Vehbi Koçun biznes sirləri

  • Bir şeyə sərmayə yatırmaq barədə düşünürsənsə torpaq sahəsi al. Torpaq sahəsi qızıldır. Bu torpaqda bir bina inşa etsən gümüş, binaya da kirayə qalan müştəri tapsan dəmir olar.
  • Keçmişdə baş verən hadisələr ilə məşğul olmaq əvəzinə gələcək barədə düşün.
  • Uğur – başqalarının sınaqdan keçirdiyi təcrübələrdən yararlanmaqdır.
  • Gənc nəslin yetişməsinə xidmət etmək insanlıq və Vətən qarşısında bir borcdur.
  • Hər şeyin təməli sağlamlıqdır. Sağlamlıq varsa, hər şey var.
  • Din insanlar üçün böyük mənəvi gücdür. Dinsiz millət olmaz. Mən dindar bir insanam. Lakin hər zaman dinlə dünya işlərini bir-birinə qarışdırmamaq fikrinə sadiq qalmışam.
  • Dindar olmağım işlərimin irəli getməsinə mane olmadı, əksinə mənə güc verdi. Bəzi işlərim günlərlə, aylarla, hətta illərlə uğura nail olmadı. Bacardığım qədər çalışsam da uğur qazanmadım. Bu zaman “Allah belə istədi” dedim və rahatlıq tapdım.
  • Şəxsi düşüncələrə, maraqlara aldanaraq qabiliyyətsiz insanları işə götürməyin. Unutmayın ki, bütün uğur qazanmış şirkətlərin yükü qabiliyyətli insanların çiynində daşınır. Buna ən yaxşı nümunə olaraq isə Ford, Siemens, General Electric şirkətlərini göstərə bilərik.
  • Bir çox zəngin və məşhur insanların öz etibar və sərvətlərini necə itirməklərinin şahidi oldum. Bu iflasların əsas səbəbi isə dəbdəbə marağı, bahalı xarici səfərlər, yersiz alış-verişlər idi. Bu səbəbdən də, gənclərə hər şeyin daim olduğu kimi qalmayacağını sübut etməyə çalışmışam. Mənə çox qənaətcil və xəsis deyənlərin sözünə isə sadəcə gülərəm.
  • Həyat universiteti diplom verməyən bir universitetdir. Hər gün bu universitetdən dərs çıxaracağımız çoxlu sayda hadisə baş verir. Hər birimiz bunlardan yararlanmağı bacarmalıyıq.

0 şərh