Рейтинг
+144.88

uğur psixologiyası

147 üzv, 185 topik

Sizi uğursuz edən 6 vərdiş | Uğursuzluğun səbəbləri


Uğur qazanmazdan öncə bir çox maneələri aşmaq lazımdır. Bu maneələr əslində uğura gedən yolda təcrübə və ya səhvlərinizdən öyrənəcəyiniz dəyərli həyat dərslərdir.

Ancaq bəzən insan yanlış vərdişlərin ucbatından yaşadığı uğursuzluqları təkar edir. Biz də bu məqalədə bizi uğurdan uzaq edən bu vərdişlərdən danışacayıq

1. Sağlamlığın qayğısına qalmamaq


Motivasiya videolarında və filmlərinə baxdıqda bizə elə gəlir ki, uğur qazanmaq üçün günlər yuxusuz qalmalı və istirahət etmədən davamlı çalışmalıyıq. Əslində bu yanlış bir yanaşmadır.

 

Əlbəttə uğura gedən yoldu bəzi fədakarlıqlara getmək gərəkdir,ancaq sağlamlıq  qətiyyən bura aid deyildir. Bir çox insan sağlam həyat tərzini tərk edərək uğura nail olmağa çalışır, sonradan buna nail olsa da, uğurdan istənilən xoşbəxtliyi və həzzi duymur.

Yuxusuzluq və düzgün qidalanmamaq bacarıq və biliklərdən düzgün istifadə etməyə mane olur və səhv qərarlar qəbul etməyə səbəb olur. Sizcə bu yolla uğuru necə əldə etmək olar?

Düzgün qidalanma və yuxu həm ruhi, həm də fiziki sağlamlığınız üçün çox vacibdir. Həyatınızda vərdişlər və rutinlər ola bilər, lakin bunlar sizə mənfi təsir göstərməməlidir.  

Unutmaq olmaz ki, Sağlam bir həyat tərzi  istənilən uğurun əsas şərtlərindən biridir.


Davamı →

Beyin uğur qazanmağımıza necə mane olur?

Psixoloqlar uzun müddətdir ki, beynin necə işlədiyini açmağa və şüurun sirlərini dərk etməyə çalışırlar. Aydındır ki, sinir fəaliyyəti bizim daxili dünyamızı formalaşdırır. Dünyanın hər yerindən uğurlu insanlar varlanmaq və xoşbəxt olmaq üçün beynin necə işlədiyinə dair kitablar oxuyurlar. Hər kəs uğurun sirrini açmağa çalışır. Hər kəs uğurlu və zəngin olmaq istəyir. Məşhur motivator və psixoloq Con Kexo şüuraltı hər şeyi edə bilər mövzusunda kitab yazıb.
Ancaq digər məşhur motivatorlar — yazıçılar Deyl Karnegi, Napoleon Hill və şəxsi inkişaf üzrə təlimçi Toni Robbins əmindirlər ki, biz beynimizin prinsiplərini başa düşməliyik, təfəkkürün necə işlədiyini bilməliyik.
Davamı →

Elşən Məmmədli - Qalxan

Qalxmaq mədəniyyəti bizim cəmiyyətdə uşaqlığımızdan beynimizə həkk olunmuş bir şeydir. Belə ki, birinci sinfə daxil olan uşağa əlifbadan öncə təhsilverənin otağa daxil olarkən ayağa qalxmalı olduğunu izah edirlər. Bu “idman” növünü elə beynimizə otuzdururlar ki, ömürlük böyük otağa daxil olan zaman ayağa dururuq.
İş həyatında belə, vəzifəcə yüksək insanın otağa gəldiyində hər kəs ayağa durmalıdır. Bu tələb deyil. Bu sadəcə şüuarlı bizə yeridilmiş bir mədəniyyət ifadəsidir.

Davamı →

Milyonerlər və digər insanlar arasındakı fərq

Amerikalı marketinq mütəxəssisi Sarah Santley Fallaw özünün «Qonşuluqdakı milyonerlər: Sərvət qazanmaq üçün uzunmüddətli strategiyalar» kitabında ABŞ-dakı 600 milyarderin həyat tərzini araşdıraraq onların digər insanlardan fərqini öyrənib.
«Business İnsider»saytı həmin kitaba istinadən milyonerlər və orta statistik amerikalı arasındakı 5 fərq haqqında yazıb.
Sara Santli Fallau kitabında qeyd edib ki, yaşlarından və gəlirlərindən asılı olmayaraq milyonerlərin hər birinin əsas hədəfi böyük sərvət sahibi olmaqdır.

Davamı →

İş axtararkən vaxtı necə idarə etməli?

Karyera mütəxəssislərinin fikrincə iş axtarmaq özü də bir işdir. Yaxşı, bəs bu “iş”ə sərf etdiymiz vaxtı idarə etmənin ən effektiv yolu hansıdır? Çoxları üçün, bu, qısa müddət ərzində ən yaxşı işi tapmaqdır, lakin bu planı hər gün həyata keçirmək asan deyil.
Aşağıdakı tövsiyələr iş axtarma prosesini sürətləndirərək, sizə tez bir zamanda işə başlaman üçün əlində olan vaxtdan maksimum düzgün istifadə etməyə kömək edəcək.

Davamı →

İradəmizə Güvənməməliyik?

Daima dəyişdirmək, azaltmaq və ya həyatımızdan tamamilə çıxartmaq istədiyimiz vərdişlər, rutinlər və davranışlar olur. Çünki, biz bitmiş, yekunlaşmış deyil, inkişafda olan, dəyişən bir prosesik. Əgər düşünürsünüzsə ki, sizin inkişafınız, dəyişiminiz artıq dayanıb, o zaman dərhal elə bu düşüncə və yanaşmanızın özünü dəyişdirin. Çünki, məşhur bir deyimdə də deyildiyi kimi, bu həyatda dəyişməyən tək bir şey var, o da elə dəyişikliyin özüdür. Bunun üçün də biz istəsək də, istəməsək də daima dəyişirik. Problem də dəyişib dəyişməmək yox, bu dəyişikliyin mənfiyə, yoxsa müsbətə doğru olmasıdır.

Davamı →

Müvəffəqiyyət bəxt gözləmədən mövcud şərtlərdən istifadə etməkdir

Müvəffəqiyyətli insanları görəndə beynimizdəki ilk reaksiya budur – rahatdırlar, şıx, baxımlı, dik, özlərinə güvənən, hərəkətləri azad və sərbəst. Və bu insanlara baxanda müvəffəqiyyətin olduqca əl çatan, rahat bir hal olduğunu düşünürsən. Yetər ki, başlayım – ən qısa zamanda mən də belə olacağam deyə fikri yaranır.
Əslində, uğurlu insanlarda görülən bütün rahatlıq, gülərüzlülük, sərbəstlik səhnədə olan məqamlardır. Səhnənin arxası və gündəlik reallıq fərqlidir.

Davamı →

Müvəqqəti maliyyə problemlərinin öhdəsindən gəlməyin yolları

Ailədə kimsə işini itirərsə və ya analıq məzuniyyətinə çıxarsa, insanlar tək maaşa yaşamağa məcbur olurlar. Bu həmişə asan olmur, xüsusilə əvvəllər çox pul xərcləmək vərdişi var idisə. Belə çətinliyin öhdəsindən gəlmək üçün nə etmək lazımdır?
Unutmayın ki, bu müvəqqətidir
Çalışın uzunmüddətli hədəflər haqqında düşünəsiniz. Əgər ipoteka götürmüsünüzsə, demək artıq öz evinizdə yaşayırsınız. Bunun üçün bir-iki il dözməyə dəyər.

Davamı →

Uğur üçün 15 keyfiyyət

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

Davamı →