Valideynlər üçün təlimat

Mariya Montessori – italyan həkim, pedaqoq, alim, filosof, humanist idi. O XIX – XX əsrlərdə pedaqoji təfəkkürdə yeni səhifə açmışdır. Onun uşaqların tərbiyəsi mövzusunda valideynlər üçün təlimatı hər biriniz üçün faydalı olacaq. 
 
  • Uşaqlar ilk dərslərini öz ətraflarında gördüklərindən, baş verən hadisələrdən alırlar.
  •  Uşağı daim tənqid etdikdə o insanları qınamağı öyrənir.
  •  Uşağı daim təriflədikdə o qiymətləndirməyi öyrənir.
  •  Uşaq daim ətrafında düşmənçilik gördükdə o dava etməyi öyrənir.
  •  Uşaqla ədalətli davrandıqda o dürüstlüyü öyrənir.
  •  Uşağı daim lağa qoyduqda o utancaq olmağı öyrənir.
  •  Uşaq təhlükəsizlikdə olduğu hissi ilə yaşayırsa o inanmağı öyrənir.
  •  Uşağı daim pərt edirlərsə o özünün günahkar hiss etməyi öyrənir.
  •  Uşağı hərəkətlərini çox vaxt təsdiq etdikdə o özünə inam hissi əldə edir.
  •  Uşağa daim etiraz etdikdə o səbirli olmağı öyrənir.
  •  Uşaq dostcanlı mühitdə yaşayırsa və özünü dəyərli hiss edirsə o bu dünyadan sevgi tapmağı öyrənir.
  •  Hər zaman sizə müraciət edən övladınızı dinləyin və suallarına mütləq cavab verin.
  •  Səhvə yol verən və səhvinə ya indi, yaxud da gələcəkdə düzəliş edə biləcək övladınıza hörmətlə yanaşın.
  •  Həyatda yeniliklərin axtarışında olan övladınıza hər bir halda kömək etməyə hazır olun.
  •  Övladınıza qarşı mümkün olan ən yaxşı davranışlardan istifadə edin.
 

0 şərh