Boğaz ağrısına faydalı bitkilər

Cökə
Şübhəsiz ki, cökə, «qrip» dedikdə ağlımıza ilk gələn bitkilərdən biridir. Aparılan araşdırmalar cökə ağacının tərkibindəki komponentlərdən bəzilərinin (flavonoit) iltihablara qarşı müdafiə etdiyini və ağrı kəsici təsir göstərdiyini sübut dib. Bəzi komponentlərin (müsilaj) isə boğazı yumşaldaraq soyuqdəymə şikayətlərini azaltdığı bildirilir.

Adaçayı
Soyuq qış günlərində ən çox şikayət edilən xəstəliklər, əsasən, ağız və boğaz iltihablarıdır. Adaçayı yarpaqlarının tərkibindəki uçucu komponentlər sayəsində ağız və boğaz iltihablarını (faringit, jinjivit kimi) aradan qaldırmaq olar. Bişirilmədən, çay şəklində hazırlanan adaçayı qarqara edilir. Bu boğaz xəstəliklərindən qorunmağı asanlaşdırır.

Mixək
Hər bir mətbəxin baş tacı olan mixək ağız və boğaz infeksiyalarına qarşı möcüzəli təsiri ilə tanınır. Tərkibində olan uçucu xassəli öjenol sayəsində boğaz yanmasının qarşısını alan mixək bakteriya və virusların səbəb olduğu üçün ağız, boğaz infeksiyalarında antiseptik və ağrı yumşaldıcı kimi istifadə edilir. Aparılan araşdırmalar mixək yağının istifadə edildiyi antibiotiklərin təsirinin daha güclü olduğunu göstərib. Alimlər belə qənaətə gəlib ki, mixək yağının uçucu xüsusiyyəti antibiotiklərin təsirini artırır. Mixəyin, xüsusilə, öjenol daşıyan Seylon darçını çubuğu ilə birlikdə çay kimi içilməsi, ya da çayının qarqara edilməsi təklif edilir.



İstiot
Dənəcik və toz növlərindən hazırlanan istiot çayını qarqara etdikdə boğaz infeksiyasının qarşısını almağa və yüngülləşdirməyə yardım edir. Aparılan araşdırmalar istiotun immunitet sistemini tənzimlədiyi, yanğı və spazmalara islahedici təsir göstərdiyini təsdiq edir.

Zəncəfil
Saysız-hesabsız faydaları olan zəncəfildən bir çox ölkədə müxtəlif məqsədlərlə istifadə edilir. Soyuqdəymə və öskürəyə qarşı təsirli olduğu sübut edilən bu bitki, həzm sistemi xəstəlikləri üçün də olduqca faydalıdır.

Ekinezya (koni çiçəyi)
Üst tənəffüs yolu xəstəliklərinə qarşı təsirli olan digər bitki isə ekinezyadır. Aparılan klinik araşdırmalar bu bitkinin immunitet sistemini möhkəmləndirdiyini və bədəni soyuqdəyməyə qarşı qoruduğunu sübut edib. Bu tədqiqatlar nəticəsində əldə edilən məlumatlara görə, tərkibində ekinezya olan məhsulların soyuqdəymə nəticəsində güclənən viruslara öldürücü təsiri var. Ekinezya eyni zamanda virusların güclənməsi nəticəsində baş verən iltihabın (sitokinler) sonrakı fəsadlarına da nəzarət edir. Belə ki, boğaz və ağ ciyərlərdə yarana biləcək ağırlaşmaya mane olur.
 

0 şərh