Bəzən...

Bəzən insanlar bütün həyatları boyu axtarırlar, bəzən isə bir günün içində tapırlar...
Bəzən biz gözləyirik, gözləyirik, gözləyirik, bəzən isə kimisə bizi gözləməyə vadar edirik...
Bəzən gülməkdən ağlayırıq, son zamanlar isə ağlamamaq üçün gülürük...
Bəzən qollarımızı geniş açıb küləyə doğru addımlayırıq, bəzən də paltomuza bürünüb şarfımızı bərk-bərk bağlayırıq...
Bəzən üzümüzü günəşin isti şüalarına doğru tutub ona gülümsəyirik, bəzən isə iri eynəklər taxıb nədənsə gizlənməyə və ya nəyisə gizlətməyə çalışırıq...
Bəzən həyatımızda kimisə qarşılayırıq və elə bilirik ki, bu əbədidir, bəzən isə yola salırq və sanırıq ki, belə də olmalıdır...
Bəzən ünsiyyət axtarırıq, ətrafımızı genişləndirirk, harasa, kiməsə tələsirik, bəzən isə sadəcə gözlərimizi yummaq istəyirik, heç nə lazım deyil, yalnız özün və ağlına, ürəyinə sakitlik gətirən sükut...
Bəzən biz bahalı hədiyyələr istəyirik adi yumşaq ayı oyuncaqlarına gülüşlə baxırıq, bəzən isə sadə bir söz, baxış sənin üçün daha qiymətli olur...
Bəzən biz damın altında, çətirin altında yağışdan gizlənirik, bəzən isə Allaha o yağışı göndərməyi üçün yalvarırıq və yalın ayaqla,sevinclə, insanlardan ayrı, sərbəst, təbiətin bir parçası olaraq o yağışın altında qaçmaq istəyirik...
Bəzən içində uzun müddət yığılıb qalanları bir andaca söyləmək istəyirsən, bəzən isə bir-birini başa düşmək üçün sadəcə susub baxmaq lazım olur...
Bəzən heç kimin bizi narahat etməməsi üçün telefonu söndürürük, bəzən isə yeganə bir zəng üçün nəfəs almadan içimiz titrəyərək telefonun başında otururub o zəngi gözləyirik...
Bəzən biz gözləyirik, gözləyirik, uzadırıq və bir zaman baxırıq ki, artıq gecdir. Ürək uçuruma doğru getməyə başlayır...
Bəzən danlaqdan, məzəmmətdən qorxuruq, bəzən isə bütün dünyaya meydan oxuyaraq öz haqlılığımızı sübut etməyə çalışırıq...
Bəzən məhəbbət romanlarında olduğu kimi çılğın ehtiras gözləyirik, bəzən isə adi gülüş, toxunuş bütün ehtiraslara bərabər olur...
Bəzən doqquzda yatmağa uzanırıq, bəzən isə sutkalarla yata bilmirik...
Bəzən gözəl geyinib, bəzənirik, bəzən isə günlərlə eyni köynəkdə gəzirik...
Bəzən ...
Bəzən...
Bəzən
kimisə qucaqlayıb, ondan" hər şey yaxşı olacaq" sözlərini eşitmək, ağlamaq, ürəyini boşaltmaq istəyirsən..
bəzən istəyirsən ki, kimsə səndən getməməyi, onunla daim qalmağı xahiş etsin...
Bəzən...
Bəzən...

Bəzən...


Tərcümə: Rzayeva Nailə

 

18 şərh

Aynur
Nailə,sənin çox böyük ürəyin və yaxşı işləyən başın var:)
diqqətlə oxuyanda sentimental hisslər yaranır adamda.
fidan
Bəzən ürəyində hamıya yaxşılıq etmək,mərhəmət göstərmək istəyirsən,bəzən isə bütün dünyaya nifrət edirsən.
bankir
Bəzən yeni çıxmış mobil telefona həsədlə baxırsan,bəzən isə aldığın ən son model telefon isə gözündə adi oyuncağa dönür.
Bəzən dərslərini hamıdan yaxşı oxuyacağına and içirsən,bəzən isə deyirsən ki,nəyə lazım oxumaq?
səlahəddin
Bəzən insanlar islamdan və dindən danışır,bəzən isə öz mənfəətləri naminə allahı yaddan çıxarırlar.
Bəzən cihaddan,zülmə qarşı mübarizədən danışır,bəzən isə Allah kafirlərin cavabını özü verəcək deyib yerlərindən tərpənmirlər.
Bəzən müsəlman qardaşlığından danışırlar,bəzən isə məscidə bomba atanlarla əl-ələ verin görüçürlər.
Arzt
Bəzən həyatdan küsür, bir kənara çəkilib hər kəsdən uzaq və tək olmaq istəyirsən, bəzən isə bütün varlığınla hər kəsə inanıb ətrafın boş qalmasın istəyirsən.
2ral
Bəzən reytinq boş şeydir,əsas insan olmaq və maraqlı məqalələr yazmaqdır desən də,bəzən hər kommentə yazılan minusa görə reytinqi azaldanı söyürsən.
Raskolnikov
Bəzən haqsızlıq görüb səbr edirsən, bəzən isə səbrin səni haqsızlığa götürür
Nailə_Rzayeva
Həyatımızda nə qədər «Bəzənlər» varmış :)
Raskolnikov
Özüdür kü var :)
Cavid
Bəzən əlindən gələni edirsən amma müvəffəq ola bilmirsən...
Bəzən istədiyiyini əldə edirirsən amma ehtiyacın olanı yox...
Bəzən çox yorğun hiss edirsən amma yata bilmirsən...
Bəzən nəyisə itirirsən amma onu yenidən təkrarlaya bilmirsən...
Və bəzən kimisə çox sevirsən amma getməsinə icazə verirsən...
And so on…
Arzt
Bəzən bu gözlərim dolur yaşlarla,
Bəzən keçmişimi salıram yada,
Hərdən gələcəyə baxıb ümidlə
Şükür edə bilirəm varam dünyada.
Berdan

Bezen saman alti su yerdidirsen bezen aglayib gulursen


Bezen susurb hicqinirsan Bezende insan oldugunu unudursan





fidan
Bəzən saytda yüz dəfə yazılsa da,yenə də ə hərfi yerinə e yazırlar.Bəzən isə heç xəbərdarlıqsız da insan başa düşür ki,Azərbaycan saytında Azərbaycan hərfləri ilə yazmaq lazımdır:-)
zamin83
Bəzən yaxşı olurç bəzən də ƏLA! Maraqlı olduğuna görə təşəkkür edirəmş
Dior
Bəzən doqquzda yatmağa uzanırıq, bəzən isə sutkalarla yata bilmirik...

Çox gözəl deyilib.Təşəkkürlər.
Cavid
ən romantik topik…
Cavid
Maraqlı video alınıb məncə.