Рейтинг
+133.11

uğur psixologiyası

129 üzv, 144 topik

Motivasiyanı bərpa edən amillər

Uzun və sıxıcı bir gündə motivasiyaya ehtiyac varsa, sağlam bir yemək, istirahət və bir az da əyləncə əhvalı yüksəltməyə və motivasiyanı gücləndirməyə yetərlidir. Əhvalı və enerjinizi artırmağa şokolad dadmaq, yasəmən qoxulu otaqda yatmaq və istirahət etmək, sevgi dolu olmaq, qızartma balıq yemək, boş vaxtlarda gülməli filmlərə baxmaq da effekt verir.

Qadınların xoşuna gələn manikür işi motivasiyanı gücləndirən amillərdəndir. Çay içmək də faydalıdır. Qan dövranına xeyri vardır.  Təbiətlə vəhdətdə olmaq da önəmlidir. Ekzotik meyvələrdən dadmaq, boş vaxtlarda yoldaşlarınız və ya rəfiqələrinizlə gəzintidə olmaq əhvalı yüksəldən cəhətlərdən hesab olunur. Gözəl bir yuxu və istirahət yenidən motivasiyanı bərpa edən amillərdən biridir.


Sıxıldığınız hallarda fasilə edin. Bu sizin hadisələrə fərqli perspektivdən yanaşmanızı təmin edəcək. Məsələn, həyat yoldaşınızla hər hansı probleminiz var və ya işdə hansısa çətinliklərlə qarşılaşmısınız, ani reaksiyalardan qaçın, fasilə edin, ətraflı şəkildə düşünün və sonra hərəkətə keçin. Bununla yanaşı, davamlı şəkildə çalışmayın, fasilə etməyi bacarın. Baltanızı tanımadan yeni odunlar kəsməyə hazırlaşmayın.

 




 

Həyatın 10 ehkamı | Endryu Mettyu

Qəlbinin səsini dinlə.1. Bu dünyaya öyrənmək üçün gəlmişik və hər gün həyat bizə yeni bir dərs verir.

2. Kainatda seçilmişlər yoxdur.

3. Həyatımız inanclarımızın əksidir.

4. İnsanlara, əşyalara, pula nə qədər çox bağlansaq, onlar da bizdən bir o qədər uzaqlaşacaqlar.

5. Diqqətimizi cəmləşdirdiyimiz şeylər həcmcə böyümə xüsusiyyətinə malikdirlər.

6. Qəlbinizin səsini dinləyin və sizi götürdüyü yerə gedin.

7. Tanrı heç vaxt göylərdən enib, “Bu andan etibarən xoşbəxt ola bilərsən!” deməyəcək.

8. Həyatla mübarizəyə qoşulduqdan sonra, onun hər zaman qalib gəldiyini görəcəksən.

9. “İnsanları sevmək” nə deməkdir?- Bəli, onları olduğu kimi qəbul etmək.

10. Məqsədimiz həyatı yox, özümüzü dəyişməkdir.
 

Özünə inamın geri qazanılması

Özünə inam həyatda böyük uğurlar qazanmaq, tarixə iz qoyub getmək istəyən hər kəs üçün ən önəmli xüsusdur.

Tarixdə iz qoymuş liderlərin həyatlarına baxsaq, onlarda bu xususiyyətin tam və hər zaman olduğunu görərik. Bizdə  var olan potensialdan maksimum istifadə etməyin yolu da özümüzə olan inamla mümkündür. Bütün gücümüzü ortaya qoyub çalışmaq üçün üstündə işlədiyimiz işi müvəffəqiyyətlə tamamlayacağımıza inanmaq lazımdır.

Özünə inam həyatda hər hansı bir çətinlik, maneə və ya əngəllə qarşılaşanda ən çox ehtiyac duyulan xüsuslardandır. Özünə inamı zəif olan birinin qarşılaşacağı çətin maneələri aşmaq və məqsədinə doğru inamla addımlaması ehtimalı çox zəif olacaqdır. Bu da Allahın ona verdiyi potensialdan  istifadə edə biməmək və layiq olduğu həyat tərzindən daha aşağı bir səviyyədə yaşamaqla nəticələnəcək.




Ardı →
 

Uğur Fəlsəfəsi

Uğur qavranılması ən çətin olan anlayışlardan biridir. Çünki uğurun mənası zamandan ,cəmiyyətdən və insanlardan asılı olaraq müxtəlif cür izah edilmişdir. Bəs uğur nəyi ifadə edir? Kimlər uğurlu hesab olunur? Bütün bu sualları cavablandırmaq isə olduqca çətindir.

Bu çətinliyə səbəb olan bir sıra amillər mövcuddur. İlk növbədə bunu qeyd etməliyik ki, keçmiş bir zamanda uğur kimi qəbul olunan bir fəaliyyət indiki vaxt üçün heç bir əhəmiyyət kəsb etməyə bilər. Çünki, öz dəyərini itirmiş ola bilər. İkincisi, uğur hər bir cəmiyyətdə müxtəlif formalarda qəbul oluna bilər. Çünki ictimai dəyərlər ayrı-ayrı cəmiyyətlərdə fərqlidir. Üçüncüsü, uğurun dəyəri müxtəlif şəxslər üçün fərqli mənaları ifadə edir. Bu, uğurun fərdiliyini göstərir.
Ardı →
 

Dahilərdən motivasiya edən sözlər

Məqsədimiz mümkünsüzü mümkün etmək, mümkünü asan etmək, asanı da zərif və zövqlü etmənin yollarını tapmaqdır. (Dr.Feldenkrais)

Kifayət qədər səbəbiniz varsa, hər şeyi edə bilərsiniz. (Jim Rohn)

Həyatdan qorxmayın uşaqlar; yaxşı və doğru bir şeylər etdiyiniz zaman həyat elə gözəl ki! (Dostoyevski)

İnsanoğlunun içində yatan güclər vardır; özü bilsə çaşar. Çünki bu güclərə sahib olduğu ağılından belə keçməz. Bu gücləri oyandırıb hərəkətə keçirə bilən adamın həyatında böyük bir inqilab olar. (Swett Marden)

Möhtəşəm şeylər, ancaq içlərindəki bir şeyin, şərtlərin üzərində olduğuna inanma cəsarətini göstərənlər tərəfindən edilmişdir. (Bruce Barton)

Həyat bir velosipedə minmək kimidir. Pedalı fırlatmağa davam etdiyiniz müddətcə yıxılmazsınız.  (Claude Pepper)

Ümidlə yol getmək gediləcək yerə çatmaqdan daha gözəldir. (Louis Stevenson)

Bir işi doğru etmək, nə üçün yalnış etdiyini izah etməkdən daha az zaman aparır.  (Henry Wodsworth)
Ardı →
 

Həyatımın son günü olsaydı...

Bir dəfə Stiv Cobs universitetdə məruzə ilə çıxış edirdi. Onun gələcək həyat yoldaşı da auditoriyada əyləşmişdi. Xanım Stivin xoşuna gəlir və məruzədən sonra Stiv ona yaxınlaşır. Qız öz nömrəsini Stivə verir. Elə həmin gün Stiv onu nahar yeməyinə dəvət edir. Amma xanım bildirir ki, onun həmin vaxta planlaşdırılmış işgüzar görüşü vardır. Həyatda belə də olur. Öz maşına doğru istiqamət alan Stiv özündən soruşur:

“Əgər bu, həyatımın son günü olsaydı, onda mən nə edərdim?”

Bundan sonra onun nə etdiyini təxmin etmək çətin deyil: o bir göz qırpımında auditoriyaya qayıdır, həmin qızı tapır və onu özü ilə aparır. Həmin dövrdən onlar birlikdə idilər.

Ölümlü olduğunu anlamaq – böyük müdriklik mənbəyidir. Qaçılmaz bir sonluğun olduğunu dərk etmək – əla bir praktikadır, bu özündə ehtiras oyatmağın, riskə getməyin və həyat adlandırdığımız oyuna baş vurmağın əla üsullarından biridir. Özünə ünvanlanmış bu sual bizə diqqətimizi ən vacib olanlar üzərində cəmləməyə kömək edir. Nə qədər ki, gec deyil.
 

Yol bilmək, yol tapmaq

Hədəflərimizi bilmək kifayət deyil. İnsanların çoxu burada ilişər. Hədəfi və tapıldığı yer arasında itər. Halbuki doğru olan HƏDƏF təyin etmək və ona gedən doğru yolu, yolları və vasitələri, tapmaqdır. Bu ən az hədəfin özü qədər əhəmiyyətlidir.

Şagirdlər, pis vərdişlərindən xilas olmağa çalışanlar, çəki artırmaq ya da azaltmaq istəyənlər, həyatını nizama qoymaq istəyənlər, işini inkişaf etdirmək istəyənlər və sairə hamı həmişə burada ilişir deyə düşünürəm. Haqsız da deyiləm. Yalnız Hədəf deyil, eyni zamanda düzgün yol tapmağı da bilmək lazımdır ki, düzgün istiqamətdə olub olmadığınız bilinsin. Və müdaxilə edildiyi zaman, yol bağlandığında nə edilə biləcəyini biləsiniz.


Ardı →
 

Xəyallarınızdan vaz keçməyin

Frederick Smith 1944-cü ildə Mississipidə doğulmuşdur. Erkən yaşda atasını itirmiş, özü də kiçik yaşda sümük xəstəliyinə tutulmuşdur. Yale Universitetinə getdiyi zaman, onlardan gələcəkdə nə etmək istədikləri mövzusunda bir tapşırıq hazırlamaları istənmişdi. Frederick, Amerikanı əhatə edən bir çatdırılma şəbəkəsi qurmaq istədiyi haqda yazmışdı. Bu tapşırığı görən professoru, onun kağızına baxdıqda başını yelləyərək, «qeyri-mümkün bir şey düşünürsən» dedi və aşağı qiymət verdi. Frederick, Yaledən məzun olduqdan sonra Vyetnamda vuruşan Amerikan birlikləri arasında təyyarə ilə iki yüzdən çox səfər etdi.

Sonra 1970-ci ildə iş həyatına atıldı və işin mütəxəssislərinə Yale Universitetində tələbəykən imtahan kağızına yazmış olduğu xəyalından bəhs etdi. Belə ki, onun fikrini bəyəndilər və dərhal tətbiq etməyə başladılar. Təyyarə və yük maşınlarını satın almaq üçün çox pul xərclənib. Bu işdə çalışan personalın ödənişi də yüklü bir məbləğ tuturdu. Lakin Frederick, müsbət düşünən, daim «Mən edə bilərəm!» deyən bir insan olaraq, bir çox adamı bu işə pul yatırtmağa razı salmışdı.


Ardı →
 

Yaponsayağı balıq tutma

Çox vaxt rahatlıqdan əl çəkib, öhtəsindən gələ biləcəyi ölçüdə problemlərlə boğuşmaq insanları güclü və həyata daha çox bağlı edir. Bunun ən gözəl nümunəsi Yapon balıqçıların tapdığı üsuldur.

Yaponlar bir ada cəmiyyəti olaraq təzə balığı hər zaman çox sevirlər. Lakin, Yaponiya sahillərində bol balıq az tapıldığından balıqçılar əhalini təlabatını ödəmək üçün daha böyük gəmilərlə okeana gediblər. Başlanğıcda balıq tutmaq məqsədilə uzaqlara gedildiyi üçün geri qayıtmaq daha uzun vaxt çəkmişdi.  Geri qayıtmaq bir-iki gündən çox olarsa, tutulan balıqlar köhnəlirmiş. 

Yaponlar  köhnə balığın dadını fərqini anlayıb ləzzətini heç sevməmişlər. Bu problemi həll edə bilmək üçün, balıqçılar gəmilərində soyuq hava anbarı düzəltdiriblər. Beləcə istədikləri qədər uzağa gedib-gələ biliblər və tutduqlarını da soyuq hava anbarında dondurulmuş olaraq saxlaya biliblər. Ancaq, Yapon xalqı  bu dəfə də təzə balıqla donmuş balığın ləzzət fərqini ayırd etmiş və bu balıqlara çox pul ödəmək istəməyiblər . 

Bundan sonra balıqçılar çarəni gəmilərinə balıq akvariumu yerləşdirməkdə tapıblar. Yapon xalqı bu dəfə də canlı olmasına baxmayaraq bu balıqların da ləzzətindən bir fərqlilik hiss etmişlər. Hərəkətsiz, uyğunlaşmış bir vəziyyətdə günlərlə yol gedən balığın, canlı, diri və hərəkətli balığa görə ləzzəti çox fərqliymiş.

Sonunda Yaponlar təzə və ləzzətli balığı süfrələrə gətirə biləcəkləri tam fərqli bir yol tapmışlar: Balıqları yenə gəmidəki akvariumlarında saxlayarkən içinə kiçik bir köpəkbalığı atıblar. Beləcə balıqların bir qisimi köpəkbalığı tərəfindən yeyilməsinə baxmayaraq yerdə qalanlar son dərəcə təzə qala bildilər .

 

Xəzinəyə gedən yol xəritəsi

İnsan istəklərinə necə nail ola bilər?
Uğurlarınızla sizin aranızda meylləriniz vardır. Həyatda uğur qazananlarla qazanmayanlar arasındakı fərq budur. Uğur qazanan insanların da, uğursuz insanların da həyatlarını düşüncələr idarə edir və istiqamətləndirir. Diqqət eidrsinizsə, düşüncənin tərkibi burada çox önəmlidir.

Bir qab, ancaq öz içindəkin bayıra sızdıra bilər. İnsan gün boyu düşündüklərinin cəmidir. İnsan nə düşünürsə odur və insan ancaq beynindəkiləri həyata keçirə bilər. İnsanın içindəki yaradıcılıqdırsa, insan yaradıcı olacaqdır. Əksinə, insan dağıdıcı düşüncə tərzinə malikdirsə, onun zehni yenə də içində mövcud olanı gerçəkləşdirəcəkdir.

Zehin üçün yaxşı-pis yoxdur. Zehin ancaq ona verilən əmrləri icra edir. Zehnini faydalı düşüncələrlə proqramlaşdırmağı bacaran insan fayda görəcəkdir. Eynilə bir el məsəlində deyildiyi kimi: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.

Əsasən insanlar, başqalarının köməkləri sayəsində bir şey olduqlarını düşünürlər. Həyatdakı mövqelərini, ətrafındakı sistemin müəyyənləşdirdiyini zənn edərlər. Əslində isə bizi biz edən, ətrafımızda olanlar deyildir, içimizdəkilərdir. Nəticə etibarı ilə, həyata baxışlarımıza görə özümüz məsuliyyət daşıyırıq. Nasist Almaniyasının bir əsir düşərgəsindən sağ-salamat qurtarmağa nail olan Viktor Frankl belə demişdir: “İnsanın hər bir şərt altında öz meyllərini müəyyənləşdirə bilməsi, onun əlindən heç bir zaman alınmayacaq azadlıqdır.”
Ardı →