Motivasiyanı bərpa edən amillər
Qadınların xoşuna gələn manikür işi motivasiyanı gücləndirən amillərdəndir. Çay içmək də faydalıdır. Qan dövranına xeyri vardır. Təbiətlə vəhdətdə olmaq da önəmlidir. Ekzotik meyvələrdən dadmaq, boş vaxtlarda yoldaşlarınız və ya rəfiqələrinizlə gəzintidə olmaq əhvalı yüksəldən cəhətlərdən hesab olunur. Gözəl bir yuxu və istirahət yenidən motivasiyanı bərpa edən amillərdən biridir.
Sıxıldığınız hallarda fasilə edin. Bu sizin hadisələrə fərqli perspektivdən yanaşmanızı təmin edəcək. Məsələn, həyat yoldaşınızla hər hansı probleminiz var və ya işdə hansısa çətinliklərlə qarşılaşmısınız, ani reaksiyalardan qaçın, fasilə edin, ətraflı şəkildə düşünün və sonra hərəkətə keçin. Bununla yanaşı, davamlı şəkildə çalışmayın, fasilə etməyi bacarın. Baltanızı tanımadan yeni odunlar kəsməyə hazırlaşmayın.
0 şərh