Erotika ədəbiyyatımızda

Məmələr,ay məmələr,
Sizi kimlər əmələr?

Xalq yaradıcılığından bir nümunə.

Günəş getdi batmağa,
Can atıram yatmağa,
Əllərim öyrəşibdir,
Şux məmə oynatmağa.
Molla Pənah Vaqifin şeri

Yar, o yana döndər məni,Yar,bu yana döndər məni...
Rəngarənglik istəyir…

Ay doğdu nərli-nərli,
Qapilar qoşa pərli
Gireydim yar qoynuna
Çixaydım tərli-tərli.

Şərhə ehtiyac var?

Kətan köynək, nazik bədən
Gördüm, xumar oldum, xumar oldum.
.
Klassik erotika.

Mərmər sinən üstündə qızıl bir gül olaydım
Zülfün tək uzandıqca öpəydim ayağından
Sən seyrə çıxan yerdə dönüb sünbül olaydım
Əmdikcə o gül ləblərini nəşələnəydim.

Fantaziya cırır

Qoy gülüm gəlsin ay nənə,
Qoy yarım gəlsin ay nənə,
Qapıda duran oğlana,
Bir rəhmin gəlsin nənə.

Qızın nənəsinə deyir ki,nənə icazə ver də...

Papirosun yana-yana,
O düşüb şirin cana,
Qorxuram ki,gedəsən,ay yarım
Qalaram yana-yana.

Seks üçün yanır millət.

Sinən bənzər Savalanın qarına,
Dəyişməm dünyanın külli varına,
Yumruluqda oxşar Kürdaş narına,
Dik məmələr, duruşundan bəllidir.

Aşıq Abdulla düz deyirmiş.

O köynəyə şux məmələr bürünür,
Onçün qurban oluruq biz köynəyinə.

Aşıq Ələsgər

Çoxlu nar, hamısı meyxoş, yeməli,
Vardı o məclisdə çox narməməli.
Əvvəlcə başladıq nahar yeməyə,
Sonra meyl eylədik ruh açan meyə.

Gördü ki, ətrafda gül səpib gülər
Gümüş baldırlılar, nar məməlilər.
Hamısı çıraqtək par-par yanardı,
Hamısı yetişmiş, ləzzətli bardı.

Gördü nar məmələr, alma tək çənə,
Adları yazılmış buzlar üstünə.

Nizami Gəncəvi (Yeddi gözəl)


Sonra da deyirlər mentalitet elə gəldi,əxlaq belə getdi. Nəysə.yazmaqdan barmaqlarım yoruldu.Gedim şux məmə ooynatmağa.
 

0 şərh