Qumar oynayanlara biznesmen məsləhəti

  • Pencəyi soyunun,çünki isti olanda adam düşünmədən addım atır və risk edir.Dünya qumar biznesinin paytaxtı boş yerə Alyaska yox,subtropik və qış olmayan Las-Veqas seçilmib.Kondisioner olan yerdə və ya sərinləşdirici içki ilə şanslı ümidləriniz artır.
  • əhval-ruhiyyə yaxşı olmayanda oynamayın
  • oyundan əvvəl yaxşıca yeyin(təqribən 1-1,5 saat əvvəl),amma spirtli içki qətiyyən olmaz
  • çalışın ki,azartlı oyunlara laqeyd və biganə adamlarla gedəsiniz.
  • maaş alınan gün qumar oynamayın
  • Bioloji saatlarınıza uyğun vaxtda oynayın. Ən yaxşı vaxt 20.00 və 23.00 arasıdır. Gecə 12-dən sonra orqanizm istirahət etmək istəyir,intuisiya azalır, diqqətsiz olursunuz. Ən böyük uduzmalar gecə 2 və 4 arası olur(orqanizmin ən zəif vaxtı)
  • Özünüzü itirməyin. Təngnəfəs oldunuz? Ürək qızmış at kimi döyünür? Alnınızda tər damcıları var? Barmaqlar titrəyir? Boğazınızda qəhər var? Ağzınız qurudur? Əgər hə cavabı verilirsə,oyunu davam etdirmək olmaz. Bundan başqa,ehtiyatlı oynayanda udmaq olar deyənlər yanılır. Risk etməyən şampan içmir! Yaxşı olar ki,qumar oynamayın. Əgər oynayırsınızsa,risk edin.
  • Bəziləri “sistemli yanaşma” ilə oynayırlar. Klassik variant:pulunuzu qırmızıya qoyun. Udsanız götürün, uduzsanız(qara düşərsə),məbləği iki dəfə artırın və qırmızının düşməsini gözləyin və beləcə oyunu davam edin(BLACK JACK oyununda).Fikirləşmək olar ki,hər şey düzgündür: ehtimala görə,əvvəl-axır qırmızı düşəcək. Amma nəzərə almaq lazımdır ki,bütün oyunçuların hər dəfə məbləği 2 dəfə artırmağa imkanı çatmır. İkincisi,kazinolarda maksimal stavka müəyyənləşdirilib. Əgər yuxarı hədd 1000 dollar qoyulubsa və siz birinci dəfə 10 dollar qoymusunuzsa, bayaqkı strategiyaya görə 7 dəfə dalbadal qara düşərsə, qaydalara görə siz səkkizinci dəfə oynaya bilməzsiniz (10;20;40;80;160;320;640;səkkizinci dəfə stavka (1280 dollar) 1000 dollarlıq həddi keçmiş olur).
 

33 şərh

Arzt

maaş alınan gün qumar oynamayın


Yuxarıdakı variant niyə olasın ki...Digərlərinə əməl etsə bu halda belə hec nə itirməz.

Elvin85

Bu qədər məsləhətdənsə, sadəcə belə demək olar: Qumar oynamayın, çünki bu işdə heç bir xeyir yoxdur.

bankir
Əminsən? xeyir olmasaydı bu qədər insan oynamazdı. Kazino biznesi kimi gəlirli şey yoxdur.
Elvin85
Əlbəttə əminəm. 

1. Qumar oynayan qazanır, ya qumarı keçirən? Elə bir adam tanıyırsanmı ki, kazinolara gedə-gedə ailə dolandırır, stabil gəlir qazanır?

2.   «xeyir olmasaydı bu qədər insan oynamazdı.»? razılaşmıram. əgər razılaşsam, onda bunlar da doğru «xeyir olmasaydı bu qədər insan oğurluq etməzdi. Oğurluq kimi gəlirli şey yoxdur.», «xeyir olmasaydı bu qədər insan soyğunçuluq etməzdi. Soyğunçuluq kimi gəlirli şey yoxdur.»  Mahiyyət eyni qalır, sadalananların hər biri qanunsuz işlərdir, xeyri şər üzərindı qurulub, sonu həmiş pis olur(oyunçularçün). Əgər ancaq işlər xeyirlilik əmsalına görə yaşasaydı, onda bu dünyada haqsızlıq qalmazdı ki heç.
bankir
Снят фильм по книге Бена Мезрича «Удар по казино», написанной в 2002 году и основанной на реальных событиях.
Всё началось в 1994 году, когда выдающегося студента MIT пригласили слетать в Алтантик-Сити на бои Холифилда. В те выходные этот паренёк увидел, как математика помогла его друзьям обыграть казино на несколько тысяч долларов за пару часов. Подобной демонстрации хватило для того, чтобы затянуть Кевина (по фильму он Бен) в мир блэкджека.
Бен Мезрич несколько лет собирал информацию о группе студентов MIT, использовавших усовершенствованную систему подсчёта карт. Он встречался с бывшими участниками команд, с самим главным героем, со специалистами по системам безопасности казино и со всеми остальными, кто имел хоть какое-то отношение к той истории.
В период с 1994 по 1998 эти одарённые студенты заработали в Вегасе несколько миллионов долларов.

Söhbət məşhur 21 filmindən gedir. Qumarda udmaq da olar,qazanmaq da.

mr13

Bəs Qumarın birbaşa Haram buyrulması? Bu sizi heç düşündürürmü?


Bir gün ölsəm, hara gedəcəyəm — deyə düşünməlidir hər bir müsəlman.

İnsanlar Cəhənnəmə girmək üçün malını və canını verir. Təsəvvür edirsinizmi, pul verir Cəhənnəmə girə bilmək üçün.

Cənnət isə havayıdır.Cəhənnəmdən fərqli olaraq. Cənnətə girmək üçün bir qəpik belə ödəmirsiniz. Necəmi?

— Namaz neçəyədir? Namaz qılmaq üçün pul ödəmirsən.

— Dəstəmaz neçəyədir? Dəstəmaz üçün də sizdən pul istəyən yoxdur.

— Namuslu yaşamaq neçəyədir?

— Quran oxumaq neçəyədir?

— Günahdan, zinadan qorunmaq neçəyədir?

— Şərəfli yaşamaq neçəyədir?

Fikir verin, sadalanan heç nə üçün heç bircə qəpik də ödəmirsən. Lakin...

— Namussuzluq pul. Pul ödəyərək bunları edirsən: içki pul, zina pul, şərəfsizlik pul, qumar pul, ümumiyyətlə Cəhənnəmə gedən yolların demək olar ki, çoxu puldur.

Maraqlıdır ki, kimlərsə pulla Cəhənnəmi qucaqlayır, ancaq havayı Cənnətə girməyə çalışmır.
Cəhənnəmə girməyə marağın varsa, o zaman əməllərinin arasına bunları da qat:

— İnkarçı olacaqsan, Qurani-Kərimi bəyənməyəcəksən. Dinin əmrlərinə qarşı gələcəksən. 

— Rüşvət və faiz alıb-verəcəksən. Yalan, dedi-qodu, qeybət, iftira- bunlarla qucaq-qucağa yaşayacaqsan.

— Halal-haram tanımayacaqsan. İnsanları aldadacaqsan.

— Namaz,Oruc, Zəkat kimi ibadətlərin səmtinə belə baxmayacaqsan.

— Yetim malını nüfuzuna keçirəcəksən. İsraf edəcəksən.

— Qul haqqını yeyib, bu haqla Axirətə köçəcəksən. Heç kimdən halallıq istəməyəcəksən. 

— Yalan danışacaq, verdiyin vəədlərə əməl etməyəcək, sənə əmanət edənlərə xəyanət edəcəksən.

— Mənfəətin üçün hər şeyi, hətta mənliyini belə satacaqsan.

— Nəslin pozulması üçün planlar hazırlayıb, zina edəcəksən.



İnanmıram ki, bu cümlələri oxuyanlar arasında Cəhənnəmi dörd əlli qucaqlayanlar yoxdur. Ancaq indi sən qərar ver! Yanmaq üçün bu qədər məsrəfə və əziyyətə dəyərmi? Həmişə Cənnət Üçün Çalışın!!!

2ral
başa düşrəm ki,etiraz edirsiz qumara. amma buna görə bu  uzunluqda yazını copy-paste etmək lazım deyil. gələn dəfə şərh yazanda nəzə alarsınız bunu.
mr13
Mənə elə gəlir ki, Qumara dəstək kimi başa düşüləcək böyük bir yazıya böyük bir cavab da olmalıdır. Maraqlıdır ki, bizdə Azərbaycanda Hər şeylə bağlı söhbətlərə uzun uzadı diqqətlə qulaq asılır. amma din barədə söhbət açılarsa hamı söhbəti başqa yönə fırladır. Şeytanın vəsvəsələri bu qədərmi güclüdü? Özümün üzv olduğum NHN(ÇQK) bloqunda və ya digər başqa bloqlarda o qədər rəy şərh və sairə yazılır amma saytın dinlə bağlı bloqlarında yazılan yazıya görə çox sağol da deyən yoxdu az qala.
2ral
Nəinki din,bütün yazılarda bir şərh daxilində çox yazı qoymaq düzgün deyil. O ki qaldı ,din barədə mövzuların bir qədər passivliyinə,əvvəl sayt test mərhələdində olan Emin adlı bir qardaş aktiv idi. İnidsə bir qədər baş qarışıq olduğundan lazımi diqqət ayrıla bilmir. İstəyirsinizsə,özünüz nu sahədə  aktivlik göstərin. doğrudan da, nümunəvi olmaq bölümündə bir qədər passivlik var.
mr13
Əgər qaydalara ziddirsə mən razı. amma yox qaydalara zidd deyilsə məncə bəzi hallarda bir şeyi başa salmaq üçün çox danışmaq və ya çox yazmaq vacibdir. Digər məsələyə qaldıqda i isə inşallah çalışarıq. o bölümdə yzılar yazmağa.
mr13
Eger Bankirin bu yazısından sonra 10 nəfər qumar oynamq istəyəcəksə mənim bu uzunluqda copy paste-nən sonra heç olmasa 1 nəfərin ayılıb haqq yoluna gəlməsi pisdirmi?
bankir
Başa düşmürəm,dinin,əxlaqın qumara nə dəxli. Söhbət ondan gedir ki,qumarla pul qazanmaq olar ya yox. Mən də gətirdiyim İyirmi bir filminin tarixi ilə sübut edirəm ki,bəli,olar. MIT universitetinin tələbələri uzun müddət bununla pul qazanıblar. Əgər bacarıq,istedad varsa,niyə də qazanmayasan?
Elvin85

bankir, hansısa filmi fakt kimi gətirməyə mən indi rast gəlirəm düzü. Sənə kifayət qədər film deyərəm hamsı da sən deyən film kimi «olmuş hadisələrə əsaslanan»(əslində bu da PR-ın bir növüdür, saxtakarlıqdır çox hallarda), amma qumarda müflis olma və yaxud ardıcıl qazananları kazinodan bayıra atılmaları haqda. Oğurluqla, banditliklə də real həyatda kifayət qədər varlanan insanlar var, onda təbliğ edək onu? Məsələ pul qazanmaqda deyil, pul qazanmağın yolları N qədərdir, niyə bandirlik, oğurluq, qumarbazlıq seçilməlidir ki bu yollardan? axı sadaladıqlarımın hər birinə sənin qazancın başqalarının bədbəxtliyi üzərində qurulub. Başqasının bədbəxtliyi üzərində qurulan sevinc isə istənilən  məntiqdə  pis işdir, istənilən dində günahdır. Oğurluğun da texnikaları, intelektual yatırımdan doğan taktiki üsulları, metodları var, hə nə olsun ki? məsələ təməl məntiqdədir. las veqasa filan çox da fikir verməyin, onlar böyük mafiyaların oyunlarıdır, orda həmişə qazanan tərəf kazino sahibləri, itirənlər isə iştirakçılar olur, sadəcə ora əsasən varlılar getdiyindən itkiləri də onlara təsirsiz olur, sadəcə stress atmaqçün gedib pul itirib qayıdırlar.

mr13
Birbaşa dəxli var çünki, Günah və haramdır və bir başa cəhənnəmə aparacaq biletin bir parçasıdır.
bankir

Deməli Massaçusets  Technologies İnstitutunun istedadlı tələbələri və güclü riyazi qabiliyyəti olan qumarbazlar cəhənnəmə bilet alıblar:-)


Görəsən islam FOREX-ə də haram deyir?O da haramdır? Milyardlarla dollar gündəlik(dəhşətə baxın) dövriyyəsi olan valyuta bazarında olan maliyyəçilər də eləyə qalsa haram iş görür?


Kimsə öz ağlı,gələcəyi görmə qabiliyyətiylə pul qazanırsa,burda günah şey yoxdur.Əksinə həmin adam alqışlanmağa layiqdir

mr13

Bu barədə bir neçə Talibul elm yəni elm tələbələrinin İslam saytlarında cavabları:


Qumar barədə:


Aleykumus-salam ve rahmatullahi ve berekatuh.
Islam qanunlarina gore, nece deyerler, «bexte, elin getirmesine» esaslanan oyunlar haramdir. Nerd, kart, loto kimi oyunlarda mehz bu prinsip vardir. Lakin insanin oz intellektinden, dushunce qabiliyyetinden, her hansi yolu seche bilme ixtiyarindan asili olan oyunlari oynamaq olar (elbette, qumar niyyeti ile yox). Meselen, shahmatda insan «xod»lari ozu sechir, udsa da-uduzsa da, bu, onun bacarigi sayesinde bash verir. Lakin nerdde chox shey zerin getirmesinden, kartda insanin rastina hansi kartin chixacagindan, lotoda ise kiseden hansi reqemin chixarilacagindan asilidir. Eger bu oyunlarda muayyen me'nada bacariq teleb olunursa da, bu cuzi seviyyededir ve tam deyil.
Hansi oyunlari canli shekilde oynamaq haramdirsa, virtual formada (meselen, komputerde) da oynamaq haramdir.
Salamun aleykum va rahmatullah.


Forex barədə


Forex maliyye bazari ve onun ish prinsipi barede deqiq melumatimiz olmasa da onun umumilikde valyuta mubadilesi menteqelerine benzer bir ishle – elbette benelxalq seviyyede — meshgul olmasini eshitmishik. Eger beledirse ve sizin ishiniz beynelxalq seviyyede valyuta deyishmekdirse, bu, halaldir.


Aleykumus-salam ve rahmatullahi ve berekatuh.
Eger pul eskinaslarinin satishini (bir eskinasin bashqa nov eskinasa deyishdirilmesi, ve ya pulun bir bankdan chixarilib bashqa banka qoyulmasi) nezerde tutursunuzsa, buna sherietimizde icaze verilir.


 


MTİ-nin tələbələrinə qaldıqda isə Allaha inanmırlarsa (şərik  qoşurlarsa və s.) bu artıq cəhənnəmə düşmələrinə bir vasitədir və üzərinə də başqa günahları gəlsək...


«Daha düzünü Allah bilir!»

Elvin85
bankir, əgər Forex ilə maraqlanırsansa, onda dünyada yayğın olan Muslim Accounts-dan da məlumatın olmalıdır. Forex özü bir ticarətdir, burda heç bir haram iş yoxdur, işin haram tərəfi xırda məsələdədir(brokerin cüzi komisyon faizində) ona da ki yuxarıda dediyim akkountlarda alternativ əlac tapılıb.

qaldı ki massaçuçets tələbələrinə, əgər «başqaları edirsə deməli düzgündür» məntiqilə hərəkət etsək, çox tez məhv olarıq, Massaçuçetsin hər 10000 tələbəsindən  10-u  bu işlə məşğulsa, 9900-ü məşğul deyil. 9900ün içindən çıxır ciddi alimlər, iş adamları, digər 10 nəfərin taleyisə ya narkotikdən, ya da içkidən ölmək olur sonucda. Çünki onlar indidən öz intellektlərini axmaq işlərə sərf edirlər. yalan deməyiblər «Zəka ayrı şeydir, ağıl ayrı şey»  deyənlər.   Gününü kazinoda keçirən, öz intellektini qumar kimi cılız şeyə sərf edən hansı ciddi alimin, iş adamının adını çəkmək olar? Olmaz təbii ki. 

Deyirsən ki, «Kimsə öz ağlı,gələcəyi görmə qabiliyyətiylə pul qazanırsa,burda günah şey yoxdur.Əksinə həmin adam alqışlanmağa layiqdir», sual verirəm, təhlükəsizlik xidmətindən aylarla qurduğu,yüksək intellekt nümayiş etdirdiyi güclü plan sayəsində yayınan və hər hansı bir yeri partladan, bu işin əvəzində milyon dollar qazanan terrorçu alqışa layiqdirmi? Sualı elə qoymuşam ki, sənin yuxarıdakı cümlənin bütün kriteriyalarını ödəsin, indi cavab ver baxaq biz də.
2ral
Gününü kazinoda keçirən, öz intellektini qumar kimi cılız şeyə sərf edən hansı ciddi alimin, iş adamının adını çəkmək olar?
Uorren Baffet, Bill Geyts…
Elvin85
2ral, Uorren Buffet və Bill Gates "Gününü kazinoda keçirən, öz intellektini qumar kimi cılız şeyə sərf edən"-dir? Necə isbat edə bilərsən? Bioqrafiyalarına bax lütfən, şər atmayaq camaata(məs: http://en.wikipedia.org/wiki/Bill_Gates ) Yuxarıda dediyim kimi, stress atmaqçün gedib kazinoda 10-15 dollar uduzb gələ bilir ər bir varlı adam. Amma Baffet sığortaçı olub və -dır, Bill Gates isə bütün ömrünü Microsofta həsr edib, indi də filantropluqla məşğuldur, gülüncdür Gates-i qumar taktikaları üzərindəı günlərlə baş sındıran buna vaxtını sərf edən təsəvvür etmək.
fidan
Bill Geyts tələbə vaxtı güclü poker oynuuyub. Televizorda isə Baffetin və Geytsin onlayn,daha doğrusu canlı bric oyunu olub.
2ral
Yalançının şahidi yanında olar.:) Sağ ol,fidan.
Elvin85
fidan, mən də çox poker oynamışam vaxtilə, nə olsun ki? bu işə nə enerji, nə də ağıl sərf etmişəm, sadəcə asudə vaxtda baş qarışdırmaq üçün ortada pul olmadan, adi oyun kimi. 

"Gününü kazinoda keçirən, öz intellektini qumar kimi cılız şeyə sərf edən" kriteriyası tam başqa şey, sən deyən tam başqa şey. Axı mən dedim ki, varlılar stress atmaqçün hobbi kimi məşğul olurlar bu işlə, o cümlədən Baffet. Bunun onun karyerasına nə dəxli, intellektini sərf etdiyi yerə nə dəxli? O qumara bütün ağlını, diqqətini sərf etsəydi məgər Berkshire Hathaway-i qurardı?Bütün güclərini ağıllı sahəyə yönəldib yorulanda baş qatmaqçün hansısa oyundan oynamaq axı başqa şeydir, bizim mövzumuzsa tam başqa şeydir.
mr13

1.Bizneslərin bunun üzərində qurmayıblar.


2. Onların bu oyunları oynaması heç də qumarın əla bir şey olması demək deyil və günah olmadığı anlamına gəlmir.


 

Wizard
Qumarın İslamda haram olmasının səbəbi var! Sonunu bilmədiyin işə pul qoyursan. Bəs belə olan halda əgər mən riyazi(ehtimal) yolla əvvəlcədən bütün nəticələri hesablasam bu qumar sayıla bilər?
Elvin85
Wizard, haramlıq səbəbi o deyil, başqa şeylərdir. Ona qalsa ticarətdə də işin sonu bilinmir, mən qızıl alıramsa topdan, bılkə qızılın qiyməti düşəcək və mən bankrot olacam? amma ticarət halal işdir. Dinşünas deyiləm, asanlıqıa əsl səbəblər haqda google-dan tapa bilərsən məlumat(xeyrin birbaşa başqasının ziyanı üzərndə qurulması, arada 3-cü tərəfin-məhsulun olmaması və.s.)
Wizard

Oyunlar nəzəriyyəsi və Ehtimal deyilən bir şey var! İqtisadiyyat bunu əsasında dayanır.Əgər sən sonradan satmaq üçün qızıl alırsansa deməli nəyisə ehtimal eləmisən.Əgər səhv etmisənsə o problem deyil!

Elvin85

İxtisasım Ehtimal nəzəriyyəsidir, Oyunlar nəzəriyyəsini də ixtisas fənni kimi keçmişəm, onları mənə xatırlatmağın «neto» çıxır :). o faktı sənin yuxarıda İslam haqda dediyinin səhv olmasını göstərməkçün dedim, yoxsa ki semiçkasatan nənə də bilir ki, ağ tumun mövsümü hansıdır, qara tumun mövsümü hansı, hansını nə vaxt almaq ziyana sala bilər onu, hansını almaq salmaz. :)

Wizard
Heç sizdən gözləməzdim! İxtisasınızın Ehtimal olduğunu deyirsiz, özü də semiçkasatandan sitat gətirirsiz.Nəisə onsuz da mövzudan uzaqlaşmışıq.Çünki mövzu qumarın İslamdakı mövqeyindən yox, qumar oynayan biznesmenlərə məsləhətdən gedir. Ona görə mübahisəni qurtaraq!
Elvin85

İxtisasım PhD səviyyəsə Ehtimal nəzəriyyəsidir, bakalavr yox :) odur ki gətirdiyim nümunədə qüsur əvəzinə məna axtarın. Ok bağladım mövzunu, yazdığım fikirlərdən götürənlər götürdü, etiraf etməsələr də bunu.

Wizard
PS: sual ritorikdir
Wizard
Belə bir qayda var: Əlində olandan artıqla qumar oynama!
Tomris
Bildiyimə görə  qumarxanalarda pəncərə olmur.Bu yolla da insanlarda vaxt məhfumu, gecə-gündüz anlayışı itir.