Sizi uğursuz edən 6 vərdiş | Uğursuzluğun səbəbləri
Uğur qazanmazdan öncə bir çox maneələri aşmaq lazımdır. Bu maneələr əslində uğura gedən yolda təcrübə və ya səhvlərinizdən öyrənəcəyiniz dəyərli həyat dərslərdir.
Ancaq bəzən insan yanlış vərdişlərin ucbatından yaşadığı uğursuzluqları təkar edir. Biz də bu məqalədə bizi uğurdan uzaq edən bu vərdişlərdən danışacayıq
1. Sağlamlığın qayğısına qalmamaq
Motivasiya videolarında və filmlərinə baxdıqda bizə elə gəlir ki, uğur qazanmaq üçün günlər yuxusuz qalmalı və istirahət etmədən davamlı çalışmalıyıq. Əslində bu yanlış bir yanaşmadır.
Əlbəttə uğura gedən yoldu bəzi fədakarlıqlara getmək gərəkdir,ancaq sağlamlıq qətiyyən bura aid deyildir. Bir çox insan sağlam həyat tərzini tərk edərək uğura nail olmağa çalışır, sonradan buna nail olsa da, uğurdan istənilən xoşbəxtliyi və həzzi duymur.
Yuxusuzluq və düzgün qidalanmamaq bacarıq və biliklərdən düzgün istifadə etməyə mane olur və səhv qərarlar qəbul etməyə səbəb olur. Sizcə bu yolla uğuru necə əldə etmək olar?
Düzgün qidalanma və yuxu həm ruhi, həm də fiziki sağlamlığınız üçün çox vacibdir. Həyatınızda vərdişlər və rutinlər ola bilər, lakin bunlar sizə mənfi təsir göstərməməlidir.
Unutmaq olmaz ki, Sağlam bir həyat tərzi istənilən uğurun əsas şərtlərindən biridir.
Davamı →