Dişlərinizi sarıköklə ağardın

Sarıkökü (zərdəçalı) daha çox yeməklərdə ədviyyat kimi istifadə edirik. Amma bu ədviyyatın başqa istifadə qaydası da var. Demə, sarıköklə dişləri ağartmaq da olarmış.

Sarıkök uzun müddət Yaxın Şərqdə təbii diş ağardıcısı olaraq istifadə olunub.
Antibakterial, təbii diş ağardıcısı axtarırsınızsa, sarıkökdən yararlanın.

1 çay qaşığı sarıkök tozu
1 çay qaşığı hindqozu yağı (apteklərdən ala bilərsiniz)

Bunları yaxşıca qarışdırıb səhər, günorta və axşam dişlərinizi mütəmadi olaraq fırçalayın. Gündən-günə dişlərinizin rənginin açıldığını görəcəksiniz.
 

0 şərh