Hər birimiz axtarışdayıq

Hər birimiz fərqliyik. Öz istək və arzularımız var. Məqsədimiz , amalımız, hədəfimiz. Bəzilərimizin isə bəlkə də həyatının mənası yoxdu, ya ümidsizliyə qapılıb, ya da bədbin olduğu üçün heç nəyi yenidən başlamaq istəmir. Lakin hamını birləşdirən bir şey var - daim axtarışda olmaqdır. Hər kəs nəsə umur, nəsə gözləyir, nəsə istəyir. Kimi isə arzulayır, ümid edir.
Elə insan ki, daim onu dəstəkləsin, sevsin , inansın.
Elə insan ki, ona heç vaxt xəyanət etməsin
Elə insan ki, onu həmişə duysun , anlasın, başa düşsün.
Elə insan ki, onun qayğısına qalsın, xəstəlikdə də, sağlıqda da.
Elə insan ki, onu hamıdan ağıllı bilsin.
Elə insan ki, onunla nəfəs alsın, arzulasın, onun yanında özünü xoşbəxt hiss etsin.

Elə yuva ki, ora gəldikdə hamı onun gəlişinə sevinsin, bayram etsin.
Elə sabah ki, yeni doğmuş günəşi onunla birgə seyr etsin.
Elə uğur və yüksəliş ki, yaxınları onunla fəxr etsin.
Elə sevgi və qayğı ki, bu onu yaşamağa , yaratmağa həvəsləndirsin.

Bütün bunları gözləmək, arzulamaq olar, bu təbiidir, normaldır. Lakin əgər baş vermirsə ümidsizliyə qapılıb, həyatdan küsməkdənsə, özünü uğursuz insan saymaqdansa kimin üçünsə sadiq, mərhəmətli, anlayışlı və sevən , sevdiyi uğrunda hər çətinlik və narahatçılıqların öhdəsindən gələn pozitiv insan olmaq gərəkməzmi. Məncə belə düşünmək və yaşamaq daim şikayətlənməkdən daha faydalı, örnəkverici və maraqlıdır.
Hər kəsə həyatında məna tapmaq, xoşbəxt olmağı arzulayıram.

Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
 

5 şərh

Rene
Çox gözəl yazı idi, Allah razı olsun!
cahandar
Mövzuya görə təşəkkür bəyəndim və səs verdim.Karizma demek istəyib ki mən də bəyəndim
Nailə_Qasarayeva

Maraqlı topikdi.
Hər kəsə həyatında məna tapmaq, xoşbəxt olmağı arzulayıram.Məna tapmaq sözünün xüsusi yeri var.