Рейтинг
+11.10

Xalq təbabəti

4 üzv, 104 topik

Lavanda çayı

Lavanda bitkisinin çox güclü sakitləşdirici xüsusiyyətləri var.
Lavandadan faydalı çay hazırlayın. Bunun üçün 2 ç.q. lavanda güllərini 1 fincan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, bal əlavə edin və için.

Bu çayın faydaları olduqca çoxdur:
— əsəbiliyi və həyəcanı azaldır
— əhvalı yaxşılaşdırır
— yuxunu tənzimləyir
— xroniki yorğunluğu azaldır
Davamı →
 
loading...

Damarlara faydalı resept

İnsanın bütün orqan və sistemlərində damar və kapilyarlar var. Onların möhkəm və sağlam olmasından bizim ümumi sağlamlığımız asılıdır.

Qan damar və kapilyarlar vasitəsilə bütün orqanizm boyu oksigen və qidalı maddələri daşıyır. Bu maddələr isə orqanizmin normal fəaliyyətini təmin edir.

İnsan yaşa dolduqca onun damarları zəifləməyə başlayır, damarların divarları nazilir, elastikliyini itirir, kövrək olur, onların keçiriciliyi artır. Nəticədə bir tərəfdən damar xəstəlikləri inkişaf etməyə başlayır, digər tərəfdən isə orqan və sistemlərin qidalanması pozulur.

Davamı →
 
loading...

Şəkəri müalicə edən bitkilər

Şəkər xəstəliyi haqqında yetərincə paylaşmalar etsəm də bu bitkilərin birgə istifadəsi, belə desək məni heyrətləndirdi.

Artıq bir çox insanlar heç bir vasitədən istifadə etmədən bu bitki qarışımından istifadə edərək normal həyatlarını yaşayırlar.

Çayın tərkibi:
– Ud hindi üyüdülmüş
– 300 qram
– Qarazirə meyvəsi üyüdülmüş
– 300 qram
– Bağayarpağı üyüdülmüş
– 300 qram
Davamı →
 
loading...

Hiderqardın faydalı resepti

Bu resept 1000 il öncə Almaniyada kilsədə yaşayan qadın tərəfindən hazırlanıb. Ürəyə həddən çox faydası olduğu üçün nəsildən-nəsilə ötürülüb. Haqqında əfsanələr dolaşan Hiderqard adlı bu qadın iddia edirmiş ki, bütün reseptlər ona yuxuda tanrı tərəfindən göndərilir. Hələ də mistik qalan bu əhvalata baxmayaraq Hiderqardın məhləmləri insanlara şəfa verməkdə davam edir.

Lazımdır:
10 dəstə cəfəri
1 litr bəyaz yaxud qırmızı şərab
2 xörək qaşığı alma sirkəsi
300 ml təbii bal

Hazırlanması:
Şərab və sirkəni bir qazana töküb, üzərinə cəfəri budaqlarını əlavə edin. Məhlulu 10 dəqiqə ərzində zəif odda qaynadın. Sonra ocağı söndürüb, üzərinə bal əlavə edin. Yaxşıca qarşıdırıb sterlizə edilmiş şüşə qablara tökün. Hər gün yatmadan öncə bir neçə xörək qaşığı için və bütün ürək xəstəliklərindən özünüzü və doğmalarınızı qoruyun.
 
loading...

Pivə mayası

Pivə mayası faydalı müalicə məhsuldur. Pivə ilə müqayisədə onun tərkibində spirt yoxdur və bu səbəbdən pivə mayasını həm böyüklər, həm də uşaqlar qəbul edə bilər.

Cücərdilmiş buğda və mayaotundan hazırlanan pivə mayası tam təbii məhsuldur. Onun tərkibində bir çox faydalı vitaminlər (xüsusilə B qrupu vitaminləri) və minerallar var. Belə zəngin tərkibə görə pivə mayası orqanizmə ümumi möhkəmləndirici təsir edir, orqanizmin tonusunu artırır, immun, sinir və mədə-bağırsaq sisteminə çox müsbət təsir edir.

Pivə mayası stress, depressiya, yuxusuzluqdan əziyyət çəkənlər üçün çox faydalıdır — sakitləşdirir, yuxunu tənzimləyir, sinir sistemini möhkəmləndirir.
Davamı →
 
loading...

Alman təbiblərinin gizli resepti

Bu reseptin vətəni Almaniyadır. Cövhər üç güclü inqrediyentlərdən ibarətdir: Zəncəfil, sarımsaq və limon. Bitkilərin hər biri özlüyündə çox faydalıdır, amma onlar birləşəndə daha böyük möcüzələr yarada bilər.

Sarımsaq yaxşı antiseptik və antibakterial xüsusiyyətləri ilə tanınır. Sarımsağın tərkibinə geniş mikroelementlər spektri daxildir: Natrium, kalium, kalsium, sink, fosfor, mis damarlara müsbət təsir göstərir. Bundan başqa, sarımsaq C, B6 vitaminləri və manqanla zəngindir.
Davamı →
 
loading...

Ağcaqayın ağacının möcüzəsi

Ağcaqayın ağacının şirəsi əsl təbii möcüzədir. Ağacın gövdəsinin daxilində axan bu şirə bir çox faydalı və müalicəvi xüsusiyyətlərlə zəngindir. Slavyan xalqları qədim zamanlardan bu ağacın şirəsini ölümdən başqa bütün xəstəliklərin çarəsi kimi hesab edirdi.

Ağcaqayın ağacının şirəsində müxtəlif vitaminlər və minerallar, orqanik turşular, büzücü maddələr, fermentlər, fitonsidlər var. Belə zəngin kimyəvi tərkibə görə şirə orqanizmə kompleks şəklində müalicəvi və profilaktik təsir edir. Ağır xəstəlik və ya əməliyyat keçirmiş insana bu şirə xüsusilə faydalıdır — orqanizmin bərpasını sürətləndirir, tonusunu artırır, güc verir.
Davamı →
 
loading...

Səməni suyu

Tərkibində 100-dən artıq vitaminlər olan xüsusi yerlərdə yetişdirilmiş buğda cücərtisinin suyu qanı yeniləyir, toksinləri təmizləyir, dişləri və imminiteti gücləndirir, ürək xəsətliklərinin müalicəsində istifadə edilir.

Təbii enerji verir
Buğda cücərtisinin suyu tərkibindəki zəngin qidalandırıcı maddələr sayəsində bədəni təbii enerji ilə təmin edir. Eyni zamanda zülalları əmələ gətirən amin turşuları üçün yaxşı mənbədir. Yumurta və ət kimi qidaları yeyərkən orqanizminiz onları zülala çevirməzdən əvvəl turşulara parçalamaq üçün enerji sərf edir. Buğda suyu isə amin turşuları baxımından zəngin olduğu üçün əlavə enerji sərf etməyə ehtiyac qalmır.

2-4 xörək qaşığı buğda suyu ilə sevdiyiniz təzə meyvə və ya tərəvəz suyunu qarışdırın. Daha fəal olmaq üçün hər gün için.
Davamı →
 
loading...

İtburnu reseptləri

Xatırlatmaq üçün deyim ki, bazarlarda bəlkə də rastlaşmısınız bu içki ilə, çox dadlıdır ləzzətvericidir, mən çox sevirəm bu içkini dadlı olduğu qədər də faydalıdır tərkibində olan vitamin C-nin çox hissəsi parçalansada bütün mineralları və karotinləri olduğu qədər faydalılığını saxlayır.

Uşaqlar üçün olduqca faydalı bir içkidir, hamilə qadınların gündə 1 stəkan içməsi çox faydalıdır həm ana üçün, həmdə doğulacaq uşaq üçün, sümük boşluğu və sümük əriməsindən əziyyət çəkənlər, göz zəifliyi, iştahsızlıq, halsızlıqdan əziyyət çəkənlər üçün faydalıdır.
Davamı →
 
loading...

Dəfnə yarpağı dəmləməsi


Dəfnə yarpağı tək ədviyyat deyil, çox faydalı müalicəvi bitkidir. Xalq təbabətində dəfnə yarpağı müxtəlif pozulmaların müalicəsində çox geniş istifadə olunur. Sizə beyin damarlarını təmizləyən resept təqdim edirik.

5 dəfnə yarpağının üzərinə 1 stəkan qaynar su tökün və 5 dəqiqə ərzində vam odda qaynadın. Daha sonra dəmləməni 4 saat ərzində termosda dəməyin və gün ərzində qida qəbulları arası az-az için. Bunu 3 gün ərzində edin.
 
loading...