da ayaqqabı istehsal edən bir şirkət daha çox mal satmaq üçün tropik adalardan birinə öz nümayəndəsini göndərir. O, adaya çatan kimi şirkətə bir faks göndərir. Faksda belə deyilir: “Bu adada ayaqqabı geyən yoxdur. Mən elə bu gün geriyə qayıdıram”. Bir müddət sonra şirkət həmin adaya başqa bir marketinq mütəxəssisini göndərir. İkinci mütəxəssis adada bir qədər qaldıqdan sonra şirkətə bu məzmunda faks göndərir: “Bu adada hamının ayaqqabıya ehtiyacı var. Mənə təcili 10 min cüt ayaqqabı göndərin!”

İnsanların məsələlərə münasibətini əks etdirən məşhur bir nümunə var: Yarısına qədər su tökülmüş stəkanı birisi “stəkanın yarısı doludur”, digəri isə “stəkanın yarısı boşdur” sözləri ilə təsvir edir. Məsələyə yanaşma tərzimiz, yəni optimist və ya pessimist baxışımız nəticəyə təsir edən əsas amillərdən biridir. “Aynaya baxan ondakı ləkələri, onun arxasına baxan isə gözəl bir mənzərəni görür”. Filosof Ceyms Allen: “Bizim nəslin ən böyük kəşfi insanların davranış və düşüncə tərzlərini dəyişmələridir”, – deyir.

Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR

Davamı →
loading...
 

İnam və uğur

“Ümid insanın özünü tanımasıdır” – bu sözlər  ümidin çox  dəqiq və konkret tərifidir.  Çünki saatlarla müzakirə ediləcək mövzu dörd sözlə ifadə edilmişdir.
Özünü tanıyan insan  heç vaxt ümidsizliyə qapılmaz. Əgər ümidsizliyə düşübsə, deməli o özünü tanımır, daxilindəki gücə  bələd deyil. İnsan daxilindəki müsbət xarakterləri kəşf etdikcə özünü təkmilləşdirir, mənfi cəhətlərini aradan qaldırmaq üçün daha çox çalışmağa başlayır. Ömür boyu özü ilə birlikdə yaşayan, amma özünü tanımayan  insan isə hər bir uğursuz cəhddən sonra özünə olan inamını və ümidini itirir. Ümidini itirən insanın isə artıq itirəcək başqa bir şeyi qalmır.


Ardı →
loading...
 

Fərdi inkişaf haqda bir qədər

“Fərdi inkişaf nə deməkdir və ya nələr fərdi inkişafa aid deyil?” sualı üzərində fikirləşməyə dəyər. Fərdi inkişaf eqonun yox, qabiliyyətin və bacarığın inkişaf etdirilməsi deməkdir! Fərdi inkişaf “nə oldum yox, nə olacağam?” sualını şüar edərək, cavabı yaşayaraq tapmaqdır! Fərdi inkişaf özümüzə nəhəng bir güzgüdə baxmaq əvəzinə daxilimizdəki keyfiyyətləri real dünyada əks etdirmək bacarığıdır! Fərdi inkişaf nə hər şey deməkdir, nə də heç nə! Fərdi inkişaf dünyaya meydan oxumaq aləti yox, həyatı yaxşı oxumaq vasitəsidir.


Ardı →
loading...
 

Daxili intizam

Ağlı başında olan hər bir adamda uğur qazanmaq üçün potensial güc və imkan var. Amma təəssüf ki, hamımız bu potensialdan istifadə edə bilmirik.
Uğur qazanmaq potensialını evin damına bənzətsək, onda bu damı öz üzərilərində saxlayan iki əsas sütun lazımi məlumatlar və əhval-ruhiyyədir. Bu amillərdən biri olmazsa, uğur sözünün sonuna “suz” şəkilçisinin artırılmasının qarşısını ala bilməyəcəyik. Xəyali evimizin bünövrəsini isə daxili intizam təşkil edir. Daxili nizam-intizamı təkmilləşdirmək və bununla da, evin bünövrəsini bərkitmək istəyiriksə, müəyyən məqamlara fikir verməliyik.


Ardı →
loading...
 

Təbrik məktubları haqda lətifə

Məşhur şirkətlərdən birinin baş idarəsində yeni işə girmişdim. Şöbə müdirinin köməkçisi vəzifəsində çalışacaqdım. Qarşıdan gələn bayrama 10 gün qalmış müdirim xəstələndi və işə çıxmadı. Elə həmin gün baş direktor məni yanına çağıraraq: “Təbrik məktubları hazırdırmı?” – deyə soruşdu. “Bağışlayın, hansı təbrik məktubları?” – mən də suala sualla cavab verdim. “Arif müəllim bu haqda sənə heç nə deməyib? Qarşıdan bayram gəlir. Camaatın bayramını təbrik etməliyik. İndiyə qədər hazır olmalı idi, – deyə baş direktor məzəmmət etdi, – onda çalışın, sabaha kimi çatdırın”. Direktora “oldu” deyərək otaqdan çıxdım. Məktubların hamısını mürəkkəblə və gözəl xətlə yazmağı tapşırmışdı.
Ardı →
loading...
 

Axmaq puma sindromu

Şimali Amerika çöllərinin ən sürətli heyvanlarından biri olan pumanın ovlarına “münasibəti” müasir insanın həyatı üçün əsl nümunə təşkil edə bilər. Bu ağıllı canlının “estafet”inə nəzər salarkən ilk baxışdan təəccüblü bir şey görünmür: puma ya qurbanını ələ keçirərək onu parçalayır, ya da ov qaçaraq yırtıcıdan canını qurtarır. Amma iş burasındadır ki, puma hansı heyvanın ardınca nə qədər qaçmağı, başqa sözlə onu ələ keçirməyə nə qədər enerji sərf etməyi əvvəlcədən müəyyən edir. Əgər ovu tutmaq üçün xərclənən enerji onu yeməkdən qazanılacaq enerjidən çox olacaqsa, puma “estafet”i yarımçıq tərk edir və özünə başqa yerdə qurban axtarmağa başlayır. Məsələn, o, heç vaxt ceyranı tutmaq üçün qət etdiyi məsafə qədər dovşanın ardınca qaçmır. İqtisadi ədəbiyyatlarda istifadə edilən “axmaq puma sindromu” anlayışı da məhz bununla izah olunur. Yəni heç bir məntiqə sığmayan hərəkətlərlə bir dovşanın ardınca illərlə qaçan insanlar bəşəriyyətin “axmaq puma”larıdırlar.


Ardı →
loading...