Ən çətin seçim

Əsəbi və hamilə qadınlar baxmasın.
Dünyada ən çətin seçim bunu sayırlar. Bu hadisə doğurdan da bir vaxtlar İngiltərədə olub. bir vaxtlar qatar yolunda bir adam operator işləyirmiş. Qatarların körpüdə keçdiyi yolu requlirovka edirmiş. Hər şeydən çox sevdiyi oğlu varmış. Ata-bala bir yerdə olurlarmış.Bir gün qatar körpünün üstündən keçərkən problem yaranır.Ata seçim qarşısında qalmalı olur.Ya öz oğlunu qurban verməlidir,ya da bütün qatardakılar ölməlidir.

19 şərh

nərgiz
Axırını yaxşı veriblər.Yoxsa mən ağlamağı dayandıra bilmirdim. Belə şeylərin çəkilməsi bir tərəfdən düzgün deyil.
2ral
Öz övladını qurban vermək çox böyük cəsarət tələb edir.İnanmıram ki,çox adam videodakı yolu seçsin.
ramzes
Stalin də öz oğlunu qurban vermişdi, qurban verməyi bacar, amma gör nə üçün qurban verirsən…
papatürk
Amma Stalinin oğlunu qurban verməyini hamı bildi. Bu yazıq adamın qəhrəmanlığını isə heç kim.
Ferbara
Bu yazığ adamın qəhrəmanlığını bilməsəydilər necə bu filmi çəkərdilər?
kastanka

Allah heç kəsi belə bir seçim qarşısında qoymasın.Düşünmək belə istəmirəm o vəziyyətdə mən nə edərdim.İnanmıram ki,mən də bu insan qədər fədakar ola bilərdim...Çox pis oldum :(((


Düşünürəm ki, bəzi şeylər haqqında bir az daha dərindən düşünmək gərəkdir..

Dior
Çox pis oldum.Bir tərəfdən sənin bir parçan olan övladın,bir tərəfdə isə günahsız insanlar.Övlad çox şirin şeydir.Amma bir tərəfdən də fikirləşmək lazımdır ki,o qatarın içində də neçə-neçə analarıın övladları var
videofan
Düzünü deyin,siz həmin vəziyyətdə olsaydınız hansını seçərdiniz?Amma səmimi olun.İçində çoxlu adam olan qatar,yoxsa hamıdan çox sevdiyiniz,yeganə oğlunuz?
Dior
Qərar vermək üçün gərək ana olasan.Amma yenə də çox çətin seçimdi.
2ral
Böyük ürəyi olan insan kimi mən çox adamı düşünərdimGülümsəyir. Çox çətin seçim olsa da,yəqin ki övladı qurban verərdim. Ümumiyyətlə belə dilemmalarda birmənalı cavab tapmaq çox çətindir.
burla xatun
Videoya baxanda gözümdən yaş gəldi.Çox təsirlidir.Öz oğlumu saxlayardım.Orada 10 ya 100 adamın olmasının fərqi yoxdur.Valideyn məhəbbəti ayrı şeydir.
Ferbara
Çox ağladım…
Leyla
Təbii ki öz övladını saxlayardım.Sonra deyərdim ki,qatarın maşinisti nəsə texniki səhv edib=)Tormozu lazım olan yerdə basmayıb.
Amma doğurdan çox ağladır.Belə videoları çox qoymayın.
Əliyev
Bəs adamın öz vicdanı? Sonra gecə rahat yata bilərsən?
videofan
Çexiyada bu hadisə haqqında yarlm saatlıq film çəkilib.Bu klip onun qısaldılmış şəklidir.Kim həmin film haqqında məlumat tapsa ona reytinqdə plyus verəcəm
Ferbara

Мост
Körpü


Поэтическая и эмоциально — сильная история об отце, вынужденном сделать сложный выбор между любовью и долгом.


Жанр: драма, короткометражка
Год выпуска: 2003
Режиссер: Бобби Гарабедиан
Сценарий: Уильям Забка, Бобби Гарабедиан
Музыка: Джон Дебни
Оператор: Майк Фицморис
Продюсер: Элкин Антониу, Александра Бекиарис, Эдвард Бернард
Актеры: Владимир Яворски, Линда Рыбова, Ладислав Ондрей, Эстер Гислерова, Брэд Хеллер, Клара Иссова, Джон Лавакьелли, Хелена Худова
Страна: США, Чехия
Премьера в мире: 29.03.2004
Премьера в США: 11.06.2003
Кинокомпания: Eastwind Films, Prague Indies Productions


 


Filmin sayt:  http://www.mostthemovie.com/

Ferbara
Filmin rejissoru Bobbi Karapetyan erməniymiş.
2ral
Saytda qeyri-qanuni yolla yay;mlanan materialların paylaşımına məhdudiyyət olsa da,filmin çox təsirli olduğu və Bakıda filmin orijinal diskinin satılmadığını nəzərə alaraq filmi yüklmək üçün mənbələr:
http://rutracker.org/forum/viewtopic.php?t=2268456 torrent və http://www.filestube.com/348fbb8bf7f5e8cb03e9,g/Most-Bridge.html
30 dəqiqəlik film milyonlar çəkilmiş Hollivud filmlərindən daha çox insana təsir edir.
Əliyev
Çox təsirli videodur. Amma axırında sanki xristianlığın təbliği gedir. Öz oğlunu qurban verməklə qatardakıları xilas etmək,xristianların Allahın öz oğlu İsa peyğəmbəri qurban verməsinə oxşayır.