Ağıllı uşaq yetişdirmək üçün məsləhətlər

Çox perfeksionist ya da əsassız davranmayın. Demokratik bir ailə olmağa çalışın.

Uşağınızda görmək istədiyiniz hərəkətləri özünüz də edin. Ona nümumə olun. Məsələn, kitab oxumasını istəyirsinizsə, siz də kitab oxuyun.

Uşaqa sərhədləri göstərin. Harda dayanması lazım olduğunu öyrədin. Ona istədiyi hər şeyi edə biləcəyini söyləməyin.

Uşaqlarınızı bir-biriləri ilə müqayisə etməyin. Uşaqları həmyaşıdları ya da bacı, qardaşları ilə müqayisə etməyin, hər kəsin özünə görə bir bacarığı olduğunu yaddan çıxartmayın.

Uşaqlara qarşı hər zaman əsaslı olun.

Uşağınıza heç vaxt «səni sevirəm, çünki sən çox ağıllısan ya da səni sevirəm, çünki sən çox çalışqansan» kimi şərtli sevgi cümlələri qurmayın. Ona dəyərli olduğunu və şərtsiz olaraq sevildiyini hiss etdirin.

Uşağınıza hər zaman ona inandığınızı hiss etdirin. Ona etibar edildiyini hiss edən uşaq gələcək yaşamında problemlərlə qarşılaşır.

Uşaqlarınızı dinləyin və onları anlamağa çalışın. Özü ilə bağlı mövzularda ya da ev ilə əlaqəli bir problem olduğunda onların da fikirlərini diqqətə alın.

Uşaqlar hər istədiklərinə sahib ola biləcəklərini düşündükləri zaman gözləri doymur. Hər zaman hər şeyə sahib ola bilməyəcəyini ona öyrədin.
 

0 şərh