Qarğışlar

  • Qanın daşlara dağılsın
  • Qızıl güllə ürəyəə dəysin. Qızıl gülləyə tuş gələsən
  • Dizin qarnaa kessin
  • Anan vayında otursun
  • Qazancı ehsan eleyasan. Qazandığını dava-darmana verəsən
  • Qazancın it qanı ulsun. Yediyin it aparan olsun
  • Allah ruzuu kəssin
  • Noqofil gülləyə tuş gələsən
  • Anan qazancıı yeməsin
  • Yediyin haram olsun
  • Buğazaa lığlığa çıxsın
  • Dizlaraa su yensin
  • Buğazınnan bir damcı su keçmasın
  • Maif qalasan. Kur qalasan
  • Elə günə qalasan ki, elin səə rəhmi gəlsin
  • Elə dərdə düşəsən ki, dərdəə dərman tapılmasın
  • Uğul (bola) vayına uturasan
  • Allah qazananıı öldürsün
  • Evaa vayli-şivən düşsün
  • Ocağın keçsin
  • Yurdun-yuvan dağılsın. Evin dağılsın
  • Evin yansın, Evəə ud düşsün. Evəə müsübət düşsün
  • Tirin sınsın
  • Qofil gülləyə galasan. Qofil dərdə düşəsən
  • Nənən dizin qucaqlasın
  • Heç üzün gülməsin
  • Balaya həsirət qolasan. Bala şirinliyin görmeyasan
  • Bolannan yorımeyasan
  • Canınnan yarımeyasan. Heç yarımeyasan
  • Tuyun yasaa dönsün
  • Qara hasba tökasan
  • Nənən yaralaraa piltə quysun
  • Evində çaqqal ulasın
  • Yurdunda mal yatsın
  • Mərdiməzar ulasan
  • Yaman günə qalasan
  • Bərəkətin kəslsin
  • Bir ulaltın qalmasım
  • Uşax üzünə həsirət qolasan
  • Qazancın dava-dərmana (həkimlərə) getsin
  • Boşaa daş düssün.
  • Ər üzünə həsirət qalasan. Ər üzü görmeyasan
  • Əlin əllərə dəyməsin
  • Bola dağı görəsən
  • Eldən, ubadan ulasan
  • Qara köş köçəsən
  • Əlin qulun qurusun
  • Əlin dolaa yetməsin
  • Ruzun həmişə qıt ulsun
  • Una-buna möhtac qolasan
  • Vayaa oturasan
  • Qan qusasan
  • Allah bəlaa versin
  • Allahın bəlasına gələsən
  • Allah dadaa yetməsin
  • Canınnan yarımeyasan
  • Mürdəşi üzüü yüsün. Mürdəsi su töksün meydii yüsün
  • Mürdəşi enəə-buyaa uxşasın
  • Qəbirə buyleyim (quyum)
  • Buyuu yerə suxum
  • Qəbirə girəsən
  • Kəfənin yarımçıq qalsın
  • Üstəə sal döşeyim
  • Nənən üzün cırmaxlasın
  • Nənən enəə, buyaa su töksün səni yüsün
  • Meydin daşlara dağılsın
  • Meydii görüm
  • Qarnaa şiş girsin
  • Buyuna xam ip tutum
  • Buyuna xam ip tutum qırılsın, bir də tutum
  • Mərdiməzarın evini allah yıxsın
  • Allah belii qırsın
  • Damazlığın kəsilsin
  • Başına daş düşsün
  • Uda, alova düşəsən
  • Tamahın öz basıı yesin
  • Vurğun təpənnən vursun
  • Qara su ulasan. Qara kösav olasan
  • Hasba tökəsən
  • Səni zəlil ulasan

Mənbə: Nüvədi kəndinin folkloru
Müəllif: Əli Vəlioğlu, [email protected]

 

17 şərh

asel
Bu nə idi, ürəyim sıxıldı axşam-axşam
ceko665
Ümumiyyətlə qarqış etmək doğru sayılmır.Qarqış edincə Allaha həvalə etmək daha gözəl olardı.
pascal
Qrğışın yerinə, alqış oxusaydəq daha ürəkaçıcı olardı.
Medikamentoz
Çox qarğışlar səhv yazılıb,əslində daha çox vulqarizmlə rastlaşdım nəinki qarğışla.Qarğış söyüş deyil,bədii ədəbiyyatın bədii-estetik formalarından biridir.
HANDSOME
Ürəyim «açıldı» lap :)
Medikamentoz
Amma çoxusu səhv yazılıb.
azadmamedov90
bu qeder de olmaz ki..._)))
Medikamentoz
Görəsən müəllif Nüvədi kəndindəndirmi?
asel
Gördüyüm qədərilə mənbə Nüvədi Folklorudu
Medikamentoz
Mənə müəllifin özü lazımdır.
Someone
bəzilərini eşitsəmdə çoxların birinci dəfədir rast gəldim, yaman qarğışlar var)
Shabnam_Ilham
Belə bir qarğışlardan biri də «kül başına » qarğışıdı. Düzdü çoxumuz bunu zarafatla işlədirik. Amma bunun da mənası var imiş. Belə ki, (tayfa adları yadımda qalmayıb) qədim zamanlarda hansısa tayfa yas zamanı başlarına xırda kisələrdə kül qoyub ölünü dəfn etməyə gedərlərmiş. Digər tayfa nümayəndələri bunu gördüyü zaman dərhal anlayarmışlar ki, bu tayfada kimsə ölmüşdür. Bunu 1-ci kursda olanda müəllimim demişdi. 
Someone
dediyinizi birinci dəfədir eşidirəm, kül başına sözünü daha doğrusu qarğışının belə bir məna daşıdığını bilmirdim, adi bir qarğışa bənziyir. Amma sən demə bu mənada da işlənirmiş
Shabnam_Ilham
Mənə də müəllimim deyənə qədər adi bir ifadə kimi bilirdim bunu. Mən burda tam olaraq yazmadım təbii ki, yadımda qalanı yazdım. Müəllimim daha ətraflı danışmışdı bu barədə.
Someone
aha, ama məncə bu millətimizdə adi bir söz kimidi, 90%-i bunu böyük qarğış mənasında işlətmir.
_BUMERANQ_
Şəbnəmin izah etdiyi qarğış "əzizin ölsün" qarğışı ilə sinonimdi, məncə.

«kül başına»- qarğışının bu mənanı ifadə etdiyini bilmirdim. İzah üçün təşəkkür. 
Medikamentoz
Mən Nüvədi kənd camaatının bir çoxunu yaxından tanıyıram,çoxusu yerli şivədə yazılıb,axı bu düzgün deyil.Bir çoxunun da mənası tamam başqadır,sırf lokal xarakter daşıyır.